337
sədri kimi mən elmlər namizədi, SovİKP üzvü S.Ayvazyanın SovİKP MK-nın təbliğat
şöbəsinə Qaçaq Nəbiyə həsr olunmuş film haqqında məktubunun surətiylə tanış oldum.
S.Ayvazyanın məktubu o qədər ikrahedicidir ki, mənim bir kommunist, yazıçı və
kinematoqrafçı kimi borcum - Sov.İKP MK-nın eyni şöbəsinə müraciət etməkdir.Mən mat
qalımşam ki,məktuba Sov.İKP üzvü və elmlər namizədi kimi imza atmış adam qonşu
xalqın tarixi şəxsiyyətinə bu cür çirkab ata bilər. Qaçaq Nəbi bizim xalqın iftixarıdır və
uşaq yaşından,məktəb illərindən onun adı hər kəsə bir qəhrəman adı kimi bəllidir.Real
tarixi şəxsiyyət olan Qaçaq Nəbini xalqımız öz himayədarı və arxası kimi poetikləşdirmiş,
bədii obraza çevirmişdir, onun haqqında dastan və nəğmələr qoşmuşdur.
Belə bir qəhramanı S.Ayvazyan vicdansızcasına quldur,başkəsən, qəddar
adlandıraraq yalnız onu deyil,ümumiyyətlə Azərbaycan xalqını təhqir edir,çünki
S.Ayvazyana qalsa Azəbaycan xalqı məhz quldura və başkəsənə dastan və qəhrəmanlıq
mahnıları həsr edə bilərdi.Əslinə qalsa S.Ayvazyanın Azərbaycan xalqına munasibəti də,
yumşaq desək qəribədir. Onun fikrincə belə bir xalq ümumiyyətlə yoxdur.Qafqazın bütün
xalqlarının adlarını sadalayarkən Azərbaycanlıların adını belə çəkməmək yalnız tarixa
qarşı deyil,SSRİ Konstitusiyasına qarşı da təxribatdır.
S.Ayvazyanın məktubu bir də ona görə təhlükəlidir ki, örnək ola bilər -- bir xalqın
nümayəndəsi öz subyektiv, məhdud milli maraqlarından çıxış edərək başqa bir xalqın
tarixinə, ədəbiyyatına, folkloruna əl uzada bilər.
S.Ayvazyanın Azərbaycan xalqının tarixinin qəhrəmanlıq səhifəsini ləkələmək cəhdi
sovet adamlarının beynəlmiləlçi ruhda tərbiyəsinə ziyan vura, keçmişin mütərəqqi irsinə
hörmətlə yanaşmağa xələl gətirə bilər.
ANAR
Yazıçı, Əməkdar incəsənət xadimi,
Azərbaycan SSR Dövlət mükafatı laureatı
2 iyul 1983
(5 səhifəlik məktub ixtisarla verilir)
338
P.S. Qarabağ konflikti başlanmasından bir neçə il qabaq Suren Ayvazyan adlı bir
nəfər SovİKP MK-ya studiyamızda haqqında film çəkilən Qaçaq Nəbinin adına hədyanlar
yazmışdı.Bunu eşidən kimi mən də S.Ayvazyanın əlində dəstəvuz etdiyi yalançı faktlar
barədə Sov.İKP MK-ya məktub yolladım.Üstündən bir az ötəndən sonra o zaman bizim
MK-da işləyən rəhmətlik Qəşəm Aslanov məni dəvət etdi və dedi ki, sənin məktubun
Sov.İKP MK-ya çatıb, ona münasibət yaxşıdır. Qaçaq Nəbi haqqında film ekranlara
buraxılıcaq. Qəşəm bu sözləri də əlavə etdi: «Ancaq unutma ki, Sov.İKP MK-nın səınin
məktubun ünvanlanan şöbəsində on altı erməni işləyir. Onlar bunu nə vaxtsa sənin yadına
salacaqlar». Qəşəmin sözü düz çıxdı.
(Anar. «Gecə düşüncələri»ndən.Əsərləri 3- cü cild)
Dostları ilə paylaş: