Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından


partiyası bu tarixi səbəblərdən yaranmışdır



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə78/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   74   75   76   77   78   79   80   81   ...   274

partiyası bu tarixi səbəblərdən yaranmışdır. 

Xatirələrinin başqa səhifələrində Nağı bəy 1917-1920-ci il hadlisələrindən söz açır. 

1917-ci  il  rus  inqilabının  Qafqaziyada  əks-sədası,  ilk  müstəqil  Azərbaycan 

Cümhuriyyətinin qurulması Nağı bəyin təsvirində kitablara, qəzetlərə, sənədlərə əsaslanan 

tarix  deyil,  onun  özünün  iştirakçısı  və  şahidi  olduğu  hadisələrin  canlı,  konkret 

salnaməsidir.  

Azərbaycan  Cümhuriyyətinə  Türkiyənin  yardımını  təmin  etmək  üçün  Türkiyəyə 

göndərilən Nağı bəy oradakı yüksək hakimiyyət dairələrində Tələt Paşayla, Ənvər Paşayla 

görüşlərindən  maraqlı,  bu  gün  üçün  də  ibrətamiz  olan  faktlar  gətirir.  Həmin  vaxtda 

Türkiyədə  olan  məşhur  publisistimiz  Ömər  Faiqlə  fikir  ixtilafları,  mübahisələri  və  sonda 

hər  ikisinin  eyni  bir  qayə  yolunda  birləşərək  səmimi  münasibətləri  haqqında  səhifələri 

həyəcansız oxumaq mümkün deyil. 

  Kitabda  «Azərbaycan  Cümhuriyyətinin  süqutu  səbəbləri»  adlı  bir  fəsil  də  var. 

Müəllif  Nəsib  bəy  Yusifbəyli  ilə  görüşlərindən,o  cümlədən  son  görüşlərin-dən  də  ətraflı 

danışır, bu görkəmli dövlət xadiminə yüksək qiymət verir. O, yazır:  

 «Nəsib  bəy  mərhum,  məşhur  İsmayıl  bəy  Qasparalının  qızı  Şəfiqə  xanımla 

evlənərək  ailə  qurmuş  və  bir  müddət  Baxçasarayda  qalaraq  «tərcüman»  qəzetini  idarə 

etmişdir.  Nəsib  bəy  qəzetçilikdən  başqa  «Təslim»  adlı  mövzusu  əsgi  üsul  məktəb 

müəlliminin  məğlubiyyətini  hekayə  edən  məfkurəvi  bir  roman  da  yazmış,  Azərbaycan 

ədəbiyatında dəxi bir iz buraxmışdır». 

Kitabın  bir  fəsli  gürcülərlə  münasibətlərimizə,  bir  fəsli  ermənilərlə 

münasibətlərimizə həsr edilmişdir. 

Doğrusunu  deyim  ki,  Nağı  bəy  Keykurunun  kitabında  ulu  babam    Ələkbər  bəy 

Rəfibəyli haqqında verilən qiymətli məlumatlar, onun böyük hörmətlə yad edilməsi məni 

fərəhləndirir və qürurlandırır. Nağı bəy yazır: 

 «Ələkbər  bəy  70  yaşlarında  uzun  boylu,  gen  kürəkli,  sərt  baxışlı,  ağıryana, 

açıqsözlü,  məntiqli və  ölçü ilə danışan,  mədəni,  cəsarət sahibi və  möhtərəm  xalq  xadimi 



311 

 

idi.  Bütün  milli  məsələlərimizin  müdafiəsini  o,  öz    üzərinə  almışdı.  Eyni  zamanda 



Azərbaycan tarixində şah əsərlər  yaradan «Difai» firqəsinin fəxri rəisi idi. Bütün xalqımız 

kimi düşmənlərimiz də onunla razılaşmaq məcburiyyətində idilər». 

Uzun  illər  həqiqi  xidmətləri  və  işləri  gizlədilmiş,  ört-basdır  edilmiş  babalarımın 

fəaliyyətləri  haqqında  aşkarlanan  hər  bir  fakt,  hər  bir  məlumat  mənimçün  son  dərəcə 

qiymətlidir. Yeri gəlmişkən, bu günlərdə tanış ola bildiyim başqa bir kitablda da Ələkbər 

bəy  haqqında  sözlərə  rast  gəldim.  Türkyiyədəki  Azərbaycan  mühacirlərindən  Hüseyn 

Bayqaranın «Azərbaycan istiqlal mücadiləsi tarixi» adlı kitabınlda (İstanbul.1975) Ələkbər 

bəy haqqında bu sözlər yazılıb: 

 «Ələkbər  bəy  Rəfibəyli  Gəncənin  tanınmış  ailəsindən  olan  Həsən  bəyin  oğludur. 

Qabaqcıl görüşlü və açıqfikirli adam olan Həsən bəy o dövrdə xalqın mütəəssib və fanatik 

dindar  durumuna  baxmayaraq,  oğlunu  Gəncədə  rusların  açmış  olduğu  progimnaziya  adlı 

məktəbdə  oxutmsuşdur.  Bu  məktəbi  bitirən  Ələkbər  bəy  müxtəlif  dövlət  vəzifələrində 

çalışdıqdan sonra Ağdaş qaymaqamlığından təqaüdə çıxmışdır. Bundan sonra Ələkbər bəy 

bütün  ömrünü  və  enerjisini  yurdu  və  xalqının  mədəni,  ekonomik,sosial  və  politik 

qalxınmasına həsr etmişdir. həm məmur olduğu zaman və həm də təqaüdçü olduqdan sonra 

hərəkətlərində  çox  dürüst  və  mərd  davranışıyla  Ələkbər  bəy  xalqın  nəzərində  bir  rəhbər 

möbveyi  qazanmış  və  hər  zaman  sayılmış,  sözü  eşidilmiş  və  keçmişdir.  1920-ci  ildə  rus 

bolşevikləri Azərbaycanı işğal etmədən 2-3 ay öncə 80 yaşında Gəncədə ölmüşdür. Gəncə 

qızıl  ruslar  tərəfindən  işğal  edildiyi  zaman  Ələkbər  bəyin  oğlu  Gəncə  valisi  olan  doktor 

Xudadat  bəy  Rəfibəyli  güllələnmişdir.  Ələkbər  bəyin  çağdaşlarından  eşitdiyim 

məziyyətlərini  saymaqla  bitməz.  Vətənpərvər    xalq  lideri  imiş,  milli  mübarizənin 

yürüdülməsini  öz  üzərinə  almış  və  Gəncə  xalqına  olduğu  qədər  Azərbaycan  xalqına  çox 

xidmətlər  göstərmişdir.  Gəncədə    «Difai»  firqəsi  qurulduğu  zaman  firqənin  başçılığını 

üzərinə  almış  və  yuxarıda  dediyimiz  kimi  Gəncədə  ermənilərə  qarşı  üstünlük  qazanan 

savaşı cəsarətlə idarə etmişdir. Sovet rus idarələri belə azəri xalq qəhrəmanlarının adlarının 

unudulması üçün əllərindən gələni etməkdədirlər. Bu səbəblə Azərbaycanda Ələkbər bəy 




312 

 

kimi  yüzlərcə  kişilərin  xatirələri  adsız  şəhidlər  arasına  qatılmış  və  qeyb    olmuşdur» 



(göstərilən əsər.səh. 136)  

Nağı  bəyin  kitabında    maraqlı  məqamlardan  biri    onun  cümhuriyyət  hökumətində 

əks-kəşfiyyat  idarəsinin  rəisi  vəzifəsində işlədiyi  dövrlə bağlı xatirələridir.  Onun  lavrenti 

Beriyayla  münasibətləri  sovet  siyasətinin  bəzi  cəhətlərinin  aydınlaşdırılması  baxımından 

xüsusi əhəmiyyətə malikdir. 

«Kitabın «Beriya» adlı fəslində Şeyxzamanlı yazır:  

«Beriyanı  «Hümmət»  partiyasının  tövsiyyəsi  ilə  işə  götürmüşdüm.  O  vaxt  bizim 

sərhədlərimizi  təhdid  edən  çar  generalı  Denikin  idi.  Geneal  rus  çarının  saxlanması  üçün 

vuruşurdu. Beriya bir sosialist kimi çar rejiminin əleydarı idi. Bizim işimizə yarayacağını 

bildiyimdən  qəbul  etmişdim.  O  son  dərəcə  məsuliyətli  bir  işçi  kimi  görünürdü.  21  yaşı 

vardı.o Onu senzura şöbəsinə  götürdüm». 

 Nağı bəy xatırlayır ki, bir gün Beriya əsəbi halda yanıma gəldi. Əlində bir məktub 

vardı.məktubu  çox  gənc  bir  rus  oğlan  bakıya  anasına  yazmışdı,  Beriyanın  ələ  keçirdiyi 

məktubda  gənc  oğlan  yazırdı  ki,  çox  yaxın  günlərdə  rus  ordusu  zəfərlə  Bakıya  daxil 

olacaq. şəhərdə təmizlik aparılacaq(yəni qırğın törədiləcək). Bütün şəhərin binaları iki başlı 

qartal  bayrağımızla  bəzəniləcək.  çox  keçmədən  Tiflisdə  də    gürcü  bayrağı  əvəzinə  rus 

bayrağı dalğalanacaq. Məktubda oğlan  on beş gündən sonra onu Bakıya gətirəcək gəminin 

adını da yazıbmış. Beriya xahiş edir ki, bu tələbəni qarşılamaq ona tapşırılısın. Nağı bəy 

razılıq verir və on beş gündən sonra Beriya tələbəni gəmidə tutub idarəyə gətirir. Saralıb 

solmuş  17  yaşlarında  arıq  bir  rus  oğlan  içəri  girir,  qorxudan  az  qala  yerə  yıxılacaqmış. 

Nağı  bəy  oğlanı  sorğu-suala  tutur.  Amma  oğlanın  cavab  verəcək  halı  qalmayıbmış. 

Qorxudan  o  qədər  ağlayıbmış  ki,  yenidən  ağlamağa  da  gücü  yoxmuş.  Nağı  bəy  çöldə 

gözləyən iki rus qadınını -oğlanın anasını və bacısını  içəri çağırır. İçəri girən kimi ikisi də 

ayaqlarına  sərilirlər.  Anası:var-yox  bircə  oğlumu  öldürməyin  -  deyə  yalvarır,  qız  da 

«qardaşımı bizə bağışlayın» -deyir. Nağı bəy onlara :ağlamayın və məni dinləyin -deyir -

madam  ki,oğlun  uşaqdır,  biz  də  vəhşi  deyilik.  Qorxmağa    səbəb  yoxdur,  gedin  və  




313 

 

hazırlaşın, üç gündən sonra bura gələrsiz. Sizə oğlunuzu da verərəm və hamınızı gəmiylə 



rusiyaya göndərərəm, 

Nağı  bəy  belə  də  edir  və  Beriya  onun  bu  hərəkətini  qəti  şəkildə  bəyənmir,  «Nağı 

bəy-deyir-sizin ruslara qarşı düşmənçiliyiniz çox zəif imiş. Siz o ilan balasını cəzasız necə 

buraxdınız?».  Nağı  bəy  cavabında:  Beriya,  mən  də  səni  bu  qədər  rəhmsiz  və  qəddar 

bilməzdim-  deyir-  sənin  haqqında  aldığım  məlumata  görə,  sən  məktəbdə  oxuyarkən  öz 

yoldaşlarına böyüyəndə Amerikaya gedib qanqster olacağını söyləmişdin. Demək, belə ruh 

daşıyırsan. Beriya, axı oğlan ki uşaqdır, hissiyata uymuşdur». 

Hadisələr  başqa  məcrada  inkişaf  edir,  bolşeviklər  Denikin  ordusunu  yenildəndən 

sonra özləri Azərbaycana təhlükəyə çevrilir və elə bu vaxtda Beriya aradan çıxır. Onu çox 

axtardıqlarına  baxmayaraq  tapa  bilmirlər  və  başa  düşürlər  ki,  artıq  Azərbaycandan  çıxıb 

gedib. İki ay ərzində onun maaşını anasına göndərirlər. 

Nağı  bəy  xatirələrinə  davam  edir:  Azərbaycanın  bolşeviklər  tərəfindən  işğal 

olunmasından sonra mən Gürcüstana keçmişdim. O vaxt  gürcü hökuməti menşevik olaraq 

bolşevikləri  təqib  edirdi.  Bir  xəstəxanada  Beriya  ilə  təsadüfən  qarşılaşdım.  Beriya  məni 

görüb yaxınlaşdı və salamlaşdı. Ancaq hiss etdim ki, mənimlə görüşməkdən razı olmamış 

bir az da qorxmuşdu,   

«Beriya,  niyə  mənə  xəbər  vermədən  Gürcüstana  keçdin»,-deyə  ondan  soruşdum. 

«Madam ki, kommunist yoldaşlarım sizin təşkilatınız tərəfindən təqib olunurdu, mən orada 

qala  bilməzdim  -deyə  cavab  verdi-  artıq  sizin  ilə  yolumuz  tamamilə  ayrılmışdır.  Anama 

maaşımı verdiyiniz üçün sizə təşəkkür edirəm. Nağı bəy inanın mənə, bolşeviklər bura da 

gələcəklər.  Sizin  buradan  uzaqlaşmanızı  məsləhət  görürəm.  Ondan  soruşdum:  «demək 

burada qalsam və məni tutsalar,məni qurtarmazsan, eləmi?» «Xeyr, qurtarmaram» -dedi. -

«Berya,artıq  mən  nə  deyim?  Əliheydər  deputat  idi.  məni  əmin  etmək  istəyirdi  ki,  əgər 

«Müsavat»  partiyası  hakimiyyəti  sosialistlərə  təhvil  verərsə,  qızıl  ordu  Azərbaycana 

gəlməz,  Azərbay-canın  istiqlaliyyətini  tanıyarlar.  Əliheydərə  cavab  verərək  dedim  ki,  bu 

gələn rusdur,hansı rəngə bürünürlərsə -bürünsünlər, rusluqlarını edəcəklər. Beriya, əmin ol 

ki,  öldürülmək  növbəsi  sənə  də  çatacaq.  Çox  gec  də  olsa  Beriya  dediklərim  sözlərə,  hər 



314 

 

halda  ölmədən  əvvəl,  əmin  olmuşdur.  Çünki  Azərbaycanda  nə  qədər  bolşeviklərin 



gəlməsini  istəyən  əliheydərlər  varsa,Beriyanın  cəlladları  tərəfindən  güllələnmişdilər. 

Kremldə Beriyanı da öldürdülər». 

Beriyayla  bağlı  bir  məsələ  çox-çox  illər  sonra da  Nağı  bəyin qarşısına  çıxır.  Artıq 

uzun müddət idi ki, N.Şeyxzamanlı mühacir kimi Türkiyədə yaşayırdı, ticarətlə dolanırdı. 

Stalinin  olümündən  az  sonra  onun  dükanına  bir  rus  gəlir,  sonralar  bilir  ki,  bu  sovet 

konsulluğunun  məsul  işçilərindəndir.  Nağı  bəyin  vətən  həsrətindən  söz  açır,  vətənə 

qayıtması  imkanı  yarandığına  işarə  vurur  və  söhbəti  ora  gətirir  ki,  bildiyimizə  görə  siz 

vaxtilə Beriyayla bir yerdə işləmisiniz, münasibətləriniz olub. bilirsiniz ki,Stalin öldükdən 

sonra  Rusiyanı  üç  nəfər  idarə  edir:  Beriya,Molotov  və  Malenkov.  Beriya  fikir  cəhətdən 

başqalarından  seçilən  insandır.  Moskvada  hamı  bilir  ki,  Beriya  liberalizmə  meyillidir. 

Kolxoz təşkilatının dağılmasının tərəfdarıdır. Siz ona bir məktub yazın ki, qərb dünyası ilə 

anlaşsın.  Bəlkə,  sizin  tövsiyyələrinizi  dinlər  və  siz  də  dunya  sülhü  üçün  bir  rol  oynamış 

olarsınız. Beriyaya məktub yazın və orada ikinizin də bildiyiniz hadisələrdən bəhs edin ki, 

məktubun  sizdən  olduğunu  anlasın.  Mən  də  məktubu  kuryer  ilə  göndərərəm,  bir  həftəyə 

onu alar» 

Nağı bəy bu təklifə qəti şəkildə rədd cavabı verir. Aradan bir müddət keçəndən sonra 

Beriyanın  tutulması  xəbəri  gəlir.  Xruşşov  çıxışında  Beriya  haqqınlda  deyir:  o  alçaq  milli 

Azərbaycan Cümhuriyyətinin kəşfiyyat xidmətində çalışmış, xaricdə yaşayan müsavatçılar 

ilə əlaqə yaratmış və sözləşmişdir». 

Nağı  bəy  qeyd  edir  ki,  bu  sözləri  oxuduğum  zaman  Moskvanın  Beriyaya  nə  üçün 

məktub  yazmağımı  istədiyini  anladım.    «Məktubu  yazmadığım  üçün  sevindim, 

deməli,mənim adımdan uydururulmuş şeylər yazmışdılar, Beriyanı bu məktubun əsasında 

öldürmüşlər». 

Nağı bəyin özünün yazmadığı ,bəlkə də onun adından yazılmış məktubun Beriyanın 

taleyində  nə  dərəcədə  rol  oynadığını  demək  çətindir.  Amma  hər  halda  Beriyaya  qarşı  

müsavatçılar vasitəsiylə  material toplamaq cəhdi vaxtilə Beriyanın özünün də at oynatdığı 

sovet təşlükəsizlik xidmətlərinin  iş metodalarından olduğu şübhə doğurmur,  



315 

 

Azərbaycandakı eyni soyadı daşıyan qohum-əqrabasını təhlükələrdən qorumaq üçün 



Nağı bəy Şeyxzamanlı da,bir sıra başqa azərbaycanlı mühacirlər kimi ayrı  soy adı qəbul 

etmişdi - Keykurun.  

Nağı bəy Şeyxzamanlı(Keykurun) 1967-ci ildə İstanbulda vəfat etmişdir

İstanbulda  «Azərbaycan»  məcmuəsində  Nağı  bəy  haqqında  verilən  böyük 

nekroloqdan bir parçanı burda gətirirəm:: 

 «Nağı  bəy,  Nəsib  bəy  Yusifbəyli,  Həsən  bəy  Ağayev,  Ələkbər  bəy  Rəfibəyli, 

Xudadat bəy Rəfibbəyli, Əhməd Cavad kimi vətən və millət fədailərinin mühitində milli  

və siyasi tərbiyəsini görmüş şəxslərdən  idi» 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin