Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə64/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   60   61   62   63   64   65   66   67   ...   274
4 may 1998  


266 

 

QALİB GƏLDİ, QALİB GETDİ 

 

Neçə aydır ürəyimiz səksəkədə idi. Vaxtaşırı səhhətinin yaxşılaşdığını, tezliklə geri 



dönəcəyini  eşitsək  də,  nigarançılığımız  səngimirdi.  Onun  xəstə  çağının  görüntülərinin  - 

kino-video  kadrlarının,  adicə  fotolarının  meydana  çıxmamasını  başa  düşürdüm,  çünki 

xasiyyətinə az-çox bələd idim. Xəstə, həm də ağır xəstə, həm də yaşı 80-i ötmüş bir insanın 

vücudunda  da,  sifətində  də  təbii  ki,  bir  üzgünlük,  zəiflik  seziləcəkdi.  Heydər  Əliyev 

dostlarına da, düşmənlərinə də, doğma xalqına da bu şəkildə, bu halda görünməyə heç cür 

razı  olmazdı.  O,  yaddaşlarda  həmişəki  kimi  şax  yerişli,  məğrur  duruşlu,  xoşsifətli, 

gülərüzlü, bəzən də sərt, iti baxışlı bir insan kimi qalmaq istəyirdi. Və elə beləcə də qaldı. 

Bugünlərdə müxtəlif telekanallarda nümayiş etdirilən kadrlarda onun yalnız rəsmi surətini 

yox,  çox  təbii,  çox  səmimi,  çox  insani  sifətlərini  də  gördük,  şux  zarafatlarını  da  eşitdik, 

dalğınlıq  anlarının,  qəmli-qüssəli  məqamlarının,  musiqidən  təsirlənib  gözlərinin 

yaşardığının da şahidi olduq. Əvvəllər gördüyümüz kadrlara da yenidən ayrı gözlə baxırıq. 

Neçə ayın həyəcanları, təlaşları içində bir an da ümidimi itirmirdim. İnanırdım ki, bir gün 

Bakı  hava  limanında  uçaqdan  enib  üstünə  cuman  jurnalistlərə  təbəssümlə  baxaraq:  - 

mətbuat  səhifələrində  məni  neçə  dəfə  dəfn  etmisiniz  -  deyəcəkdi  -görürsünüz  ki,  sağ-

salamatam - deyəcəkdi. 

Dekabrın 12-dən 13-nə keçən məlum gecə ümidlərimiz puç oldu. ANS televiziyonu 

qara xəbəri bütün Azərbaycana yaydı, xalqımız yetim qaldı. İlham Əliyev və Sevil xanım 

atalarını,  Azərbaycan  böyük  oğlunu,  mən  isə  çox  doğma,  çox  yaxın,  çoz  əziz  adamımı 

itirdim. 

Bu sözləri tam səmimiyyətlə deyirəm. Heydər Əliyevə nə qohumluğum çatırdı, nə də 

yaş fərqi, ictimai mövqe etibarilə dost ola bilərdik. Amma ömrüm boyu onun diqqətini və 

qayğısını,  isti  münasibətini  duymuşdum.  Bilirdim  ki,  istər  sovet  dönəmində,  istərsə  də 

müstəqillik  dövründə  məndən  ona  pis  niyyətlə  deyənlər  az  olmayıb.  Yazıçıların  X 

qurultayında  çıxıl  edərkən  özü  bu  barədə  danışdı.  Amma  onu  da  bilirdim  ki,  bütün  bu 

danoslar  mənə  olan münasibətinə  zərrə qədər də təsir  etmirdi və  edə də bilməzdi.  Çünki 



267 

 

insan sərrafı idi və kimin kim olduğunu da yaxşı bilirdi. Boğazdan yuxarı təmənnalı sözləri 



də  gerçək  əməllərdən  seçib  ayırırdı.  Elə  adamlar  var  ki,  özləri  lakey  xislətli  ola-ola 

özgəsinin səmimi hisslərinə heç cür inana bilmir. İnana bilmir ki, sevgi təmənnasız da ola 

bilər,  hörmət  qarşılıqlı  da  ola  bilər.  Mənim  heç  bir  vəzifə  sahibindən  heç  vaxt  şəxsi 

umacağım olmayıb və  Heydər Əliyev iş başında olanda da, olmayanda da ona eyni hörmət 

və rəğbət hissləri bəsləmişəm. Amma hisslərimi sağlığında ürək dolusu deyə bilməmişəm, 

təmtəraqlı, gurultulu sözlərlə ifadə etməmişəm. Düşünmüşəm ki, bunu ayrı cür yozacaqlar. 

Halbuki,  Heydər  Əliyevin  mənim  haqqımda,  ayrı-ayrı  əsərlərim  haqqında,  60  illiyimlə 

bağlı dediyi xoş sözlər mənim onun haqqında dediklərimdən və yazdıqlarımdan az deyil. 

Yalnız bir dəfə 75 illiyində «Oqonyok» jurnalının sifarişi ilə onun barəsində «Şəxsiyyətin  

miqyası» adlı məqalə yazmışdım. 

İndi bu böyük şəxsiyyətin miqyasının o vaxt mənim yazdığımdan da ulu olduğunu 

etiraf  edirəm.  Və  şübhə  etmirəm  ki,  illər  ötdükcə  bu  miqyasların  çox-çox  daha  böyük 

olduğunu dərk edəcəyik. 

Heydər  Əliyevi  tanıyanda  çox  gəncdim.  Sonrakı  illərdə  Azərbaycanın  rayonlarına 

səfərlər  zamanı,  müxtəlif  vaxtlarda  Gəncədə,  Naxçıvanda,  Şuşada,  habelə  İstanbulda  və 

Ankarada,  Moskvada,  Romada,  Pekində  və  Şanxayda,  Almatıda,  Bişkekdə  dövlət 

başçılarıyla söhbətlərində, sənətçilərlə ünsiyyətində, tarlalarda, ya küçələrdə adi adamlarla 

görüşlərində  onu  yaxından  müşahidə  etmək  imkanım  olub.  Saysız-hesabsız toplantılarda, 

yubileylərdə onu dinləmişəm. Yazıçılarla, sənət adamlarıyla görüşlərində iştirak etmişəm, 

2-3  dəfə  isə  təkbətək  çox  ətraflı,  məhrəm  söhbətlərimiz  olub.  1997-ci  ilin  payızında 

İtaliyadan  qayıdarkən  təyyarədə  ta  Romadan  Bakıyacan  3    saatdan  artıq  ikilikdə 

danışmışıq. Bu söhbətləri gündəliyimdə bütün ayrıntıları ilə və tam dəqiqliklə isti-isti qeyd 

etmişəm.  İndi  mənim  bu  böyük  insanın  xatirəsi  qarşısında  borcum-  hafizəmdə  və  kağız 

üzərində  qalmış  bütün  təfərrüatları,  uzun  illər  müşahidə  etdiklərimi  və  məhrəm 

söhbətlərimizin tam mətnini, eləcə də Heydər Əliyev fenomeni haqqında düşündüklərimi 

iri bir yazı şəklində qələmə almaqdır və mən bunu mütləq edəcəm. 




268 

 

Ağır itkimizin təsiri altında yazdığım bu kiçik qeydlərdə isə Heydər Əliyev taleyinin 



yalnız  bir  neçə  əsas  cəhəti  üstündə  durmaq  istəyirəm.  Zənnimcə,  Heydər  Əliyev  bu 

dünyaya həmişə qələbə çalmaq üçün gəlmişdi. 

O,  heç  bir  vaxt  qarşısına  çıxan  heç  bir  çətinliklərin  qabağından  qaçmazdı.  Ən 

qorxulu vəziyyətlərdən belə zəfər çalaraq çıxardı. Xalq cəbhəsi hakimiyyətdə olan vaxt rus 

qoşunlarının  Azərbaycandan  çıxarılmasını  böyük  tarixi  uğur  hesab  edirlər.  Razıyam. 

Amma  çıxarılan  ordunun  yerini  tutacaq  milli  zabitlər  korpusunun  əsasını  axı  Heydər 

Əliyev çox-çox qabaqlar, Sovet dönəmində Naxçıvanski adına hərbi məktəbi yaratmaqla, 

neçə-neçə gənci SSRİ-nin ali hərbi məktəblərinə göndərməklə qoymuşdu. 

Sirr  deyil  ki,  Sovet  dövründə  Azərbaycanın  hərbi  çağırışçılarını  orduda,  ya  tikinti 

batalyonlarında  və  mətbəxdə  işlədirdilər.  Böyük  əhəmiyyətini  yalnız  15-20  il  sonra, 

Qarabağ davası başlananda - tam dərk etdiyimiz bu il - milli hərbi kadrların yetişdirilməsi - 

sovet  ehkamları  üzərində  qələbə  idi.  Azərbaycanı  yalnız  xammal  ərazisi  kimi  görmək 

istəyənlərə qarşı - ən yeni sənaye ocaqlarının qurulması - SSRİ-nin iqtisadi ətalət siyasətinə 

qalib  gəlməkdi.  37-ci  ilin  milyonlarla  repressiya  qurbanlarından  yalnız  birinin  -  böyük 

Hüseyn  Cavidin  nəşinin  tapılıb  Vətənə  gətirilməsi  hələ  də  zehinlərdə  hökm  sürən  Stalin 

buzlaqlarının  əridilməsi  deməkdi.  Azərbaycanın  görkəmli  sənətkarlarının  yüksək 

ümumittifaq  mükafatlarına,  təltiflərinə  nail  olmaq  yalnız  o  konkret  şəxslərin  deyil, 

ümumən ədəbiyyatımızın, sənətimizin və deməli, Azərbaycanımızın nüfuzunu ucaltmaqdı. 

Bütün  bunlar  -  Heydər  Əliyev  zəkasının,  iradəsinin,  uzaqgörənliyinin  qələbəsi  idi.  Və 

bütün  bunlar  bədnam  qonşularımızı  qıcıqlandırır,  qızışdırır,  qəzəbləndirir,  yuxularını 

qaçırırdı. 

Moskvaya,  mərkəzi  dairələrə  danos  -  danos  dalınca  gedirdi.          «Heydər  Əliyev 

Naxçıvanı  ermənilərdən  təmizlədi,  indi  də  Qarabağı  təmizləmək  niyyətindədir»  - 

danosların əsas məğzi bu idi. 

Heydər  Əliyev  bunu  bilirdi  və  bunu  bilə-bilə  məhəl  qoymurdu.  Brejnevlə  xoş 

münasibətlərinin  bir  səbəbi  də  özünü  və  xalqını,  respublikasını  mikoyanlardan, 

baqramyanlardan və onların tör-töküntülərindən sığorta etmək idi. 



269 

 

Şuşada  əzəmətli  Vaqif  məqbərəsini,  Natəvan  heykəllərini  ucaltmaqla,  Üzeyir 



Hacıbəyli,  Bülbül  muzeylərini  açmaqla,  Şuşada  təntənəli  beynəlxalq  sənət  tədbirləri 

keçirməklə  Heydər  Əliyev  bu  qədim  Azərbaycan  şəhərinin  milli  simasını 

müəyyənləldirirdi. 

1987-ci ildə ermənilərin və erməni dairələrinin güclü təsiri altında olan Qorbaçovun 

birgə səyləri ilə Heydər Əliyev SSRİ-nin siyasi Olimpindən uzaqlaşdırıldı. Düz bir həftə 

sonra isə adıbədnam akademik Aqanbekyan Parisdə Qarabağ kampaniyasına start verdi. 

Cəmisi bir-iki il keçdi, Qorbaçovun özü də, ölkəsi də yerlə-yeksan oldu. İndi SSRİ-

nin  ilk  və  son  prezidenti  vaxtını  öldürmək  üçün  radioda  uşaq  nağıllarını  səsləndirir  və 

cibini  doldurmaq  üçün  «Makdonalds»ı  reklam  edir.  Heydər  Əliyev  isə  XX  əsrdə 

müstəqilliyini  ikinci  dəfə  qazanmış  milli  dövlətimizin  düz  on  il  ərzində  Prezidenti  oldu. 

Özü də elə bir Prezident ki, ərazisi və əhalisi baxımından kiçik ölkənin dövlət başçısıyla ən 

böyük  məmləkətlərin  rəhbərləri  hesablaşırdı.  Kim  qalib  çıxdı?  Nəinki  öz  hakimiyyətini 

qoruya bilən, başçılıq etdiyi dövləti belə bada verən Qorbaçovmu, ya parçalanmaqda olan 

ölkəsini  xilas  edən,  sonrakı  çevriliş  cəhdlərinin  qarşısını  alan,  bir  gecə  yarısı  televiziya 

çıxışı ilə Prezident sarayı ətrafına minlərlə insanı toplaya bilən Heydər Əliyevmi? 

H.Əliyev  Azərbaycanın  mənafeyinə  zidd  olan  heç  bir  güzəştə  getmədi.  «Siyasət  - 

mümkün olanın sənətidir» fikri baxımından bu da qələbə idi. 

2003-cü  ili  -  ömrünün  son  ilini  də  Heydər  Əliyev  qalib  kimi  başa  vurur.  Geniş 

infarkt keçirmiş, gecəsi-gündüzü olmayan, nə şənbə, nə bazar, nə məzuniyyət, nə istirahət 

bilən, yaşı səksənə çatmış insan çıxış edərkən qəlb böhranı keçirir, yıxılır, yeddi qabırğası 

sınır və dözülməz ağrılara tab gətirərək yenidən səhnəyə qayıdır, sözünə davam edir. Bir də 

yıxılır və yenə görünməmiş, inanılmaz bir iradə ilə səhnəyə dönür, xalqı ilə vidalaşmağa 

özündə  güc  tapır.  Bu  da  onun  yıxılması  haqqında  hərzə-hərzə  danışan  və  yazan 

mənəviyyatsız düşüklər üzərində qələbə idi. 

Dünyaya qalib kimi gəldi, dünyadan qalib kimi getdi. 



270 

 

Heç kəsin xidmətini danmadan müstəqil Azərbaycanın qorunmasında, qurulmasında 



və yaşamasında Heydər Əliyevin müstəsna rolu insafı olanların hamısına açıq-aşkardır. Bir 

jurnalist doğru yazıb ki, Heydər Əliyev Qulliver, ona çirkab atanlar isə liliputlardır. 

Bütün  keçəri,  ötücü  narazılıqlar,  umu-küsülər,  giley-güzarlar  unudulub  gedəcək, 

Heydər  Əliyevin  möhkəmləndirdiyi,  inkişaf  etdirdiyi  ölkə  -  sabit,  istiqrarlı,  söz,  mətbuat 

azadlığı  təmin  olunmuş,  müxtəlif  siyasi  qurumların,  o  cümlədən  müxalifət  partiyalarının 

fəaliyyət  göstərdiyi,  senzurasız,  ölümhökmsüz,  sivil  dünya  ailəsində  layiqli  yer  tutan 

demokratik  Azərbaycan  qalacaq.  Azərbaycanın  yaxın  gələcəyinin  təməlini  bütün  şər 

qüvvələrlə mübarizələrdə qalib çıxan Heydər Əliyev qurdu, əl-ayağına dolaşanlara rəğmən 

çətin  doğulan  əsər  kimi  yaratdı.  Çağdaş  Azərbaycan,  doğrudan  da  Heydər  Əliyevin 

əsəridir.  Bizim  borcumuz  bu  əsəri  yaşatmaq,  qorumaq,  cilalamaq  və  gələcək  nəsillərə 

yetirməkdir.  Bütün  siyasi  çəkişmələr,  dartışmalar,  toqquşmalar  -  xalqın  taleyi  qarşısında 

çox cılız görünür, böyük Tarix önündə çox kiçik həvəslər, hərisliklər, hikkələrdir. 

Heydər Əliyev hər xalqa bəlkə də əsrdə bir dəfə qismət olan qənimət, nadir şəxsiyyət 

idi.  Həyata  qalib  kimi  gəlmişdi.  Xalqı  vəfatıyla  sarsıdan,  sarsıdaraq  birləşdirən, 

kədərləndirərək bütövləşdirən Heydər Əliyev ölümüylə də zəfər çaldı. Kim nə deyir desin, 

nə yazır yazsın, qalib gəldi, qalib getdi. 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin