Məqalə yaxşı məqalə statusuna malik olması üçün müzakirələr istifadəçi tərəfindən məqaləni Yaxşı məqalə namizədləri səhifəsinə yerləşdirməklə başlayır.
Məqalənin yaxşı məqalə statusuna malik olması gedən müzakirələrdən asılıdır.
Müzakirə zamanı bildirilən iradlar diqqətlə araşdırılmalı, onlarda qərəz, şəxsi münasibətlər rol oynamamalıdır.
Müzakirələrin müddəti 1 ay təyin olunur. (Əgər ehtiyac yaranarsa, bu müddət idarəçi tərəfindən 15 gün və ya 1 ay müddətinə artırıla bilər. Lakin heç bir halda müzakirələrin ümumi müddəti 3 aydan çox olmamalıdır.)
Müzakirələr bitdikdən sonra, bu məsələyə nəzarət edən idarəçi məqaləyə yaxşı məqalə statusunun verilib-verilməməsi barədə yekunlaşdırma rəyini verir.