3. Səhmdar cəmiyyətin nizamnaməsi və s. Gürcüstan Azərbaycanlı Ziyalılar Birliyinin
NİZAMNAMƏSİ Gürcüstan Azərbaycanlı Ziyalılar Birliyi özünün nizamnamə və proqramına əsaslanan Gürcüstan Konstitusiyasının 26-cı maddəsinin 2-ci bəndini rəhbər tutaraq müstəqil fəaliyyət göstərən könüllü, kütləvi, ictimai-siyasi təşkilatdır.
Birlik Gürcüstan vətəndaşlarını mənşəyindən, yaşayış yerindən, siyasi mənsubiyyət və baxışlarından, sosial və əmlak vəziyyətindən asılı olmayaraq könüllülük əsasında birləşdirir.
Birliyin təsisçiləri timsalında onun vəzifələrini həyata keçirmək istəyən və bacaran ayrı-ayrı şəxslər, həm də müxtəlif ictimai qurumlar çıxış edə bilərlər.
Təsisçi cəmiyyətlərin nümayəndələri Birliyin rəhbər orqanlarına seçilə bilərlər.
«Məlumat» ərəb mənşəli, çoxmənalı “məlum” sözündəndir. “Məlum” sözünün aşağıdakı mənaları vardır: 1) muzd, haqq; 2) qonorar; 3) aydın, aşkar, bilinən. “Məlumat” sözü aydın, aşkar, bilinən mənasındadır. Rəsmi kargüzarlıqda məlumat iki xarakterdə olur: a) bildiriş; b) raport xarakterində.