Vəsiyyətnamə iki sözdən – ərəbcə “vəsiyyət” (nəsihət, tapşırma, tövsiyə) və farsca “namə” (məktub, kağız, sənəd) ibarətdir. Vəsiyyətnamə hüquqi sənəddir. Vəsiyyət hər hansı bir adamın ölümqabağı (və ya ondan çox-çox əvvəl) verdiyi tapşırıqdır. Hər hansı bir vətəndaş ölümqabağı öz əmlakını kiməsə vəsiyyət edə bilər. Hər bir vətəndaş öz əmlakının hamısını və yaxud onun bir hissəsini qanun üzrə vərəsələr arasında, habelə vərəsələr dairəsinə daxil olmayanlara, habelə dövlətə, dövlət təşkilatına, ictimai birliklərə vəsiyyət edə bilər. Vəsiyyət edən miras qalan əmlakdan pay hüququ olan şəxslərin başqa qanun üzrə vərəsələrdən birini və ya bir neçəsini və yaxud hamısını vərəsəlik hüququndan məhrum edə bilər.
Vəsiyyətnamə qonşuların və ya vəzifəli şəxsin iştirakı ilə tərtib edilir və vəsiyyətedən tərəfindən imzalanır.
Vəsiyyətnamə nümunə vermir və sizə belə bir sənəd tərtib etməyi arzu etmədiyimizdən, tapşırıq da verməyi lüzum görmürük.