ZƏMANƏT
“Zəmanət” ərəb sözüdür – zamin olma, öhdəsinə götürmə sənədidir. Bu sənəd keçmişdə demək olar ki, ən çox işlənən sənədlərdən biri idi. Çünki keçmiş Kommunist Partiyası sıralarına daxil olmaq istəyən hər bir adama partiya stajı 5 ildən yuxarı olan üç nəfər kommunist zəmanət verməli idi. İndi nə Kommunist Partiyası var, nə də onun tələb etdiyi zəmanət. İndi yalnız hüquqi sənəd olan zəmanət vardır. Həmin zəmanətlər əsasında məhkəmə, prokuror və ya müstəntiq müttəhimi azad edir. Azərbaycan Respublikası CM 37-ci maddəsində zəmanət – vəsatət əsasında zaminliyə vermə haqqında deyilir: «Zaminliyəvermə – cinayət məsuliyyətindən azadetmə formalarından biridir. Zaminliyəvermə məhkəmə, prokuror, təhqiqat orqanı (prokurorun razılığı ilə) tərəfindən ictimai təşkilatların və yə əmək kollektivinin vəsatəti olduqda və törədilmiş əməli və onu törətmiş şəxsin ictimai təhlükəsizliyi nisbətən az olduqda tətbiq edilir. Əvvəllər qəsdən cinayət etməyə görə həbs edilmiş, yaxud əvvəllər zaminə verilmiş şəxslər, habelə özünü günahsız hesab edən, günahını boynuna almayan, yaxud hər hansı səbəbdən işə məhkəmədə baxılmasını tələb edən şəxsləri zaminliyə verməyə yol verilmir:
Zəmanət əmək kollektivləri və ictimai təşkilatlar tərəfindən, məhkəmənin, prokurorun və ya müstəntiqin adına yazılır.
Nümunə
ZƏMANƏT
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı dos.Vaqif Rəcəbova
Oğlum Rasim Əliyevin tez-tez dərs buraxması haqqında məlumat aldım. İndiyə qədər bu barədə xəbərim olmamışdır. Bir valideyn kimi oğlum Rasimin bundan sonra dərs buraxmasına yol verməyəcəyəm. Çalışacağam ki, o, fakültənin ən intizamlı tələbələrindən biri olsun.
Dostları ilə paylaş: |