VƏKALƏTNAMƏ VƏ ETİBARNAMƏ
Vəkalətnamə qiymətli bir əşyanı müəyyən təşkilatdan almaq üçün lazımi şəxsə verilən xüsusi formada tərtib edilmiş sənəddir. İdarə və təşkilat onu etibar etdiyi şəxsin adına yazarkən imza qoyur və müəssisənin möhürü ilə təsdiq edir.
Vəkalətnamə təkcə təşkilatlar arasında əməliyyata deyil, müəyyən şəxsə də aid edilə bilər. Fərq bundadır ki, təşkilatların bir-birinə verdiyi vəkalətnamə xüsusi formada mətbəədə hazırlanır. Həmin sənəd aşağıdakı kimi tərtib edilir:
1. Vəkalətnamə kimə verilir. Onun adı, atasının adı, vəzifəsi.
2. Vəkalətnaməni verən şəxs və ya təşkilat (onun adı, atasının adı, soyadı, vəzifəsi, yaxud müəssisənin adı, yeri tam şəkildə göstərilməli).
3.Alınan əşyanın miqdarı, yaxud etibar ediləcək materialın məzmunu.
Vəkalətnamənin müddəti (həm rəqəm və həm də hərflər).
Vəkalətnaməyə məsul olan şəxsin imzası.
Vəkalətnamənin verildiyi tarix.
Vəkalətnaməyə məsuliyyət daşıyan şəxsin vəsiqəsinin seriya və nömrəsi, hansı daxili işlər şöbəsindən verildiyi və şəxsiyyət vəsiqəsinin verilmə tarixi.
Nümunələr
VƏKALƏTNAMƏ
Biz, sizin idarədən 2014-cü ilin yanvarından dekabrına qədər şifrələri almağı öz işçimiz İlahə Zeynalovaya etibar edirik.
Bizim hesab nömrəmiz -76453879, Bakı ş., Yasamal rayon Mənzil-Təsərrüfat bankı.
İ.Zeynalovanın şəxsiyyət vəsiqəsi: P-JQ N-685436, 6 sentyabr 2003-cü ildə Bakı ş. Nərimanov RİK-nin DİŞ-i tərəfindən verilib.
İ.Zeynalovanın imzasının nümunəsi: (imza)
12 dekabr 2018-ci il
Təsdiq edirik: (möhür)
Dostları ilə paylaş: |