24.06.2016
HAQQIN SƏDASI
Bizi məhv etmək üçün eyləsə məzlum duasın
Biz nə ?! Biz çalışaq kəsməyək haqqın sədasın
O dualar ilə Allah bizə qılsın bəlasın
Biz nə ?! Biz çalışaq kəsməyək haqqın sədasın.
Bir adam çıxdı bizim aləmə təfsir eləyən,
O da dərk etdi bizik, aləmi tənfir eləyən.
Bizdədir məkri-riya bizləri təsvir eləyən
Adəmin başına saldıqda bu təsvir havasın.
Evimə bir dilənçi gəldi yanında bir küçük,
Bəs qədər şey ona verdim nə qədər yığdı o yük.
İki gündən sonra gəldi yenə ol boynu bükük
Lənətullah, vurub od yandırasan lap atasın.
Çün ölüm yerləşir arasında göz ilə qaşın,
On cürə ləziz yemək, həm də kababın və aşın,
Yanında huri mələk, dizlərinin üstdə başın,
Bizlərə tək yaraşır görməyə dünya səfasın.
Yaraşır təkcə bizə, mən biləni çox pullar,
Fəqri, nökəri yenə bizlərə möhtac qullar
Məhv edir şəhrimizin gözəlliyin yoxsullar ,
Onları rədd edənin mən də alaram qadasın.
Dostları ilə paylaş: |