Yazılmağa verilmişdir



Yüklə 116,08 Kb.
səhifə39/49
tarix02.01.2022
ölçüsü116,08 Kb.
#45283
növüYazı
1   ...   35   36   37   38   39   40   41   42   ...   49
Qısa ömürüm

04.10.2016

EY GÜL
Çəkdim nə qədər mən sənə həsrət, yetər, ey gül,

Düşdüm izinə kölgən olub hər səfər, ey gül.


Bir yarə vurub qəlbimə ey yar ,elə getdin,

Gəlmiş başıma sən gedəni gör nələr, ey gül.


Bir gəl mənə de, ağlamayım mən necə, ey yar ?

Üzmüş axı bu qəlbimi hicran betər, ey gül.


Quşlar da gəlib, gəldi bahar, gəlmədin ancaq,

Heç küləkdədən olmadı səndən xəbər, ey gül.


Bir dərdə salıbsan məni canan, dərmanı yox,

Vermir ki, şəfa dərdimə bir kəs, nəfər, ey gül.


Bəsdir, yetər artıq, məni incitmə gülüm, ta

Çəkdim sən üçün bəs qədəri qəm-kədər, ey gül.


Dağlı nə qədər çəksə də qəm-həsrəti sənçün,

Bil ki səni sevdi verdiyin dərd qədər, ey gül.



MƏNƏ
Ey gözüm, sən ağla, çün tək qalan hicrandı mənə,

Bir zaman can dediyim indisə düşməndi mənə.


Dərdimin dərmanı yardır o çıxıb getdi, amma

Dərdliyəm, təkcə onun gəlməyi dərmandı mənə.


O, ki aydan da gözəl rüxsarına heyran olub,

Tək onu sevmiş idim, sandım o canandı mənə.


Nöş məni tərk eləyib ay üzünü gizlətdin ?

Canıma can gələcək, tək gülüşün candı mənə.


Ömrümə neyçün gəlib sən məni ağlar etdin ?

Sənin üçün tökülən göz yaşı leysandı mənə.


Gözəlim, vermə zülm Dağlıya ta bəsdir, yetər,

Onsuz da sənsiz həyat türmədi, zindandı mənə.




Yüklə 116,08 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin