Yazılmağa verilmişdir



Yüklə 116,08 Kb.
səhifə47/49
tarix02.01.2022
ölçüsü116,08 Kb.
#45283
növüYazı
1   ...   41   42   43   44   45   46   47   48   49
Qısa ömürüm

NƏ QƏDƏR MİLLƏTİMİZ....
Nə qədər millətimiz pis əmələ mail olub,

Bu səbəb, dəftərimiz günah olub, zail olub.


Kimi pul-dövləti qeyrətdən amma üstün edir,

Bu sözüm təkcə həmin o insana şamil olub.


Unudub Allahını şeytana iman gətirir,

Sonu yox, qəlbinə şeytan çün onun daxil olub.


İmanın oldusa şeytan səni azdırmaq istər

Mən özümdən demirəm, bu ki, haqqdan hasil olub.


Boş yerə hey qan axır, nahaq yerə insan ölür.

Deyim ki, mən sizə kim dünyada ilk qatil olub ?


Yer üzün almış ələ hey paxıllıq hökm eyləyir,

Habili hətta vuran öz qardaşı Qabil olub.


Demə gəl haqqı a şair sənə qismət olmaz

Bunu ol vəqt biləcəksən yerin son mənzil olub.


Mənə düşmən çox olubdur bu səbəbdən bilirəm,

Sözünü haqqla deyənçün bu Əkrəm Aqil olub.




SORAĞINDA
Gəzməkdə olum hər yeri yarın sorağında,

Yarım yaşar əğyar ilə eşqin marağında.


Ey gül, sənin ol alma yanağından öpərdim,

Həm öpmüş idim, qalmış izi bal dodağında.


Bülbül kimi eşqdən sənə mən çox oxuyardım,

Bu nəğmələrin bilki qalacaq qulağında.


Ey yar, necə ki, saxlayıram mən sənə əza,

Bilki olacaq hüzur qaranlıq otağında.


Əkrəm daha məktublarını yandırıb, ey gül,

Rəsminsə qalıb yar, hələ gözümün qabağında.





Yüklə 116,08 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin