Yazılmağa verilmişdir



Yüklə 116,08 Kb.
səhifə46/49
tarix02.01.2022
ölçüsü116,08 Kb.
#45283
növüYazı
1   ...   41   42   43   44   45   46   47   48   49
Qısa ömürüm

DƏRDƏ, QƏMƏ YAXINAM
Dünya ləzzətin istəmədim zərrəcə səndən,

Ya Rəbb, dilədim yan elə bu ruhu bədəndən.


Çün ölsəm əgər bəlkə canım şad olacaqdır,

Dünyanın da uzaq olmayıbsa qüssəsi məndən.


Çox kəs belədir: olsa əgər başım qızıldan,

Qəbri eşərək çıxardarlar başı kəfəndən.


Əlbət mən üçün cənnəti-rizvandı bu torpaq,

Dünya dağıla, olmayacam yan bu vətəndən.


Əkrəm, nə qədər sağdı bu can, qiymətin olmaz,

Qədrin biləcəklər sən ölüb qəfil gedəndən.



MƏN
Divanə deyirlər mənə, ey gül, dərdliyəm mən.

Seyr elə qırağdan məni, çox gülməliyəm mən.


Atmışsa da o yar məni əl çəkmərəm əsla,

Gəl zənn etmə aciz məni, eşqdə zəliyəm mən.


Dağları çapıb mən daha Fərhad kimi oldum,

Eşqin daha sönməz çırağı, məşəliyəm mən.


Əkrəm deyər öz sözlərini, qiyməti sən ver,

Qiymət verə bilsən əgər - bir nömrəliyəm mən.




GEDİRƏM MƏN
Ey çərxi fələk, hökmünə qurban gedirəm mən,

Əqlim aparıb lənəti-şeytan, gedirəm mən.


Ta son nəfəsimdir, axır bir gün öləcəkdim,

Çün gəlmiş idim dünyaya mehman, gedirəm mən.


Bir namə yazıb mən quşa verdim, yara çatsın,

Ki, ağlamasın sevgili-canan, gedirəm mən.


Yazdım vətənimçün nə qədər şeiri-qəzəllər,

Dünyada adım qalar qəzəlxan, gedirəm mən.


Bir cinnü-bəşər qəbrimi yad etməyəcəksə,

Bağrım yarılar bil ki həmin an, gedirəm mən.


Əkrəm , bunu bil kimsə səni yad etməsə də

Yad eyləyəcək Azərbaycan, gedirəm mən.



BİLƏSƏN
Əlinin eşqi mənim qəlbimdə vardır biləsən,

Məhşərəcən adı dilimdə şüardır, biləsən.


Əlini kim ki, dana gözlərinə qan gələcək,

Əlini zikr eləyən qəmdən kənardır, biləsən.


Əlinin eşqi bizim qəlbimizə yol tapdı,

Əlisiz məncə könül dərdi-qubardır biləsən.


Kim onu gəl tapsa qoy Əlini zikr etsin,

Tanımazsansa günün qəm, ahu-zardır, biləsən.


İMİŞ
Ey gözüm, ağlama, yar özgəsinə həmdəm imiş,

Demə çəkdiyin təkcə qüssə, kədər və qəm imiş.


Nə qədər cövri-cəfa sən mənə ey gül, verdin,

Yenə də dözdü ürək, gör nə qədər möhkəm imiş.


Ey ürək, bilki bunu, dərdinə yar dərmandır,

Çün loğman etdi xitab dərdinə yar məlhəm imiş.


Mən sənə tənə vurub dedim: çıx get, gəlmə daha,

Sonradan bildim sənin yoxluğun cəhənnəm imiş.


Nə bilirsən nədi dərd-qəm, bunu sən görməmisən,

Dərdini təkcə çəkən bu aşiqin Əkrəm imiş.



GƏLMƏ
Get daha sevgili-canan, gəlmə,

Könlümü etməyə viran gəlmə !


Nə rəvadır ürək ey gül, sənçün

Eyləsin naleyi-əfqan, gəlmə !


Leylinin yolunu gedib ad tapdın,

Qazanım mən təki ad-san, gəlmə !

Dedim ey yar, olacaqsan peşman,

Yanıma halı-pərişan gəlmə !


Görüşərdik gecə röyada, gülüm,

Röyama sən daha mehman gəlmə !


Xoş keçən dövranımı, həyatımı,

Etmə gərçi mənə zindan, gəlmə !


Əkrəmə bir yara vurdun getdin,

Deyəcək o sənə hər an: gəlmə !




Yüklə 116,08 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin