Yazılmağa verilmişdir



Yüklə 116,08 Kb.
səhifə43/49
tarix02.01.2022
ölçüsü116,08 Kb.
#45283
növüYazı
1   ...   39   40   41   42   43   44   45   46   ...   49
Qısa ömürüm

SON NƏFƏSDƏ YETİŞ....
Qəlbim ol dəm ki, edir eşq ilə gülzara həvəs,

Yox deyib, eyləyir geniş cahanı qara qəfəs.


Nə rəvadır ki, bu bir canımı min yol alaraq,

Bu qədər dərd ilə neyçün qoyasan orada bəs ?


Bu kədər, qəm çuxurunda boğulub, dad etdim,

Verən olsaydı əgər bir dəfə biçarəyə səs.


Ey küləklər, deyin ol yara ki, can vermədəyəm,

Heç olmasa son nəfəsdə yetiş, ol yara tələs.


Əkrəm, yorma özünü, şeir-qəzəl sənlik deyil,

Verə bilmirsən özün yazdığın əşara nəfəs.



SÖHBƏT
Xaliq nə gözəl xəlb eləyibdir səni afət,

Ay qız, bu nə surət ?


Hər kim ki durub axtara bu dünyanı əlbət,

Tapmaz sənə nisbət !


Baxdım sənin ol hüsnünə ay qız, düşündüm

Bildin nə düşündüm ?

Yəqin ki, görüm nurunu dönmüş nura zülmət,

Heyrətdədi millət.

Heyrətdədi, göydən yerə əlbət mələk enmiş,

Bir insana dönmüş.


Məst oldu bəşər bunda yəqin vardı kəramət,

Ya Rəbb, bu nə hikmət ?!


Ey xoşa gələn huri mələk, sevgili-canan,

Ey mahi-xuraman.


Görəcək ədəbin huri mələklər edib ibrət,

Var səndə bu qüdrət.


Gülmək yaraşır ey gözəl afət, sənə, sən gül,

Ey gül, yenə sən gül !


Gülsən bu bəşər tək sən üçün eylər ibadət,

Eylər buna adət.


Əkrəm deyəcək sənli bu qışda mənə yazdı

Şeirin sənə yazdı.


Yəqin ki, sayılmaz boş, quru söhbət,

Gəl ver buna qiymət.

Ey yar, elə diqqət.
Hüsnün mənə cənnət,

Ol xudadan mənə

Tək sənsən əmanət.



Yüklə 116,08 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin