Yazılmağa verilmişdir



Yüklə 116,08 Kb.
səhifə42/49
tarix02.01.2022
ölçüsü116,08 Kb.
#45283
növüYazı
1   ...   38   39   40   41   42   43   44   45   ...   49
Qısa ömürüm

MƏNƏ QALDI
Tərk eylədin ey gül, yenə həsrət mənə qaldı,

Öz könlümü etdim yenə töhmət, mənə qaldı.


Məndən sənə qəlbim, dəli könlüm, cavan ömrüm,

Səndən isə yar, qəm-kədər əlbət mənə qaldı.


Atdın məni əğyar ilə cananlıq edirsən,

Sən bəxtəvər oldun, acı qismət mənə qaldı.


Sevdim onu, o isə pulu, dövləti seçdi,

Nə eşqdə qazandım, nə də afət mənə qaldı.



MƏHƏBBƏT
Bir xeyli mürəkkəb görünür sadə məhəbbət,

Yar söylədiyin indi salır yada məhəbbət.


Sönməzdi, boğulsaydı da hicran dənizində,

Sönməkdədi, indi durub amadə məhəbbət.


Biz çirkin olan bəndələr Allahı sevərkən,

Allaha nə lazım belə eşq, ya də məhəbbət.


Məhz şeytana aldanmağımız evimizi yıxdı,

Var-dövlət olan yerdə düşər yada məhəbbət ?


İllərdi məhəbbət sarı zəncirlərə düşdü,

Kimdi de görüm axtaran azadə məhəbbət?


Aqil, elə Allaha məhəbbət yaradaq biz,

Ki, bəsləyir insan necə övlada məhəbbət.



KİMİ
Xəyalı incidir məni bəlalı nəğmələr kimi,

Sanki beşikdə ağlayan dualı körpələr kimi.


Düşüb gəzir xəyalları, gün də çıxsa o itməyir,

Tərk eləmir bir an məni vəfalı kölgələr kimi.


Tərk eləmir otaqları, bir dəfə çıxmayır çölə,

Sanki qonşudan utanır həyalı bəndələr kimi.


Xatirələr divarlarda qəmli sujet əks eləyir,

Məni dəvət edir ki, bax, əzalı səhnələr kimi.


Dost da deyir qoşul bizə, unut biraz dərdi-səri,

Bu Əkrəmin sən gedəni yox halı özgələr kimi.



Getsin
Bir qonaqdır bu sıxıntı, bizə gəlmiş, getsin,

Bu qonaqdan sonra insan da üzülmüş getsin.


Qaça insan nə qədər, var isə dərd onun

Yazılıb alnına göz yaşı süzülmüş getsin.


Vüsal eşqin sonudur, hicr isə başlanğıcıdr,

Bunu dərd etməsələr vəsl elə bitmiş getsin.


Hansı rəftarımıza lütfünü qılsın Mehdi,

Elə qoy görməsin, insanlar əzilmiş getsin.


Tapşırır canını Əkrəm gedir artıq, bəsdir,

Zamandır ona-buna bu vaxtı deyilmiş “getsin”




Yüklə 116,08 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin