Təbii eksperiment elə aparılır ki, sınaq olunanda
şübhə yaranmır və yaxud da pedaqoji proses təbii halda
keçir. Təbii eksperimentdə davranışın, pedaqoji prosesin
təbiiliyi təmin olunur. Sınaq olunan hiss edilmədən ünsiy-
yət və münasibətə və ya pedaqoji prosesə cəlb olunur.
Laborotor eksperimenti xüsusi təşkil olunmuş, süni
şəraitdə aparatların köməyi ilə keçirilr. Laborotor eksperi-
menti zamanı sınaq olunan onun üzərində təcrübə aparıl-
dığını bilir və ondan dəqiq, inanılmış nəticələr almaq mə-
qsədilə istifadə edilir.