24
verə bilər. Bura şagirdlər tərəfindən çəkilmiş şəkillər, ya-
zılmış şeir və hekayələr, hazırlanmış bədii tikişlər, cihaz-
lar, modellər, maketlər və s. başqa nümunələr daxildir.
Tədqiqatın metodikası – (yun. methodike, metho-
dos – tədqiqat yolu)– 1) Bu və ya digər işin, tədqiqatın
məqsədəmüvafiq, səmərəli surətdə aparılma qaydalarının
məcmusu kimi başa düşülür.
Tədqiqat prosesində magistrant məktəbin və ya baş-
qa bir təhsil müəssisəsinin metodik işi ilə tanış olur. Meto-
dik işin aşağıdakı məqsədləri olur:
1. Daha səmərəli təlim-tərbiyə metod və tərzlərinin
mənimsənilməsi.
2. Müəllim və ya tərbiyəçinin təlim-tərbiyə işinin
təşkili və aparılmasına hazırlıq səviyyəsinin yüksəldilmə-
si.
3. Pedaqoji kollektiv üzvlərinin öz aralarında təcrübə
mübadiləsi aparması.
4. Aktual pedaqoji təcrübənin aşkarlanması, ümumi-
ləşdirilməsi və təbliği.
5. Təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəldil-
məsi.
6. Pedaqoji təhlil, nəzəri və eksperimental tədqiqat
bacarıqlarının inkişaf etdirilməsi.
7. Pedaqoji yeniliklərin gündəlik fəaliyyətdə nəzərə
alınması.
Dostları ilə paylaş: