4. ELMİ MƏLUMATLARIN TOPLANMASI
Seçilmiş mövzu ilə əlaqədar pedaqoji ədəbiyyatın
öyrənilməsinə ilk öncə problemin ümumi şəkildə öyrənil-
məsindən başlamaq lazımdır ki, mövzu haqqında ümumi
təsəvvürlər yaransın. Sonra yeni materialların axtarışına
keçmək lazımdır.
Elmi ədəbiyyatın öyrənilməsi ciddi bir işdir. Bu ba-
xımdan elmi ədəbiyyatla məşğul olduqda, məqalə və ki-
tabları oxuduqda qeydlər aparılmalı, çıxarışlar edilməlidir.
Yaxşı demişlər ki, ən solğun yazı, ən qiymətli sözdən
qalıcıdır. Əgər kitab və jurnal özününküdürsə səhifənin
kənarında bəzi qeydlər də, işarələr də etmək olar. Bu xü-
susda qəbul edilmiş işarələr var ki, onlar da müəyyən mə-
naları ifadə edir. Onlar aşağıdakılardır:
!- yaxşı; !!- çox yaxşı deyilmişdir.
?- aydın deyil, inandırıcı deyil, şübhəlidir.
______ - diqqət yetirmək lazımdır
> - daha çox, şişirdilmiş
< - daha az, zəif deyilmiş
39
= - ümumi fikir
} –yekun fikir
|| - təkrar fikir
Ədəbiyyat üzərində işlərkən rəngli qələmlərdən, xü-
susilə qırmızı qələmdən müəyyən işarələrin qoyulmasında
istifadə etmək olar. Psixoloqlar deyir ki, qırmızı rəng
diqqəti daha çox cəlb edir.
Tədqiqatçının ədəbiyyat üzərində işinin keyfiyyəti
onun çox oxuması ilə deyil, əsaslı oxuması ilə ölçülür.
Buna görə də oxu texnikası, oxu mədəniyyəti tədqiqatçı-
nın başlıca keyfiyyətlərindən biridir. Oxu mədəniyyəti çox
geniş bir anlayışa malik olub adi kitab oxumaqdan, ya-
radıcı oxuya qədər , oxucunun müəlliflə həmfikir, sanki
eynihüquqlu müəllif olmasına qədər uzanır. Oxu mədə-
niyyəti təkcə nə oxumaq deyil, həm də necə oxumaqdır.
Oxu mədəniyyəti mütaliə üçün əlverişli şəraitin yaradıl-
ması, zehni əməyin texniki və gigiyenik tələblərinə əməl
edilməsi deməkdir. Yəni kitabın məzmunundan, oxunun
məqsədindən asılı olaraq oxucunun müxtəlif üsullarla
işləmək
bacarığına
yiyələnməsi,
habelə
kitabdakı
materialın sistemləşdirilməsi, onlardan istifadə edilməsi,
oxunmuş materialın tətbiq edilməsi, icmallaşdırılması,
qeydlər aparılması və s. deməkdir.
Oxu mədəniyyətinin vacib şərtlərindən biri tədqiqat-
çınn kitabxana-bibloqrafik savada yiyələnməsidir.
40
Tədqiqatçı kitabxanadan istifadə etmək bacarığına
yiyələnməli, kataloqların köməyi ilə istənilən ədəbiyyatı
tez bir zamanda tapmaq, yeni çıxan ədəbiyyatı izləmək,
lüğətlərdən, məlumat kitablarından, ensiklopediyalardan
istifadə etmək bacarığına yiyələnməlidir.
Oxu mədəniyyəti həmçinin oxunmuş materila tənqidi
yanaşmaq deməkdir. Materialın mahiyyətinə varmaq,
faktları dəqiqləşdirmək, müqayisələr etmək, ümumi-
ləşdirmələr aparmaq, nəticələri tutuşdurmaq tədqiqatçı
oxucunun əsas xüsusiyyətlərindəndir.
Tədqiqatçı-oxucu aşağıdakı bacarıqlara yiyələnməli-
dir:
1. Problemlə bağlı lazımi ədəbiyyatı seçməyi bacar-
malıdır.
2. Bibloqrafik kataloqlardan, bilik mənbələrindən,
internet xidmətindən istifadə etməyi bacarmalıdır.
3. Oxunmuş materialı dərindən başa düşməlidir.
4. Oxunmuş materialdan tədqiqatın müəyyən fəsillə-
rində, bölmələrində istifadə etməyi bacarmalıdır.
5. Oxunun texniki üsullarından istifadə etməyi bil-
məlidir (çıxarışlar etmək, icmallaşdırmaq, tezis hazırla-
maq, rəy yazmaq, sitatları qeyd etmək və s. ).
6. Oxunun gigiyenik tələblərinə, zehni əməyin elmi
təşkilinə əməl edilməlidir.
Bunu da xüsusi qeyd edək ki, istifadə edilmiş ədə-
biyyatın üzünün eyni ilə dissertasiya mətninə köçürülməsi
yolverilməzdir.
Əgər müəyyən hissənin dissertasiya
mətnində verilməsinə ehtiyac duyulursa, o zaman
41
həmin hissə dırnaq içinə alınaraq müəllifin və əsərinin adı,
köçürülmüş hissənin səhifəsi göstərilir. Əsərdən müəllifin
fikri sitat kimi dissertasiyada verilərkən də belə edilməli-
dir. Sitatlar dəqiq və təhrif olunmadan verilməlidir. Sitat
dissertasiyanın müəllifinə bir sıra mühüm məsələlərin
əsaslandırılmasında, həmçinin öz fikirlərinin əsaslandırıl-
masında əsas istinadgah hesab olunur. Ona görə də verilən
sitat əhəmiyyətli, ciddi məsələlərin əsaslandırılmasına
xidmət etməlidir.
İlk mənbələrdə, Prezident Fərmanlarında, dövlət sə-
nədlərində, klassiklərin əsərlərində verilən məlumatların,
faktların doğruluğuna, həqiqiliyinə və dəqiqliyinə şübhə
yoxdur. Magistrant tədqiqatında bu mənbələrə müraciət
etməli, onlardan istifadə etməlidir.
Ulu öndərimiz Heydər Əliyevin əsərləri, təhsilimi-
zin inkişafında onun xidmətləri, müdrik fikirləri, habelə
son dövrlərdə prezident sərəncamı ilə nəşr olunan kitablar,
rəsmi dövlət sənədləri, təhsil haqqında Qanun, habelə
tədqiqat xarakterli elmi nəşrli monoqrafiyalar, elmi – pe-
daqoji, nəzəri toplular, elmi konfransın materialları, tədris
müəssisəsinin elmi xəbərləri, elmi-tədqiqat materialları,
ixtisas jurnalları, pedaqoji mətbuat
dissertasiyanın
yazılmasında magistrantın istifadə edə biləcəyi ən etibarlı,
ən gərəkli, ən doğru və həqiqi mənbələrdir.
Biblioqrafik məlumatları toplamaq üçün magistrant
həm əlifba kataloqundan, həm də sistemli kataloqdan isti-
fadə etməyi bacarmalıdır.
42
Kitab və
kitabxanadan istifadə
qaydaları haqqında
magistrantın lazımi dərəcədə biliyi olmalıdır. Görkəmli
pedaqoqların, tədqiqatçıların soyadı,
əsərləri
əlifba
kataloqunda soyadının baş hərfi ilə verilir. Axtarılan
müəllif soyadının baş hərfi ilə əlifba kataloqundan
axtarılıb tapılır.
Kitabxanalarda sistemli kataloqlar da mövcuddur:
“Pedaqogika tarixi”, “Ailə pedaqogikası”, “Təlim nəzəriy-
yəsi”, “Tərbiyə nəzəriyyəsi” və s. pedaqogika üzrə sistem-
li kataloqlarda mövcuddur. Magistrant mövzu ilə bağlı
sistemli kataloqdan da özünə lazım olan ədəbiyyatı
asanlıqla tapa bilər.
|