3. MÖVZUNUN SEÇİLMƏSİ
Mövzunun seçilməsi dissertasiyanın uğurla başa
çatması üçün böyük əhəmiyyət kəsb edir. Yaxşı deyirlər –
düzgün seçilmiş mövzu işin yarısı deməkdir. Mövzudan
aydın olmalıdır ki, burada başlıca olaraq nədən danı-
şılacaqdır. Magistr dissertasiyasının mövzusu magistrantın
təhsil aldığı ali tədris müəssisəsinin ixtisasa müvafiq
kafedrası tərəfindən müəyyənləşdirilir.
Dissertasiya mövzusunun seçilməsinə magistr hazır-
lığının ilkin mərhələsində - birinci semestrində başlanılır.
Kafеdralar magistr dissertasiya
işlərinin mövzularını
əvvəlcədən müəyyənləşdirməli, оnları hər il təzələməli,
kafеdrada müzakirə еtməli və fakültə еlmi şurasının
təsdiqinə
vеrməlidir.
Mövzular
müəyyənləşdirilərkən,
еlmin, təhsilin müasir və pеrspеktiv inkişafı, təhsil
qarşısında duran rеal vəzifələr, təhsil islahatları, dövlə-
timizin təhsil siyasəti, habelə kafеdranın еlmi-tədqiqat
işlərinin əsas istiqamətləri nəzərə alınmalı və magisrantlar
yüksək hazırlıqlı və iхtisaslı еlmi rəhbərlərlə təmin еdil-
məlidir.
35
Magistrant sərbəst şəkildə mövzu seçmək hüququna
malikdir. Magistrant mövzu seçməkdə çətinlik çəkərsə
fənn müəllimindən və ya ixtisas kafedrasından məsləhət
ala bilər.
Mövzu seçilərkən onun aktuallığına xüsusi fikir ve-
rilməli, həmçinin mövzunun ədəbiyyatda necə əks olun-
ması, tədqiqatçılar tərəfindən işlənmə səviyyəsi də nəzərə
alınmalıdır.
Yeni tədqiqata başlayan tədqiqatçının işə psixoloji
cəhətdən hazırlığı da az əhəmiyyət kəsb etmir.
Bir çox magistrantlar mövzunun çətinliyindən heç də
qorxmur, işə cəsarətlə başlayır, qarşıya çıxan hər cür çə-
tinliyi aradan qaldırmağa, ciddi tədqiqat işləri aparmağa
səy göstərir. Belələri əsl elm aləminə daxil olmaq is-
təyirlər. Onlar yaxşı başa düşürlər ki, elmə daxil olmaq
gərgin yaradıcılıq, tədqiqatçılıq qabiliyyəti dərin bilik,
mənbələrdən səmərəli istifadə etmək bacarığı tələb edir.
Belə magistrantlar düzgün mövzu seçə bilir, işə həvəslə
başlayır, məqsədyönlü çalışır, ədəbiyyatdan yaradıcılıqla
istifadə edir və uğurlu nəticələr əldə edirlər.
Mövzu seçilərkən onun konkret, aktual və əhəmiy-
yətli olmasına fikir verilməlidir. Belə mövzunu daha də-
rindən, ətraflı işləmək mümkündür.
Mövzunun seçilməsində tədqiqatçı magistrant işləyə-
cəyi problem üzrə kitabxana kataloquna, ixtisas jurnalla-
rına, dövrü mətbuata nəzər yetirə bilər.
36
Bu mövzuda hansı ədəbiyyat mövcuddur?! Hansı
tədqiqatçılar belə bir mövzunu daha əvvəllər işləmişlər və
s.
Magistrant mövzunun seçilməsində qəti qərara gəl-
dikdən sonra dekanın adına ərizə ilə aşağıdakı formada
müraciət edir:
Dostları ilə paylaş: |