TERMİNLƏR. DİNAMİK XÜSUSİYYƏTLƏR
Musiqi əsərinin məzmunundan və xarakterindən asılı olaraq, onu bədii və mənalı etmək üçün lazım gələn yerdə bərk, yavaş, yumşaq və i.a. sözlərin yazılması tələb olunur.
Aşağıda göstərilən terminlər və işarələr bu xüsusiyyətləri bildirir və italyan dilində yazılır. Buna baxmayaraq, səslənmə gücü əsərin sonuna qədər bir qaydada qalmır. O, tədricən dəyişərək güclənə və zəifləyə bilər. Musiqidə səslənmə gücünün işarə olunması dinamik xüsusiyyətlər adlanır.
|
Terminlər
(italyanca)
|
Müxtəsər
yazılışı, yaxud işarələr
|
Tələffüzü
|
Mənası
(azərbaycanca)
|
|
Pianossimo
|
pp
|
pianisimo
|
lap yavaş
|
|
Piano
|
p
|
piano
|
yavaş, zəif
|
|
Mezzo-piano
|
mp
|
medsopiano
|
çox da yavaş yox
|
|
Mezzo-forte
|
mf
|
medsoforte
|
çox da güclü yox
|
|
Forte
|
f
|
forte
|
güclü
|
|
Fortesimo
|
ff
|
fortesimo
|
lap güclü
|
|
Kreşendo
|
<
|
kreşendo
|
getdikcə gücləndirərək
|
|
Diminuendo
|
>
|
diminuendo
|
getdikcə zəiflədərək
|
XROMATİZM VƏ YA ALTERASİYA İŞARƏLƏRİ
Yuxarıda qeyd etmişdik ki, oktava daxilində olan səslərdən 7-si müstəqil adlanır.
Qalan 5 səs – fortepianonun qara dilləri səsləri həm zilləşdirir, həm də bəmləşdirir.bu səslər yanlarından əsas səslərə görə adlanır. Məsələn dairə re arasında yerləşmiş səs birincinin yarımton zilləşməsinə, ikincinin isə yarımton bəmləşməsinə görə adlana bilər.
Bu qayda ilə də re-mi, mi-fa, fa-sol, sol-lya, lya-si arasındakı səsləri adlandırmaq olar.
Səsləri zilləşdirən və bəmləşdirən işarələrə xromatizm və ya alterasiya işarələri deyilir.
# - diyez işarəsi səsi yarımton zilləşdirir;
♭- bemol işarəsi səsi yarımton bəmləşdirir;
✖ - səsi iki dəfə yarımton zilləşdirməsi də mümkündür
iki qat diyez yəni dubl-diyez işarəsi;
♭♭- iki qat bemol işarəsi isə dubl bemol işarəsidir
səsi iki dəfə yarımton bəmləşdirir.
Bu işarələri ləğv etmək üçün işlədilən işarə bekar deyilir.-( ♮ )
bekar yaxud imtina işarəsi
Səslərin zilləşdirilib və bəmləşdirilməsinə hərflərlə (c,d,f,g və i.a.) yazmaq üçün hər hərfin axırına (#) əvəzinə is (is), ( ) əvəzinə es (es), (×) əvəzinə isisi (isis) və ( ) əvəzinə eses (eses) əlavə olunur.
Yarımton və ton
Ümumiyyətlə, musiqidə iki qonşu səs arasında ən qısa ucalıq məsafəsi yarımton hesab olunur. Oktava daxilindəki 12 səsdən hər iki qonşu səsin arası ucalıq etibarilə yarımtondur.
Musiqidə səsdüzümü bərabər yarımtonlara bölünür və oktava daxilində ancaq 12 yarımton yerləşir. Belə musiqi quruluşuna temperasiya olunmuş quruluş deyilir. Temperasiya quruluşuna görə 7 əsas səs içərisində mi ilə fa və si ilə do-nun arası yarımtondan, digər səslərin arası isə bir ton və yaxud 2 yarımtondan ibarətdir. Demək iki səsin arasında olan iki bərabər yarımtona bir ton deyilir.
Dostları ilə paylaş: |