Yeni dövr fəlsəfəsi


XVII əsr İngilis fəlsəfəsi



Yüklə 118,46 Kb.
səhifə2/7
tarix25.12.2023
ölçüsü118,46 Kb.
#194083
1   2   3   4   5   6   7
maarifçilik seminar

XVII əsr İngilis fəlsəfəsi.
Yeni dövr ingilis fəlsəfəsinin görkəmli nümayəndələrindən biri Tomas Hobbs idi. O, ingilis fəlsəfəsində materialist fəlsəfəsinin davamçısı kimi tanınmışdır. Hobbs «Təbii və siyasi qanunların elementləri», «Vətəndaş haqqında», «Cisim haqqında», «İnsan haqqında» əsərlərində özünün fəlsəfi sosial-siyasi baxışların şərh etmişdir. Onun fikrincə, dünya cismlərin məcmusundan ibarətdir. Dünyada qeyri cismani heç nə mövcud deyildir. Hobbsun təliminə görə, ayı-ayrı cismlərdən materiya təşkil olunmuşdur. Hobbs qeyd edirdi ki, hisslər vasitəsilə insan şeylərin bütöv obraznı yaradır, ağlın vasitəsi ilə isə onların tərkib hissələrini dərk edir. O belə hesab edirdi ki,dinin cəmiyyət həyatında müəyyəh rolu var. Lakin din siyasətə, dövlət işlərinə qarışmamalıdır.
Yeni dövr fəlsəfəsinin görkəmli nümayəndələrindən biri də Con Lokkdur. O « İnsan zəkasına dair təcrübə» əsərində insanın öz biliklərini hisslər aləmindən götürməsi haqqında fikirləri hərtərəfli əsaslandırmışdır. Sübut edirdi ki, insan biliyinin mənbəyinin, onun bütün ideyalarının mənbəyi hissi təcrübədir. Bunun əsasında da özünün sensualist idrak nəzəriyyəsini yaratmışdır. Loka görə, idrak posesi xarici aləmin insanın hiss üzvülərinə təsirindən başlanır. Lokka görə insanın üç əsas hüququnu ondan almaq olmaz: yaşamaq
hüququ, azadlıq və mülkiyyət hüququ. O, mülkiyyət hüququnu insan əməyinin yüksək
qiymıətləndirilməsi ilə əlaqələndirirdi.


1. Klassik alman fəlsəfəsi nisbətən qısa bir dövrü əhatə edir. Bu dövr XVIII əsrin 80-ci illərindən başlanır, XIX əsrin yetmişinci illərində (1872-ci ildə Feyerbaxın ölümü ilə) başa çatır. Bu fəlsəfə Yeni Dövr fəlsəfi fikrinin zirvəsini təşkil edir.
Klassik alman fəlsəfəsi dünya fəlsəfi fikir tarixində görkəmli rol oynamışdır. Bu fəlsəfə XVII-XVIII əsrlər fəlsəfəsində hakim mövqe tutan metafizik metodu tənqidi surətdə təhlil edərək onun elm sahəsindən kənarlaşdırılmasına nail oldu.
Klassik alman fəlsəfəsinin əsas nümayəndələri aşağıdakılardır:İohann Herder; İmmanuil Kant; İohann Fixte; Fridrix Şellinq; Georgi Hegel; Lüdviq Feyerbax.
Klassik fəlsəfənin ideal nümunəsi olan alman fəlsəfəsi çox ziddiyyətli, mürəkkəb ictimai-siyasi və nəzəri şəraitdəmeydana gəlib formalaşmışdır. Əgər maarifçilik Fransada Volter, Monteskye, Russo, Lametri, Didro, Helvetsi, Holbax və digərləri tərəfindən geniş və əhatəli şəkildə ifadə olunaraq burjua demokratik xarakter daşıyırdısa, Almaniyada yeni dövrün ideoloji inqilabıonun iqtisadi inkişafına uyğun şəkildə gedirdi. Almaniyada danışılan dövrdə feodal monarxiyasından ibarət olan dövlət quruluşu hökmran idi, o, feodalizm ən'ənələri əsasında inkişaf edən bir ölkə olaraq qalmaqda davam edirdi, feodalizm zülmündən xilas ola bilmir, onunla sazişə girmək isə o dövrdə yenicə formalaşmağa başlayan alman burjuaziyasının ən böyük arzusuna çevrilmişdi.
Nəzərdən keçirilən ziddiyyətli elmi və sosial inkişaf şəraitində, ilk növbədə isə Almaniya və Avropanın sosial varlığının təzadlı bir dövründə klassik alman fəlsəfəsi özünün dialektik təfəkkür tərzini formalaşdırmışdır. Klassik alman fəlsəfəsi başlıca olaraq materializm və idealizmin ziddiyyətli yolları ilə irəliləmiş,son nəticədə həm ziddiyyətlərlə dolu obyektiv və subyektiv idealizm, həm də antropoloji humanist materializm şəklində formalaşmış və fikir tarixinə daxil olmuşdur.O. İ. Kant (1724-1804), İ. Fixte (1762-1814), F. Şellinq (1775-1854), G. Hegel (1770-1831), L. Feyerbax (1804-1872)tərəfindən təmsil olunmuşdur.
Klassik alman fəlsəfəsi öz mahiyyəti e'tibarı ilə inqilabi xarakter daşımış, sosial təkamüllərin nəzəri cəhətdən əsasında durmuş, siyasi inqilabı qabaqlamışdır.



Yüklə 118,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin