Yeni dövr fəlsəfəsi


Klassik alman fəlsəfəsinin sonuncu böyük nümayəndəsi Lüdviq Feyerbax



Yüklə 118,46 Kb.
səhifə6/7
tarix25.12.2023
ölçüsü118,46 Kb.
#194083
1   2   3   4   5   6   7
maarifçilik seminar

5. Klassik alman fəlsəfəsinin sonuncu böyük nümayəndəsi Lüdviq Feyerbax (1804-1872) idi. Onun tarixi xidməti XVIII əsr materializminin mütərəqqi ənənələrini dirçəldib inkişaf etdirməsi, öz dövrü üçün böyük əhəmiyyət kəsb edən antropoloji tə"limi yaratması olmuşdur. O, gənc ikən Hegelin obyektiv idealizminin tə"siri altında idi. Bu onun "Vahid, universal və sonsuz zəka haqqında" adlı namizədlik dissertasiyasından da aydın görünür. Sonralar Feyerbax Hegel fəlsəfəsindən uzaqlaşır, onun idealizmindən imtina edir. "Hegel fəlsəfəsinin tənqidinə dair" əsərində o, artıq materializm mövqelərində dururdu. 1841-ci ildə Feyerbaxın "Xristianlığın mahiyyəti" adlı əsəri dərc edilmişdi. Bu kitab o zaman çox böyük əks-sədaya səbəb olmuş, "qaranlıqdakı şimşək kimi parlamışdır".
Feyerbax özünün bu əsərləri ilə XIX əsrin birinci onilliklərində Hegel idealizmini sıxışdıraraq materializmi bərpa etmişdir. Həmin illərdə Feyerbax metafizik materializmin görkəmli nümayəndəsi kimi çıxış edirdi. Onun materializmi antropoloji materializm idi. Bu fəlsəfənin çıxış nöqtəsində insan dayanır. O, insanı təbii-bioloji varlıq kimi xarakterizə edir, sübut etməyə çalışırdı ki, insanın bədəni (cismani varlığı) birinci, onun şüuru isə ikincidir.
Feyerbaxın fəlsəfi antropologiyasının əsasını təbiət haqqında, materialist tə"lim təşkil edirdi. O göstərirdi ki, təbiət yeganə reallıqdır, insan isə onun ən ali məhsulu, inkişafının yekunudur. Onun fikrincə, təbiət əbədidir: o zamanca sonsuz, məkanca hüdudsuzdur. Yalnız insan onun məkanda yer tutumuna hədd qoyur. O deyirdi: "Təbiətin nə başlanğıcı, nə də sonu vardır. Burada hər şey qarşılıqlı tə"sirdədir, hər şey nisbidir, hər şey zamanda həm hərəkətdir, həm də səbəbdir, hərtərətli və qarşılıqlıdır..."
Bütün bunlara baxmayaraq, Feyerbax hətta, bə"zən özünü materialist adlandırmaqdan imtina edirdi. O yazırdı ki, mən materialist deyiləm, çünki mənim üçün materiya boş bir abstraksiyadır. Feyerbax göstərirdi ki, biz materiyanı deyil, yalnız müəyyən hiss edilən şeyləri məsələn, suyu, odu, insanları və heyvanları qavrayırıq. Bu fikirondan irəli gəlirdi ki, o yalnız hisslərlə qavranılan, yə"ni fərdi olaraq hiss edilən predmet və hadisələri sırf maddi hesab edirdi. Feyerbax qeyri-müəyyən materiyanı, substansiyanı qəbul etmirdi.
Feyerbax XVIII əsrin materialist ən"ənələrini davam etdirərək, idrakın sensualist nəzəriyyəsini inkişaf etdirmişdir. Feyerbaxın nəzərincə, real aləm hisslərlə qavranılan gerçəklikdir. Yalnız hissi qavrayış vasitəsi ilə dünyanı dərk etmək olar. Hissi idrakın yüksək qiymətləndirilməsi heç də o demək deyildir ki, Feyerbax nəzəri təfəkkürün idraki əhəmiyyətini qəbul etmirdi. Əksinə, Feyerbax yazırdı ki, "biz hisslər vasitəsilə təbiət kitabını oxuyuruq, ancaq onu hisslərlə deyil, nəzəri təfəkkürlə anlayırıq".


Yüklə 118,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin