Yeni dövr fəlsəfəsi



Yüklə 118,46 Kb.
səhifə1/7
tarix25.12.2023
ölçüsü118,46 Kb.
#194083
  1   2   3   4   5   6   7
maarifçilik seminar


Yeni dövr fəlsəfəsi XVI əsrin sonu və XVII əsrin başlanğıcından XX əsrə qədər olan dövü əhatə edir. Yeni dövr fəlsəfəsinin meydana gəlməsi kapitalis istehsal münasibətlərnin təşəkkül tapması, təbiət elmlərinin, o cümlədən mexanikanın inkişafı ilə əlaqədar idi. Bu dövr fəlsəfəsini formalaşması Fransisko Bekon və Rene Dekartın adı ilə bağlıdır.
Fransisko Bekon yeni dövr ingilis materializminin və təcrübü elminin banisi idi. O, həmçinin öz dövrünün məhşur siyasi xadimi, görkəmli ideoloq kimi tanınmışdır. Bekon fəlsəfi fikrini,əsasən «Yeni orqanon», «Prinsiplər və başlanğıclar haqqında», «Yeni Atlantida» adlı əsərlərində şərh etmişdir. O materiyanı bütün mövcudatın əsası və ilkin səbəbi hesab edir, bütün şeylərdə atomik struktur axtarır. Bekonun fikrincə, materiya nə yaradılır, nə də məhv olmur. «Materiyanın bütün kəmiyyəti və onun məcmusu sabit qalır, nə artır və nə azalır». Həmin dövrdə yaşamış mütəfəkkirlərin bir çoxu kimi o da elmi idrakı əsaslandırmağı fəlsəfənin başlıca vəzifəsi hesab edirdi. O, fəlsəfənin predmet və vəzifələrini yeni tərzdə mənalandırmışdır. Bekon göstərirdi ki, elmi bilik insana xeyir vermək məqsədi güdməlidir. Bütün elmlərin ümumi vəzifəsi insanın təbiət üzərində hökmranlığını artırmaqdan ibarətdir. Bekona görə elm özü- özlüyündə əsas məqsəd deyil, vasitədir. O, təbiət hadisələrindən insanların rifahı naminə istifadə olunması üçün bu hadisələrin səbəbiyyət əlaqələrim aşkar etməlidir. Bu günə qədər davam edən "Bilik qüvvədir" aforizmi Bekona məxsusdur.
Yeni dövr fəlsəfəsinin formalaşması və inkişafında fransız filosofu və riyaziyyatçısı Reni Dekartın xidmətləri az olmamışdır. O, «Metod haqqında mühakimələr», «Metofizik düşüncələr», «Fəlsəfənin əsası» adlı əsərlərin müəllifidir. Dekart göstərirdi ki, dünya bir-birindən aslı olmayan iki substansiyadan ibarətdir. Onun biri ruh, digəri isə maddi substansiyadır. Onun fikrincə, insan maddi və ruhi substanıyaların birləşməsindən ibarətdir.
Dekartın fəlsəfəsi iki hissədən ibarətdir, Birinci hissə materialist fizika, təbiət haqqında fəlsəfə adlanır. İkinci hissə isə idealist metofizika adlanır.

Yüklə 118,46 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin