Yeni dövr fəlsəfəsi


İmmanuil Kantın fəlsəfəsi baxışları



Yüklə 118,46 Kb.
səhifə3/7
tarix25.12.2023
ölçüsü118,46 Kb.
#194083
1   2   3   4   5   6   7
maarifçilik seminar

2. İmmanuil Kantın fəlsəfəsi baxışları(1724-1804). Dünya mədəniyyətinin - elmin, fəlsəfi fikrin inkişafı tarixində onun xidməti böyükdür. Kant XVIII əsrin ən görkəmli mütəfəkkirlərindən biri idi.
Kantın nəzəri fəaliyyətini iki dövrə bölmək olar: Birinci təxminən 1747-ci ildən, yə"ni "Canlı qüvvələrin düzgün qiymətləndirilməsi haqqında fikirlər" əsərindən 1770-ci illərə qədər olan dövrü əhatə edir. Tənqidəqədərki dövr adlanan bu mərhələdə o əsasən, təbii-elmi problemlərlə məşğul olmuşdur. Günəş sisteminin meydana gəlməsi haqqındakı dialektik fikirləri məhz bu dövrdə irəli sürmüşdü. Kant "Səmanın ümumi təbii tarixi və nəzəriyyəsi" əsərində Günəş sisteminin nəhəng qaz dumanlıqlarından əmələ gəldiyini sübut etməyə çalışırdı. Bütün bunlarla birlikdə Kant həm də təbiətin öz-özünə inkişafı ideyasını əsaslandırdı və inkişaf etdirdi.
XVIII əsrin 70-ci illərindən Kantın fəaliyyətinin "Tənqid dövrü" adlanan ikinci mərhələsi başlanır. Kantın bu dövrdə yazdığı "Xalis zəkanın tənqidi" (1781), "Proleqomenlər" (1783), "Əməli zəkanın tənqidi" (1788), "Mühakimə qabiliyyətinin tənqidi" (1790) adlı əsərlərinin əsasını onun "şey özündələr " haqqında təlimi təşkil edir. Kantın fikrincə, şeylər aləmi insan şüurundan asılı olmayaraq mövcuddur. Kant onları "şey özündələr" adlandıraraq deyirdi ki, bunlar "transsendent"dirlər, yəni bizim şüurumuz, idrakımız üçün əlçatmazdırlar, o biri dünyaya məxsusdurlar; onlar dərk edilməzdirlər, insanlar yalnız onların təzahürlərini dərk edə bilərlər.
Kanta görə subyektin özünün strukturunda iki səviyyə (empirik və transendental) vardır. Birinci səviyyə hər bir insanın fərdi psixoloji xüsusiyyətlərini əhatə edir. Transendental (əlçatmaz, o tərəfdə olan deməkdir) səviyyə isə insanı ümumilikdə bəşər övladı kimi səciyyələndirir. Kanta görə məhz bu pillə biliyin obyektivliyini təmin edir
Bütün bunlar onu göstərir ki, Kant fəlsəfədə bir tərəfdən materialist, digər tərəfdən isə idealist olmuşdur. O, "şey özündələr"in obyektiv surətdə mövcud olduğunu qəbul etməklə materialist kimi çıxış etmiş, onları dərkedilməz, transsendent, o biri dünyaya məxsus hesab etməklə özünü idealizmin nümayəndəsi kimi göstərmişdir. Bizim şüurumuzdan kənarda və bizdən asılı olmayaraq mövcud olan obyektiv reallığı qəbul edən Kant sübüt etməyə çalışırdı ki, bu reallığın hiss üzvlərimizə təsiri nəticəsində meydana gələn duyğular predmetlərin həqiqi surəti, şəkli deyildir. Ona görə də insan bu "şey özündələr"i dərk edə bilməz.
Kant təzahürlər haqqında təlimində isə göstərirdi ki, insan yalnız təzahürlər aləmini dərk edə bilər. O belə hesab edirdi ki, təbiət öz müxtəlifliyi (torpağı, suyu, dağları, dərələri, ağacları, bitkiləri, heyvanları) və qanunları ilə birlikdə təzahürlər aləminə məxsusdur. Bu mə"nada təbiət və onun qanunları, prinsipial surətdə "şey özündələr"dən fərqlənir. Guya təbiət öz müxtəlifliyi və qanunları ilə, "şey özündələr"in hisslərimizə tə"siri nəticəsində meydana gəlmişdir. Ona görə də Kant təbiəti təzahürlərin, yə"ni təsəvvürlərimizin məcmusu kimi başa düşürdü. O, sübut etməyə çalışırdı ki, şüur yalnız özünün yaratdığı şeyləri, yə"ni təzahürlər aləmini əks etdirə bilər. Subyektdən asılı olmayaraq mövcud olan şeylər, ümumiyyətlə, idrakın predmeti ola bilməzlər.
Kant həm də əxlaq haqqında təlimin yaradıcısı kimi məşhurdur. Onun fikrincə, əxlaqın əsasını qəti imperativ (hökm, qeyd-şərtsiz tələb) təşkil edir. Bu imperativ obyektiv aləmdən asılı olmayaraq, insan şüurunda mövcud olan əbədi, dəyişməz qanun və insan davranışının idealıdır. Kant göstərirdi ki, qəti imperativ, ümumi mə"nəvi qanun kimi insanı elə hərəkət etməyə vadar edir ki, onun hərəkətləri ümumi qanunvericiliyin əsası və idarəedici başlanğıcı ola bilsin.
Göründüyü kimi, Kant fəlsəfəsi çox mürəkkəb və daxilənziddiyyətlidir. Ona görə də o özünün yarandığı ilkandan müxtəlif fəlsəfi cərəyanların nümayəndələri tərəfindən tənqidə mə"ruz qalmışdır.
XIX əsrin başlanğıcında Kant fəlsəfəsinin əsaslı tənqidini Hegel vermişdir. Buna baxmayaraq, Kant fəlsəfəsi bəşəriyyətinfəlsəfi fikir tarixində mühüm rol oynamışdır.



Yüklə 118,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin