Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə1/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v



I Mühazirə 
Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat
metodları 
Plan:
1. Ali məktəb pedaqogikasının predmeti və vəzifələri 
2. Ali məktəb pedaqogikasının kateqoriyaları
3. Ali məktəb pedaqogikasının metodoloji əsasları və digər elmlərlə əlaqəsi
4. Ali məktəb pedaqogikasının tədqiqat metodları
 1. Ali məktəb pedaqogikasının predmeti və vəzifələri 
Hazırda cəmiyyət həyatında təhsilin, elmin rolunun daha da artdığı, dünya təhsil 
sisteminə inteqrasiyasının gücləndiyi bir dövrdə yüksək ixtisaslı mütəxəssislərin 
hazırlanması sahəsində ali məktəb pedaqogikasının rolu və əhəmiyyəti xeyli artır. Ali 
məktəb müəllimi (nə qədər təcrübəli olsa belə) müasir pedaqoji-psixoloji biliklərsiz 
keçinə bilməz, öz işini təhsil standartları səviyyəsində qura bilməz. Buna görə də 
gələcəkdə ali məktəbdə elmi-pedaqoji fəaliyyətə hazırlaşan magistr və doktorantlar ali 
məktəb pedaqogikası elminə yaxşı yiyələnməlidirlər. Ali məktəb pedaqogikası 
gələcək mütəxəssislərin peşə-ixtisas hazırlığı, ahəngdar şəxsiyyət 
kimi 
formalaşması və tərbiyəsi haqqında elmdir. Onun obyekti ali məktəbdə tələbə 
gənclərin təlim-tərbiyəsi, ahəngdar şəxsiyyət kimi formalaşması və peşəixtisas 
hazırlığı prosesidir. Predmeti isə ali məktəbdə pedaqoji prosesin qanunauyğunluqlarını 
aşkara çıxarmaq, tələbə gənclərin ahəngdar şəxsiyyət kimi tərbiyəsi və peşə-ixtisas 
hazırlığı məsələlərini öyrənməkdir. Ali məktəb pedaqogikası ali məktəbdə pedaqoji 
prosesi mürəkkəb, çoxsahəli bir sistem kimi araşdırır, bu sistemin səmərəli qurulması 
üçün müxtəlif problemləri tədqiq edir. Tədqiqatlar ali məktəbin bütün sahələrini – 
tədris-tərbiyə, elmi fəaliyyət, pedaqoji ünsiyyət, ali məktəbə rəhbərlik, ali təhsil 
islahatı və s. məsələləri əhatə edir. Onun həll etdiyi konkret vəzifələri qısaca nəzərdən 
keçirək:


1. Ali məktəbdə təhsilin məzmununu, mütəxəssisin ümumelmi, ixtisas və peşə 
hazırlığının optimal nisbətini müəyyənləşdirmək və bu əsasda mütəxəssis hazırlığını 
modelləşdirmək.
2. Gələcək mütəxəssis üçün zəruri olan bilik, bacarıq və vərdişlərin tələbələr 
tərəfindən şüurlu və dərindən öyrənilməsinin səmərəli yollarını, yeni mütərəqqi təlim 
texnologiyalarını və onların tətbiqi şərtlərini müəyyənləşdirmək.
3. Ali məktəbdə tədrisin səmərəli formalarını, onların imkanlarını, təşkili qaydalarını, 
tələbə müstəqil işinin səmərəliliyinin artırılması yollarını tədqiq etmək.
4. Tələbə gənclərin bir şəxsiyyət-Vətəndaş kimi tərbiyəsi prosesinin mahiyyətini
qanunauyğunluqlarını, məzmun, vasitə, metod və formalarını müəyyənləşdirmək 
əsasında ali məktəbdə tərbiyə işinin metodikasını təkmilləşdirmək və zənginləşdirmək.
5. Müasir ali məktəb müəlliminin nəzəri cəhətdən əsaslandırılmış modelini işləyib 
hazırlamaq.
6. Ali məktəbdə ictimai təşkilatların fəaliyyətini, gənc mütəxəssislərin hazırlanması və 
tərbiyəsində, tələbə özünüidarəsinin inkişafında onların rolunu tədqiq etmək.
7. Ali məktəbə rəhbərlik məsələlərini öyrənmək, idarəetmə strukturlarının optimal 
forma və metodlarını, pedaqoji əsaslarını müəyyənləşdirmək.
8. Ali təhsil islahatı ilə bağlı aktual problemlərin həll edilməsi. Göründüyü kimi, ali 
məktəb pedaqogikası qarşısında duran problemlərin araşdırılması, ali məktəbdə tədris-
tərbiyə və elmi fəaliyyətin, idarəetmənin çox müxtəlif aspektlərinin tədqiqi ali təhsilin 
və mütəxəssis hazırlığının yeni keyfiyyət mərhələsinə qaldırılmasına, təhsilimizin 
dünya təhsil sisteminə inteqrasiyasına imkan verəcəkdir.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin