Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə5/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Fəlsəfə başqa elm sahələrində olduğu kimi, ali məktəb pedaqogikasının da nəzəri-
metodoloji əsasını təşkil edir. Fəlsəfə pedaqogikanı metodoloji ideya və baxışlarla, 
mənəvi-estetik dəyərlərlə, pedaqoji anlayış və kateqoriyaların, qanun, prinsip və 
metodların fəlsəfi duyumu ilə zənginləşdirir.
Ali məktəb pedaqogikası psixologiya elmi ilə daha çox bağlıdır. Tələbə gənclərin 
psixi proseslərini, şəxsiyyət kimi inkişaf qanunlarını nəzərə almaqla pedaqogika təlim-
tərbiyə işini, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məsələlərini daha uğurla 
həll etmək imkanı qazanır. Ali məktəb pedaqogikası psixologiyanın müxtəlif sahələri 
və digər elmlərlə əlaqəlidir. Çünki tələbə gənc bir çox elm sahələrinin obyekti kimi 
çıxış edir.
Ali məktəb pedaqogikası: 
- Pedaqoji psixologiya ilə (pedaqoji təsirlərlə tələbə psixikasında baş verən 
dəyişiklikləri, bilik, bacarıq və vərdişlərin mənimsənilməsinin, insan münasibətləri və
davranış motivlərinin formalaşmasının qanunauyğunluqlarını və psixoloji 
mexanizmlərini öyrənir); 
Yaş psixologiyası ilə (yaşla bağlı psixi dəyişmələri öyrənir); - Sosial psixologiya ilə 
(tələbələrin 
bir-birilə 
və 
müəllimlərlə 
qarşılıqlı münasibətlərini, kollektiv 
münasibətləri öyrənir);
- Sosiologiya ilə (sosial münasibətləri, tələbələrin sosial tərkibi, müəllimlərin sosial 
statusu və rolu, peşələrə bələdləşmə və s. məsələləri öyrənir);
Kibernetika ilə (mürəkkəb dinamik sistemlərdə idarəetmə prosesini, informasiyaların 
ötürülməsi və mənimsənilməsi mexanizmlərini öyrənir);
Ali məktəb pedaqogikası birbaşa və dolayısı ilə, demək olar ki, bütün elm sahələri 
ilə əlaqədardır. Ayrı-ayrı elmlərlə bağlı olan fənlər (dil, ədəbiyyat, tarix, fizika, 
riyaziyyat, kimya, biologiya, coğrafiya və b.) və onların tədrisi məsələləri 
pedaqogikanın bir qolu olan metodikanın tədqiqat mövzusunu təşkil edir. 


Pedaqogikanın başqa elm sahələri ilə əlaqəsi qarşılıqlı səciyyə daşıyır və yeni elm 
sahələrinin yaranması üçün əsas verir. Məsələn, belə əlaqə sayəsində təhsil və tərbiyə 
fəlsəfəsi, pedaqoji psixologiya, psixopedaqogika, təhsil iqtisadiyyatı, təhsil 
menecmenti və s. elm sahələri yaranmışdır.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin