Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


 Elmi dərəcələr və adların verilmə tarixi



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə9/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

3. Elmi dərəcələr və adların verilmə tarixi 


Elmi dərəcələr və adlar ali təhsil müəssisəsində mütəxəssisin təlim-tərbiyə 
prosesində rolunun, elmi kvalifikasiyasınm rəsmi surətdə müəyyənləşdirilməsi, elmi 
dərəcələrin və elmi adların verilməsindən ibarət attestassiyası formasıdır. Elmi ad 
alimin elmi kadr hazırlığında, tədris və elmi ədəbiyyatın yazılmasında xidmətlərinin 
elmi cəmiyyət tərəfindən rəsmi surətdə qeyd edilməsi, dəyərləndirilməsi deməkdir. 
Elmi dərəcələrin verilməsi ilk universitetlərin yaranması ilə bağlı olmuşdur. XII əsrdə 
ilk «hüquq doktoru» dərəcəsi Boloniya universitetində, «təbabət doktoru» dərəcəsi isə 
İtaliyadakı Salem İnstitutunda müəyyənləşdirilmişdir. XIII əsrdə Paris Universitetində 
((ilahiyyat doktoru» dərəcəsi müəyyənləşdirildi.
Meydana gəldiyi ilk dövrlərdə 
«doktor» (latınca «doktors» sözündən götürülüb «müəllim» deməkdir) biri-birinə 
yaxın mənada işlədilir və biri- birini əvəz edirdi. Doktor dərəcəsini almazdan öncə 
«lisenziat» (latınca «licenciatus» - «hüququ olan» deməkdir) dərəcəsi alınmalıydı. 
Buna nail olmaq üçün iddiaçı imtahan verməli və yazı işi təqdim etməliydi. 
«Magistr»- «bakalavr» (latınca «baccalaureııs» - (meyvə, idafnə çələngi» deməkdir) 
ixtisas üzrə imtahandan müvəffəqiyyətlə çıxmış adamlara verilirdi. «Magistr» - 
«doktor» dərəcələrinin ierarxik sistemi XV-XVII əsrlərdə formalaşdı, universitetlərin 
nizamnaməsində özünə status qazandı. «Bakalavr», «lisenziat» aşağı dərəcələr hesab 
olunurdu. Onların alınma qaydaları nisbətən sadə idi. Yüksək dərəcələri almaq 
qaydaları isə daha mürəkkəb idi. Bir sıra ölkələrdə magistr dərəcəsi almaq üçün 
iddiaçı ixtisas üzrə imtahan verməli olurdu. Dərəcələrin verilməsi elm aləminə daxil 
olmağın simvolu olan çoxlu təntənələr və tədbirlərlə qeyd olunurdu. Universitetlərin 
korporativ (latınca corporatio - şirkət deməkdir, Bir sözlə, peşəyə mənsub adamların 
ittifaqı, birləşməsi, cəmiyyəti) təşkili zamanı «magistr» dərəcəsi ancaq hər hansı bir 
universitet daxilində müəllim vəzifəsini tutmaq hüququ verirdi. «Doktor» dərəcəsi 
almış mütəxəssis isə müstəqil olaraq həm elmi tədqiqatçılıq, həm də müəllimlik 
fəaliyyəti ilə məşğul ola bilərdi. XVI-XVII əsrlərdə İtaliya və Almaniya 
universitetlərində dissertantlara elmi rəhbərlik praktikası yarandı. Elmi rəhbər ancaq 
elmlər doktorları ola bilərdi. Elmi rəhbər dissertasiyanın mövzusunu müəyyənləşdirir, 
onu elmi surətdə dəyərləndirir və dissertantı «doktor» kimi təqdim edirdi. XVII ərdə 


ilk çap olunmuş dissertasiya işləri meydana gəldi. XVIII əsrdə universitetlərin dövlət 
müəssisələrinə çevrilməsilə əlaqədar dissertasiya müdafiəsinin Elmi Şuranın kollegial 
iclasında keçirilməsi praktikasının əsası qoyuldu. XIX əsrdə elmi dərəcələrin 
verilməsinə qanunvericiliklə dövlət orqanları nəzarət etməyə başladı. «Elmlər 
doktoru» ən yüksək dərəcədir. Bir sıra xarici ölkələrdə doktor elmi dərəcəsi dəqiq 
ixtisaslaşmanı əks etdirmir; «fəlsəfə doktoru” dərəcəsi humanitar və təbiət elmləri üzrə 
müvafiq mütəxəsisslərə verilir. Böyük Britaniyada və Britaniya sistemindən istifadə 
edən bir sıra digər ölkələrin universitetlərində «fəlsəfə doktoru» (doktor of 
philosophy) dərəcəsi fəlsəfə fakültəsi tərəfindən humanitar sahə mütəxəssislərinə 
verilir. Təbiət elmləri üzrə mütəxəssislərə isə «elmlər doktoru» (doktor of scien) 
dərəcəsi verilir. Fransada və Fransa tipli ali təhsil sisteminə malik ölkələrdə «doktor» 
dərəcəsi bir neçə səviyyəni (pilləni) əhatə edir: ən aşağı səviyyə - üçüncü səviyyəli 
doktor (clocteur de troisieme cycle) universitetdə təhsilin beşinci və altıncı illərində 
verilir. Buna nisbətən yüksək səviyyə - «universiiet doktoru» (dokteur de 
J'Universitete) adlanır. Bu səviyyə 1897-ci ildə müəyyənləşdirilmişdir və dissertasiya 
müdafiəsindən sonra təqdim edilir. Xarici vətəndaşlar da nisbətən yüngülləşdirilmiş 
tələblərlə dissertasiya müdafiəsindən sonra bu elmi səviyyəni qazana bilərlər. Ən 
yüksək səviyyə «dövbt dokionı» (dokteur de İ'Etai) adlanır. Bu səviyyəyə çatmaq üçün 
iki çap olunmuş dissertasiya təqdim olunmalıdır. Əsas dissertasiyanın (these 
prinsipale) mövzusu dissertant tərəfindən seçilir, əlavə dissertasiyanın (these 
complementaire) mövzusunu işə müvafiq fakültə müəyyənləşdirir. 1935-ci ildə 
Almaniyada «elmlər doktoru» dərəcəsi ilə yanaşı, ((universitet doktoru» vəzifəsini 
tutmağa imkan verən dərəcə - müəyyənləşdirildi. Almaniya Federativ 
Respublikasında doktor diplomunda doktorluq imtahanından alınmış qiymət və 
müdafiəyə verilən qiymət qeyd olunur. Bu ölkədə, habelə Avstriya və İtaliyada yalnız 
«doktor» dərəcəsi mövcuddur. Bir sıra ölkələrdə mütəxəssisin elmi xidmətlərini qeyd 
etmək məqsədilə fəxri dərəcə ((elmlər doktoru» (honoris causa-qısa şəkildə - h.s) 
müəyyənləşdirilmişdir. Yaponiyada «magistr» (shusi) dərəcəsi bütün elmlər üçün 
müəyyənləşdirilmişdir. Bolqarıstan, Rumıniya, Çexiya və Slovakiyada «magistr» 


dərəcəsi əllinci illərdə müasir ((elmlər namizədi dərəcəsi ilə eyniləşdirildi. Fransada, 
Polşada, İsveçrədə, Danimarkada, Norveçdə və əksər Latın Amerikası ölkələrində 
universiteti bitirən məzunlara (bu zaman xüsusi dissertasiya təqdimatına ehtiyac 
olmur) «magistr» adı verilir. Finlandiya, Yunanıstan, İspaniya, Portuqaliya, Meksika 
və Ekvadorda «magistr» dərəcəsi əvəzinə ((lisenzicıt» dərəcəsi təqdim edilir. Bu adı 
almaq üçün imtahan vermək və çap olunmuş əsər təqdim etmək lazımdır. İsveçrədə, 
Latın Amerikası ölkələrində elmi dərəcələr sistemi daha geniş diferensiasiyaya 
uğramışdır; ali təhsili başa vuranlar «lisenziat» adını alır. Ən aşağı elmi dərəcə 
«bakalavr» hesab olunur. Bu ad ixtisasa girişlə bağlı tədris fənlərindən imtahan verən 
iddiaçılara verilir. Rusiyada elmi dərəcələr XIX əsrdə təsdiq edildi. 1803-cü ildən 
başlayaraq fəlsəfə və hüquq fakültələrində üç pilləli sistem nəzərdə tutulurdu: 
universitet namizədi, magistr, doktor, tibb fakültəsində isə təbabət doktoru. Elmi 
dərəcələr universitet nizamnaməsi əsasında verilirdi. 1819-cu ildə Xalq Təhsili 
Nazirliyi Rusiyanın bütün universitetləri üçün «Elmi dərəcə almaq üçün Əsasnamə» 
qəbul etdi. Bu Əsasnaməyə görə, bütün əlaçı məzunlara «universitet kandidatı» adı 
verilirdi. Digər məzunlar isə bu adı almaq üçün müəllimlərin nəzarəti altında inşa 
yazmalıydılar. Magistr imtahanı iki, doktor imtahanı dörd sualdan ibarət olurdu. 
Onlara yazılı cavab verilməliydi. Doktorluq dissertasiyaları latın dilində yazılmalıydı. 
«Elmlər namizədi» və «doktor» fakültənin adı ilə adlanırdı. Magistr adı isə on dörd 
ixtisas istiqamətlərindən biri əsasında müəyyənləşdirilirdi. «Magistr» və «doktor» 
dərəcəsi Xalq Təhsili Naziri tərəfindən təqdim olunurdu. 1837-ci ildə magistr və 
doktorluq imtahanlarında sualların sayı azaldıldı. Filologiya və təbabət üzrə 
dissertasiya yazmaq üçün latın dili vacib hesab olunurdu. İxtisaslaşmamış «doktor» 
dərəcəsi yalnız hüquqşünaslar üçün saxlandı. «Hüquq doktoru», «riyaziyyat elmləri 
doktoru», «təbiət elmləri doktoru», ümumi dilçilik doktoru», «Şərq dilçiliyi doktoru) 
kimi elmi adlar müəyyənləşdirildi. 1844-cü ildə «Elmi dərəcələrin verilməsi haqqında 
Əsasnamə» ilə «magistr» dərəcəsinin verilməsi 22 ixtisas üzrə müəyyənləşdirildi. 
Dissertasiyaların latın dilində yazılması tələbi ləğv olundu. Yalnız təbabət üzrə 
doktorluq dissertasiyaları 1859-cu ilə qədər latınca yazılırdı. 1863-cü ildən başlayaraq 


universitet nizamnaməsi Elmi Şuraya dissertasiya müdafiə etmədən görkəmli alimlərə 
«fəxri doktor» adı və imtahansız «magistr» dərəcəsi vermək hüququnu təsdiqlədi. 
Alimin ixtisasını müəyyənləşdirən elmlərin sayı universitetin kafedralarına uyğun 
olaraq 1864-cü ildən başlayaraq artırıldı.
XIX əsrin 60-cı illərində əlyazması formasında olan dissertasiyalar çap olunmuş 
dissertasiyalarla əvəz olundu. Dissertasiyanın məzmunu və müdafiəyə təqdim olunan 
əsas elmi müddəaların «Elmi məqalələr məcmuəsində», universitetin «E1mi 
əsərlər»ində, sahə jurnallarında məqalə və tezis şəklində çap olundu. Rusiyanın hər 
hansı bir universitetində müdafiəyə buraxılmayan dissertasiya müdafiə üçün başqa 
universitetə təqdim oluna bilərdi. 1884-cü ildə fakültələr xüsusi hallarda magistr 
dissertasiyası üçün «doktor» adı vermək hüququ qazandı.
1917-ci il oktyabr çevrilişindən sonra Rusiyada elmi dərəcələrin verilməsində 
müəyyən dəyişikliklər edildi. 1934-cü ilin yanvarında, daha sonra isə 1937-cü ildə 
“elmlər namizədi» və «elmlər doktoru» kimi elmi dərəcələrin verilməsinin yeni 
qaydaları müəyyənləşdirildi, namizədlik minimumları və dissertasiya müdafiəsi 
qaydaları dəyişdirildi. 1934-cü ildə keçmiş SSRİ məkanında Ümumittifaq Ali 
Attestasiya Komissiyası (ÜAAK) fəaliyyətə başladı. 1949-cu ildən dissertasiyanın 
müdafiəsi üçün çap olunmuş avtoreferatın, 1958-ci ildən dissertasiyanın mövzusu üzrə 
çap olunmuş məqalələrin olması tələbi qoyuldu. 1973-cü ildə dissertasiyanın həcmi 
dəyişdirildi. Keçən əsrin 70-80-cı illərində mütəxəssis kvalifikasiyasıfizika, riyaziyyat, 
kimya, biologiya, geologiya-minerologiya, coğrafiya, texnika, hüquq, pedaqogika, 
psixologiya, təbabət, incəsənət, arxitektura ixtisasları üzrə müəyyənləşdirilirdi. Hər bir 
elm daxilində sonrakı diferensiasiya nəzərdə tutuldu (bütövlükdə 500 ixtisas üzrə). 
1992-ci ildən elmi dərəcələr və elmi adlar xüsusi ixtisaslaşmış dissertasiya şuralarında 
verilməyə başlandı. 1994-cü ildə Rusiya Federasiyası tərəfindən yeni müdafiə 
qaydaları təsdiqləndi.
İlk dəfə olaraq ali məktəbdə professor (latınca «professor»- müəllim deməkdir) 
statusu XVI əsrdə Oksford universiteti tərəfindən müəyyənləşdirilib. Sonralar bir sıra 


ölkələrdə «ordinar professor» (ştatda) və «ekstra ordinar» (ştatdankənar) professor 
dərəcələri tətbiq olundu. Dosent (latın sözü docens, docentis-öyrədən, təlim edən 
deməkdir) adı ən aşağı elmi dərəcəsi olan şəxslərə verilirdi.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin