Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Azərbaycanda ali məktəb pedaqogikasının inkişafı



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə8/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

2.Azərbaycanda ali məktəb pedaqogikasının inkişafı 
Azərbaycanda ali məktəb pedaqogikasının yaradılması təşəbbüsləri XX əsrin 70-ci 
illərinə təsadüf edir. Əgər 70-ci illərdə ali məktəbdə pedaqoji prosesin tənzimlənməsi 
və idarə olunması, ali məktəbdə təlim prosesinin mahiyyəti və vəzifələri, ali məktəbdə 


təlimin təşkili formaları, tələbə elmi tədqiqat işləri, ali məktbədə pedaqoji təcrübə, ali 
məktəbin müəllim və tələbələrinin fəaliyyətinin məzmunu ilə bağlı metodiki xarakterli
əsərlər yazılırdısa, 80-ci illərdə problemlə bağlı sistemli tədqiqatlar aparılmağa 
başlandı. Ali pedaqoji təhsil sistemində tələbələrin tədris, elmi və ictimai 
fəaliyyətlərinin qarşılıqlı əlaqəsi, tələbə kollektivində şəxsiyyətin tərbiyəsinin pedaqoji 
əsasları, pedaqoji fakültə tələbələrində yaradıcı təxəyyülün tərbiyəsi problemləri 
namizədlik dissertasiyası (T.Məmmədov. A.Həsənov, G.Axundova, M.Dadaşova) 
səviyyəsində tədqiq edildi. N.Əhmədov, S.Axundov, S.Paşayev və B.Bəşirovun ali 
məktəb pedaqogikasının mühüm problemi ilə bağlı araşdırmaları meydana gəldi. 
M.Ə.Muradxanov müəllimlər üçün «Ali məktəb mühazirələri» (1976) adlı metodik 
vəsait hazırladı. Burada ali məktəbdə mühazirəyə verilən pedaqoji tələblər, mühazirə 
zamanı əyani və texniki vasitələrdən istifadə edilməsi məsələləri işıqlandırıldı. 
Mühazirəyə hazırlaşmağın yolları ilə bağlı tövsiyələr verildi. 80-ci illərdən tələbə 
gənclərin ictimai fəallığının məzmun və mahiyyəti, kriteriyalan, səviyyələri, motivləri, 
formalaşması amilləri, demoqrafik məsələləri ilə bağlı ilkin araşdırmalar 
(F.Məmmədov) meydana gəldi. Ali məktəb müəlliminə verilən etik tələblər, tələbə-
gənclərin öz müəllimlərini qiymətləndirərkən əsaslandığı mənəvi dəyərlər, müəllim-
tələbə münasibətlərinin inkişaf dinamikası, ali məktəbdə pedaqoji ünsiyyəti 
şərtləndirən amillər, ali məktəb müəlliminin elmi-pedaqoji ustalığının, ictimai 
fəaliyyətinin tələbə şəxsiyyətinin formalaşmasına təsiri, ali məktəb müəlliminin əxlaqi 
siması, tələbə gənclərin əxlaqi-psixoloji xüsusiyyətləri və inkişafını şərtləndirən 
etnopsixoloji faktorların müəyyənləşdirilməsi ilə bağlı A.Həziyevin silsilə 
məqaləjələri nəşr olundu. Ali məktəbdə seminar məşğələlərin əhəmiyyəti, mahiyyəti, 
mərhələləri, növləri, seminar məşğələləri ilə mühazirə arasında qarşılıqlı əlaqə, 
seminar məşğələlərinə hazırlıq və keçirilməsi, seminarda müəllimin rəhbər rolu, 
seminar məşğələlərində tələbələrin müstəqil işi və ali məktəbdə təlimin seminar 
formasının təşkili ilə bağlı digər vacib məsələlər Ə.S.Tağıyevin «Ali məktəbdə 
seminar məşğələlərinin aparılmasına aid metodik göstəriş) (1984) öz ifadəsini tapdı. 
1989-cu ildə A.Qurbanovun «Kurator və tələbə» adlı kitabı nəşr olundu. Kitabda ali 


məktəbdə kuratorun fəaliyyəti ilə bağlı, demək olar ki, bütün məsələlər (kurator işinin 
mahiyyəti, təşkili, hüquq və vəzifələri, kuratorun şəxsiyyəti tərbiyə amili kimi və s.) 
əhatə olundu və beləliklə, ali məktəb kuratorlan üçün kompas rolunu oynadı. 90-cı 
illərdə Azərbaycan AAK-nın qərarı ilə bütün ixtisaslar üzrə aspirant və dissertantların 
ali məktəb pedaqogikasından minimum imtahanı verməsi, universitet və institutların 
magistraturasında ali məktəb pedaqogikasının tədrisi ali məktəb pedaqogikası ilə bağlı 
tədqiqatlann daha geniş vüsət almasına şərait yaratdı. B.Bəşirovun «Ali məktəb 
pedaqogikası» (APU. 1992) və «Ali məktəb didaktikası» (1992) kitabları nəşr olundu. 
1999-cu ildə N.Kazımov «Ali məktəb pedaqogikası» adlı dərslik hazırladı. Dərslikdə 
pedaqogikanın nəzəri-metodoloji məsələləri, pedaqogika elminin sahələri, digər 
elmlərlə əlaqəsi, tədqiqat üsulları və pedaqoji cərəyanlar, pedaqoji prosesdə təlim, 
tərbiyə, təhsil və psixoloji inkişafın vəhdəti, pedaqoji prosesdə ziddiyyət, 
qanunauyğunluq və qanun anlayışları, pedaqoji prosesin ümumi prinsipləri, əsas 
mərhələləri, üsulları, təşkili formaları kimi ümıımpedaqoji məsələlər şərh olundu. 
Bununla yanaşı, magistratura pilləsində pedaqoji təcrübə, ali məktəbdə elmi-tədqiqat 
işi, ali məktəbdə yüksək ixtisaslı elmi- pedaqoji kadrların hazırlanması, ali məktəbdə 
rəhbərlik və pedaqoji nəzarət kimi sırf ali məktəb pedaqogikasının problemləri də 
özünün ətraflı şərhini tapdı. Hazırda ADPU-nun (H.Əhmədov, F.Rüstəmov, 
M.Həsənov, H.Bayramov, İ.İsayev, M.İlyasov, K.Quliyeva, H.Cəfərov, BDU-nun 
(N.Muxtarova, H.Əlizadə, T.Dadaşova, A.Həziyev, F.Məmmədov, R.Mahmudova, 
S.Allahverdiyeva, N.İmamverdiyeva). Dillər Universitetinin (N.Kazımov, F.Sadıqov), 
Azərbaycan Müəllimlər İnstitutunun pedaqogika kafedralarında {R.Hüseynzadə, 
A.Həşimova), Təhsil Problemləri İnstitutunun müvafiq şöbələrində (A.Mehrabov. 
A.Abbasov, Ə.Agayev, V.Xəlilov, R.Əliyev) ali məktəb pedaqogikasının bu və ya 
digər problemləri ilə bağlı araşdırmalar aparılır, proqramlar tərtib olunur, dərslik və 
dərs vəsaitləri hazırlanır.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin