Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Ali məktəb pedaqogikasının metodoloji əsasları, digər elmlərlə əlaqəsi



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə4/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

3.Ali məktəb pedaqogikasının metodoloji əsasları, digər elmlərlə əlaqəsi 
Pedaqogika, o cümlədən ali məktəb pedaqogikası tədqiqat işində müəyyən 
metodoloji ideya və baxışlara, nəzəriyyələrə istinad edir. Pedaqogikanın metodoloji 
əsası dedikdə, elmin nüvəsini təşkil edən və onun inkişafına güclü təsir göstərən 


mühüm fəlsəfi müddəalar, ideya və prinsiplər sistemi başa düşülür. Metodoloji 
müddəa və prinsiplər alimin tədqiqat mövqeyini, tədqiqatın istiqamətini müəyyən edir, 
onun səmərə və keyfiyyətini yüksəltməyə imkan verir. Ali məktəb pedaqogikasının 
metodoloji müddəaları arasında pedaqoji məsələlərin öyrənilməsinə dialektik yanaşma 
prinsipi, idrak nəzəriyyəsi (qnoseologiya) ümumi, fundamental səciyyə daşıyır, 
pedaqoji tədqiqatların strategiyasını müəyyənləşdirməyə kömək göstərir. 
Dialektik yanaşma prinsipi pedaqoji fakt, hadisə və prosesləri hərtərəfli öyrənməyi
dəyişmə və inkişaf halında götürməyi, onlar arasında qarşılıqlı əlaqələri və daxili 
ziddiyyətləri aşkara çıxarmağı, inkişafın hərəkətverici qüvvələrini müəyyənləşdirməyi 
nəzərdə tutur.
Pedaqoji tədqiqatda ümumi metodoloji prinsiplə yanaşı, xüsusi metodoloji prinsiplərə 
də istinad edilir: sistemli-struktur yanaşma prinsipi, fəaliyyət prinsipi, şəxsiyyət 
baxımından yanaşma prinsipi.
Sistemli-struktur yanaşma prinsipi pedaqoji məsələlərin həllinin bütün mümkün 
vasitə, metod, forma və amillərini qarşılıqlı vəhdətdə, bir tam halında nəzərdə 
keçirməyi tələb edir.
Pedaqoji tədqiqatlarda fəaliyyət prinsipi fəaliyyətin bütövlükdə öyrənilməsini, onun 
ayrı-ayrı ünsürlərinin (fəaliyyətin məqsədi, motivi, icrası, tənzimlənməsi, nəzarət və 
nəticələrin təhlili) vəhdətdə götürülməsini nəzərdə tutur.
Pedaqoji tədqiqatlarda şəxsiyyət baxımından yanaşma prinsipi şəxsiyyətin pedaqoji 
prosesdə obyekt və subyekt kimi götürülməsini, onun ahəngdar inkişafını, kollektiv və 
şəxsiyyətin qarşılıqlı əlaqəsini, təlim-tərbiyə işində şəxsiyyətin tələbat, maraq və daxili 
fəallığından, şəxsi mövqeyindən çıxış etməyi nəzərdə tutur. 
Pedaqogikanın metodologiyası onun digər elmlərə əlaqəsində də özünü göstərir. 
Ali məktəb pedaqogikası bir çox elmlərə sıx bağlıdır: fəlsəfə, etika, estetika, 
psixologiya, anatomiya və fiziologiya, genetika, kibernetika, iqtisadi nəzəriyyə və s. 



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin