Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə91/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   83   84   85   86   87   88   89   90   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

4.Ali məktəbin kollegial orqanları
Ali məktəbin idarə edilməsində inzibati rəhbərliklə yanaşı kolleqial orqanlar da 
həlledici rol oynayır. Ali məktəbin kollegial orqanlarına rektorluq, ali məktəbin Elmi 
Şurası, fakültə elmi şuraları, elmi-metodik şuralar daxildir. “Təhsil haqqında 
Azərbaycan Respublikası Qanunu”nda göstərildiyi kimi (maddə 30), dövlət təhsil 
müəssisəsinin ali idarəetmə orqanı elmi və pedaqoji şuralardır. Ali məktəbin rektoru 
Elmi Şuranın qəbul etdiyi qərarlar əsasında əmr və sərəncamlar verir. Rektor ali təhsil 
müəssisəsinin Elmi Şurasında, dekanlar isə fakültə elmi şuraları qarşısında hesabat 
verirlər. Ali məktəbin Elmi Şurası Təhsil Nazirinin əmri ilə təsdiq edilmiş «Ali 
məktəbin Elmi Şurası haqqında Əsasnamə» üzrə fəaliyyət göstərir. Elmi Şuranın 
tərkibinə rektor (sədr), prorektorlar, dekanlar, fakültə elmi şuralarında ali məktəbin 
Elmi Şurasına seçilmiş kafedra müdirləri, elmi katib, ali məktəbin tərkibində fəaliyyət 
göstərən elmi-tədqiqat institutlarının direktorları, idarə və şöbə müdirləri, azad 
həmkarlar birliyinin və tələbə gənclər təşkilatının sədrləri daxildir.
Ali məktəbin Elmi Şurası geniş səlahiyyətlərə malikdir. O, ali məktəb həyatının ən 
vacib məsələlərini müzakirə edib, müvafiq qərarlar qəbul edir. Bu məsələlərə 
aşağıdakılar daxildir: 
-Elmi Şura ali təhsil müəssisəsinin Nizamnaməsini qəbul edir, lazım gəldikdə orada 
dəyişikliklər aparır;
-hər il ali məktəbin fəaliyyəti haqqında rəhbərliyin hesabatını, vaxtaşırı olaraq fakültə 
dekanlarının fakültədə tədris, elmi-tədqiqat və tərbiyə işləri barədə hesabatlarını 
dinləyir;
-fakültələrin, kafedraların və ali təhsil müəssisəsinin digər struktur bölmələrinin 
yaradılması, ləğvi, yenidən təşkili məsələlərini həll edir; 
-kafedra müdirlərinin, professorların, baş elmi işçilərin seçkisini keçirir və zəruri 
olduqda onların tutduqları vəzifələrdən vaxtından əvvəl azad olunmaları məsələlərinə 
baxır;


-təhsil müəssisəsi əməkdaşlarını elmi adlara, mükafat və təltiflərə təqdim edir;
-ali təhsil müəssisəsinin maliyyə və təsirrüfat fəaliyyətinin nəticələrini müzakirə edir 
və s.
Elmi Şuranın qərarları rektorun əmri ilə təsdiq olunduqdan sonra qüvvəyə minir. 
Ali məktəbin Elmi Şurası ilə yanaşı fakültələrdə fakültə elmi şuraları fəaliyyət 
göstərir. Fakültə elmi şuraları fakültəyə ümumi rəhbərliyi həyata keçirir. Elmi Şuranın 
tərkibinə dekan (sədr), dekan müavinləri, fakültə tərkibində fəəaliyyət göstərən 
kafedraların müdirləri, elmi katib, kafedra iclaslarında fakültə elmi şurası üzvliyinə 
seçilmiş təcrübəli müəllimlər, fakültə azad həmkarlar və tələbə gənclər təşkilatlarının 
nümayəndələri daxil olurlar. Fakültə elmi şuraları Təhsil Nazirinin əmri ilə təsdiq 
olunmuş «Ali məktəbin fakültə elmi şurası haqqında Əsasnamə» üzrə fəaliyyət 
göstərir. Fakültə elmi şuraları müəyyən səlahiyyətlərə malikdir; fakültənin tədris-
tərbiyə, elmi fəaliyyəti ilə bağlı bir çox məsələləri həll edir, müvafiq qərarlar qəbul 
edir. 
Fakültə elmi şuralarının həll etdiyi başlısa məsələlər aşağıdakılardan ibarətdir:
-fakültədə tədris-metodik, elmi-tədqiqat işlərinin, istehsalat və pedaqoji təcrübələrin, 
habelə imtahanların yekunlarının müzakirəsi;
-fakültə dekanının seçkisi, professor-müəllim heyətinin boş yerlərə seçkilərinin 
keçirilməsi;
-fakültənin professor-müəllim heyətinə müvafiq elmi adların verilməsi üçün ali 
məktəbin Elmi Şurasına müraciət edilməsi;
-kafedraların tədris-metodik və elmi işləri ilə bağlı hesabatlarının müzakirəsi;
-fakültə məzunlarından doktoranturaya qəbul olunmaq üçün namizədlərin təqdim 
edilməsi;
-fakültədə, onun nəzdində olan kafedralarda maddi-texniki təchizatla bağlı məsələlərin 
müzakirəsi və müvafiq qərarların qəbul edilməsi və s.


Fakültə Elmi Şurasının sədri-dekan şuranın qərarlarının icrasını müntəzəm yoxladır 
və icranın vəziyyəti barədə şura üzvlərinə məlumat verir. Ali məktəbin, oradakı tədris, 
elmi-metodik işlərin idarə olunmasında ali təhsil müəssisəsində və fakültələrdə 
yaradılan elmi-metodik şuralar da mühüm rol oynayır. Bu şuraya nüfuzlu alimlər, 
pedaqoji-metodik cəhətdən hazırlıqlı, təcrübəli müəllimlər daxildir. Elmi-Metodik 
Şuranın üzvləri kafedra iclaslarında irəli sürülür. Fakültə elmi-metodik şuralarının 
sədrləri pedaqogika, psixologiya, metodika sahəsində yaxşı hazırlığı olan səriştəli 
alimlərdən seçilir. Onlar fakültə elmi şuralarının tərkibinə daxil olurlar. Elmi-metodik 
şuralar tədrisin elmi-metodik cəhətdən düzgün təşkilinə, ayrı-ayrı kafedralarda 
nümunəvi 
və 
açıq 
məşğələlərin keçirilməsinə, onların 
müzakirəsi 
və 
qiymətləndirilməsinə, mühazirə mətnlərinin və imtahan biletlərinin və ya test 
suallarının düzgün tərtibinə nəzarət edir, tədris prosesində qarşıya çıxan elmi-metodik 
problemlərin həllində, rektorluğa təkliflər hazırlanmasında fəal iştirak edirlər. Şura 
habelə elmi seminarlar, elmi-metodik konfranslar təşkil edir, tədris-metodik vəsaitlər
proqramlar və dərslikləri müzakirə edib onları nəşrə tövsiyə edir. Elmi-metodik şuralar 
professor-müəllim heyətinin öz elmi-pedaqoji səviyyəsini artırması, ixtisasartırma 
kurslarından keçmələri istiqamətində də fəal iş aparır. Ali məktəbə səmərəli 
rəhbərliyin həyata keçirilməsi bütün qüvvələrin-ali təhsil müəssisəsi rəhbərliyinin, 
kollegial orqanların, müəllim və tələbə təşkilatlarının qüvvələrini birləşdirməkdən, 
onların əməkdaşlığını təmin etməkdən çox asılıdır. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin