Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Sosial amillərin rolunu şişirdən nəzəriyyələr



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə83/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   79   80   81   82   83   84   85   86   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Sosial amillərin rolunu şişirdən nəzəriyyələr (“Ağ lövhə”, “Azad tərbiyə” və b.) 
insanı ağ (təmiz) lövhəyə bənzədir, şəxsiyyətin formalaşmasını ancaq sosial amillərlə 
– tərbiyə və mühitin təsiri ilə izah edirlər. Guya insan doğularkən özü ilə heç nə 


gətirmir, təmiz lövhə kimi dünyaya gəlir; həyatda bu lövhənin üstündə nə istəsən 
yazmaq olar. İrsiyyət və mühitin rolunu şişirdən nəzəriyyələr (“Konvergensiya”, 
“İstedadlılıq”, “İki amil” nəzəriyyələri, “Pedalogiya” və b.) şəxsiyyətin inkişafını iki 
amillə – irsiyyət və mühitlə izah edirlər. Nəzərdən keçirilən hər üç istiqamət birtərəfli 
və yanlış olub, şəxsiyyətin inkişafında onun fəal rolunu inkar edir. Bioloji və sosial 
amilləri, eləcə də insanın şəxsi fəallığını bir-birinə qarşı qoymaq olmaz. Yalnız bu 
amillərin dialektik vəhdəti şəxsiyyətin inkişafı problemini elmi-metodoloji əsasda başa 
düşməyə və həll etməyə imkan verir. 
 Dialektik nəzəriyyə məhz bu mövqedə durur. Bu nəzəriyyəyə görə, şəxsiyyətin 
inkişafında irsiyyət amili müəyyənedici, sosial amillər və insanın fəallığı isə həlledici 
rol oynayır. Dialektik nəzəriyyə şəxsiyyətin inkişafında onun şəxsi fəallığının rolunu 
da qəbul edir. İnsan mühitin və tərbiyənin passiv obyekti deyildir; o mühitə və 
tərbiyəyə, habelə irsi imkanlarının reallaşmasına fəal təsir göstərə bilər. Şəxsiyyətin 
inkişafında təhsil və tərbiyə ilə yanaşı, insanın özünütəhsili və özünütərbiyəsi də 
mühüm şərtdir. İnsanın bir şəxsiyyət kimi formalaşmasında bioloji və sosial amillərin 
rolunu bitkinin inkişafı ilə müqayisə etsək, irsiyyəti toxuma, mühiti onun inkişafı üçün 
zəruri olan münbit torpağa və iqlimə, tərbiyəni isə bağbanın işinə bənzətmək olar 
(“Tərbiyə” ərəbcə “bəsləmək”, “yetişdirmək” deməkdir).
2. Şəxsiyyətin inkişafında bioloji və sosial amillərin rolu
İnsan şəxsiyyəti bir çox amillərin təsiri və qarşılıqlı fəaliyyətinin nəticəsi kimi 
formalaşır. Bu prosesdə bioloji və sosial amillərin özünəməxsus rolu vardır. Bioloji 
amilin rolu. İnsan bioloji varlıq kimi doğulur, buna görə də irsiyyət qanunu ona öz 
təsirini göstərir. İrsən fiziki əlamətlər (sifət quruluşu, gözün və saçın rəngi və s.), 
habelə fizioloji əlamətlər (sinir sisteminin tipi, hiss orqanları, baş beynin 
xüsusiyyətləri, sinir hüceyrələrinin miqdarı və s.) nəsildən-nəslə keçir. Bütün bunlar 
gələcəkdə 
insanın xüsusiyyətlərinin, qabiliyyətlərinin, o cümlədən zehni 
qabiliyyətlərinin inkişafı üçün zəmin yaradan təbii imkanlardır. Bu imkanlar 
orqanizmin inkişafı üçün ilkin şərtlərdir, lakin şəxsiyyətin formalaşması üçün həlledici 


amillər deyildir. İnsanın inkişafının sosial şəraitindən asılı olaraq irsi imkanlar 
şəxsiyyətin müvafiq qabiliyyətlərinin və psixi keyfiyyətlərinin inkişafı üçün əlverişli 
zəmin ola bilər və ya heç üzə çıxmaya da bilər. Hər şey insanın düşdüyü şəraitdən, 
sosial mühitdən, aldığı təhsil və tərbiyədən asılıdır. İrsi informasiyaların daşıyıcıları 
genlərdir. Genlərlə hazır qabiliyyətlər ötürülürmü? Bəzi empirik faktlar əsasında 
qabiliyyətlərin irsən keçməsi haqda müəyyən rəylər irəli sürülür. Məsələn, dünya 
şöhrətli bəstəkarlardan Ü.Hacıbəylinin 4 nəslinin öyrənilməsi əsasında bu nəsillərdə 
çoxlu musiqiçi olduğu müəyyən edilmişdir. Lakin bu fikri təkzib edən digər faktlar da 
vardır. Belə ki, A.S.Puşkinin 256 nəvə, nəticə və kötükcəsi içərisində heç bir şair və 
yazıçı olmamışdır. İnsanın təbii imkanları dəyişməz deyildir. Onlar həyat şəraitinin, 
tərbiyə və mühitin təsiri ilə dəyişə bilər. Mühitin rolu. İnsan bioloji varlıq olmaqla 
yanaşı, həm də sosial varlıqdır. O, müəyyən mühitdə doğulur və böyüyür. Buna görə 
də istər-istəməz həmin mühitin təsirinə məruz qalır. “Mühit” anlayışı məzmunca geniş 
olub, insana təsir göstərən xarici amillər sistemini – insanın həyat və fəaliyyəti üçün 
zəruri olan təbii və ictimai şəraiti əhatə edir. Mühit insana müsbət və ya mənfi təsir 
göstərə bilər. İnsanlar üçün yaradılan əlverişli mənzil-məişət şəraiti, mədəni-maarif, 
təhsil və sağlamlıq ocaqları, əmək və istirahət şəraiti, insanların bir-birini 
münasibətləri şəxsiyyətin inkişafına güclü təsir göstərən sosial mühit amillərinə 
daxildir. Mühit dedikdə, həm təbii-coğrafi, həm də sosial mühit başa düşülür. Təbii – 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin