kollektivlərində də özünü göstərir. Cəmiyyətin demokratik xarakteri,
hüququn aliliyi,
ədalət prinsipləri şəxsiyyətin inkişafı üçün böyük əhəmiyyətə malikdir.
Valideynlərdən biri məşhur fizik Pifaqordan soruşmuşdu: “Övladımı, tərbiyəli
böyütmək üçün mən nə etməliyəm?” Böyük alim demişdi: “Əgər övladınız ədalətli
cəmiyyətdə yaşayarsa, heç nədən narahat olmayın, əks halda
verdiyiniz tərbiyənin də
müsbət nəticəsi olmayacaq”. İnsan şəxsiyyətinin formalaşmasında mikro- və
makromühitlə yanaşı mezamühit (etnomədəni amillər, yaşayış məskəninin tipi, kütləvi
kommunikasiya vasitələri) də mühüm rol oynayır. Cəmiyyət həyatı, onun maddi və
mənəvi sərvətli tərbiyə işində həlledici şərtdir. Şəxsiyyətin tələbatlarını,
mənəvi
sərvətlərini də cəmiyyət müəyyən edir. Mühitin insana təsirini mütləqləşdirmək
olmaz; mühit insanın inkişafını öz-özünə, mexaniki surətdə müəyyən etmir.
Mühitin
təsirləri insanın özünün inkişaf səviyyəsindən, psixoloji xüsusiyyətlərindən asılı olaraq
dəyişilir. Eyni mühitdə (ailədə, məhəllədə) yaşayan, eyni məktəbdə oxuyan bacı və
qardaşların fərqli inkişafı bununla izah edilə bilər.
Dostları ilə paylaş: