Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


 Ali məktəb pedaqogikasının kateqoriyaları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə2/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

2. Ali məktəb pedaqogikasının kateqoriyaları 


Ali məktəb pedaqogikası ümumi pedaqoji anlayış və kateqoriyalara istinad edir. 
Pedaqoji anlayış və kateqoriyalar pedaqoji faktların, hadisə və proseslərin ümumi və 
mühüm əlamətlərini əks etdirən təfəkkür formalarıdır. Kateqoriyalar nisbətən geniş 
anlayışlar olub, bir neçə anlayışı özündə birləşdirir. Məsələn, “şəxsiyyətin inkişafı” 
kateqoriyası şəxsiyyət, psixi inkişaf, şəxsiyyətin təşəkkülü və formalaşması kimi 
anlayışları özünə daxil edir. Pedaqogikanın, o cümlədən ali məktəb pedaqogikasının 
kateqoriyalarına pedaqoji proses, tərbiyə, təhsil, təlim, tədrisetmə, öyrənmə, 
özünütəhsil, özünütərbiyə, şəxsiyyətin inkişafı və s. daxildir. Onların mahiyyətini 
qısaca nəzərdən keçirək.
Pedaqoji proses daha geniş kateqoriya olub, bir çox kateqoriya və anlayışları 
(tərbiyə, təhsil, təlim, şəxsiyyətin inkişafı, özünütəhsil, özünütərbiyə və s.) özündə 
birləşdirir, onların vəhdətini nəzərdə tutur.
Tərbiyə – insan şəxsiyyətinin məqsədyönlü, sistemli və planlı şəkildə formalaşması 
prosesinin idarə edilməsi və onun nəticəsidir. O, iki mənada – geniş və dar mənada 
işlənir. Geniş (sosial) mənada tərbiyə sosial təcrübənin (əvvəlki nəsillərin əldə etdiyi 
bilik və bacarıqların, ideya və baxışların) gənc nəslə verilməsi prosesi kimi başa 
düşülür. Bu halda tərbiyə bioloji, sosial təsirləri, o cümlədən tərbiyə, təhsil və təlimi 
də özündə birləşdirir. Dar (pedaqoji) mənada tərbiyə dedikdə isə məktəbdə və ailədə 
verilən tərbiyə (o cümlədən təlim və təhsil) başa düşülür.
Özünütərbiyə insanın məqsədyönlü və planlı şəkildə öz üzərində işləməsi, 
şəxsiyyətini təkmilləşdirməsi prosesidir. Özünütərbiyə tərbiyə ilə paralel getməli
tədricən onu əvəz etməlidir. Tərbiyə prosesi, bir qayda olaraq, yenidəntərbiyə ilə 
müşayiət olunur.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin