Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə3/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Yenidəntərbiyə insanın şüur, xarakter və davranışında kök salmış mənfi halların, 
keyfiyyətlərin aradan qaldırılması və müsbət keyfiyyətlərin aşılanması prosesidir. 
Tərbiyə bir çox yollarla, o cümlədən təhsil və təlim yolu ilə həyata keçirilir.


Təhsil insanın sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərə yiyələnməsi, bu zəmində 
onun dünyagörüşünün formalaşması, tərbiyə və inkişafı prosesi, habelə onun 
nəticəsidir. Təhsil müxtəlif yollarla – təlim və özünütəhsil yolu ilə (eləcə də onların 
vəhdəti ilə) əldə edilir. Özünütəhsil insanın öz zehni inkişafı ilə müntəzəm məşğul 
olması, idrak tələbatlarını ödəməsi prosesidir. Özünütəhsil təlimlə yanaşı getməli, bir-
birini tamamlamalıdır.
 Təlim müəllimin rəhbərliyi altında təhsilalanların sistemləşdirilmiş bilik, bacarıq və 
vərdişlərə yiyələnməsi prosesidir. Təlim iki fəaliyyət növünə – müəllimin öyrətmə 
(tədrisetmə) fəaliyyətinə və tələbənin öyrənmə (təhsilalma) fəaliyyətinə, onların 
vəhdətinə əsaslanır.
Şəxsiyyətin inkişafı müxtəlif amillərin – daxili və xarici, təbii (irsi), sosial və psixoloji 
amillərin təsiri ilə insanın şəxsiyyət kimi bir keyfiyyət halından digərinə keçməsi 
prosesidir. Şəxsiyyətin formalaşması onun inkişafının bir növü olub, əsasən, xarici 
təsirlərin (mühitin, təlim və tərbiyənin) nəticəsində şəxsiyyətin bütövlükdə, yaxud 
onun hər hansı bir keyfiyyətinin müəyyən səviyyəyə çatması, tamamlanması 
prosesidir. Şəxsiyyətin formalaşması məqsədyönlü və kortəbii ola bilər. Ahəngdar 
şəxsiyyətin formalaşması, hər şeydən əvvəl, məqsədyönlü prosesdir. Ali məktəb 
pedaqogikasında nəzərdən keçirilən əsas anlayış və kateqoriyalarla yanaşı, digər 
kateqoriyalardan da istifadə edilir (təlim və tərbiyənin məqsədi, qanun və prinsipləri, 
məzmunu, vasitə, metod və formaları və s.). Bütün bunlar bir-birilə qarşılıqlı əlaqədə 
olub, birlikdə vahid və bütöv pedaqoji prosesi təşkil edir və ümumi məqsədə - 
şəxsiyyətin ahəngdar inkişafına xidmət göstərir.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin