Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə14/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

 
 
 


 
 
 
 
 
 
 
 
 
 
 
IV mühazirə 
 Ali məktəb didaktikasının predmeti. Təlim prosesinin mahiyyəti, 
qanun və prinsipləri.
Plan: 
1. Ali məktəb didaktikasının predmeti, kateqoriyaları və vəzifələri
2. Təlim prosesinin mahiyyəti, hərəkətverici qüvvələri və funksiyaları
3. Təlim prosesinin metodoloji və elmi-nəzəri əsasları
4. Təlimin qanunları və prinsipləri
 
1. Ali məktəb didaktikasının predmeti, kateqoriyaları və vəzifələri
Didaktika pedaqogikanın bir hissəsi olub, təlim və təhsil nəzəriyyəsindən bəhs 
edir. Didaktika yunanca “didaktikos” – öyrədən, “didasko” – öyrənən sözlərindən 
götürülmüşdür. Bu termin ilk dəfə alman pedaqoqu V.Ratke (XVI əsr) tərəfindən 
irəli sürülmüşdür.


Didaktika elmi biliklər sistemi kimi ilk dəfə görkəmli çex pedaqoqu Yan Amos 
Komenski (XVII əsr) tərəfindən işlənmişdir. Didaktika təlim və təhsilin nəzəri 
əsaslarını tədqiq edən pedaqoji nəzəriyyədir. Ali məktəb didaktikası isə ali məktəb 
pedaqogikasının tərkib hissəsi, ümumi didaktikanın bir sahəsidir. Onun obyekti ali 
məktəbdə təlim-təhsil, habelə tələbə gənclərin peşə-ixtisas hazırlığı prosesidir. 
Predmeti isə ali məktəbdə təlim-təhsil prosesinin qanunauyğunluqlarını aşkara 
çıxarmaq, tələbə gənclərin peşə-ixtisas hazırlığının səmərəli yollarını öyrənməkdən 
ibarətdir. Ali məktəb didaktikası ümumi pedaqogikanın kateqoriya və 
anlayışlarından (pedaqoji proses, tərbiyə, şəxsiyyətin inkişafı, pedaqoji fəaliyyət, 
pedaqoji texnologiya və b.) istifadə edir. Lakin onun özünəməxsus kateqoriya və 
anlayışlar sistemi vardır. Buraya təhsil, təlim, tədrisetmə (öyrətmə), təhsilalma 
(öyrənmə), özünütəhsil, fasiləsiz təhsil, təlim texnologiyası, təlim diaqnostikası, 
təhsilin məzmunu və b. daxildir. Bunlardan əlavə ali məktəb didaktikası təlimin 
məqsədi, qanunları, prinsipləri, məzmunu, vasitə və metodları, təşkili formaları, 
nəticələri, təlim diaqnostikası, təlim texnologiyaları və s. kateqoriyalara da istinad 
edir.
Ali məktəb didaktikası qarşısında bir sıra vəzifələr durur. Onları bir neçə qrupda 
birləşdirmək olar:
1. Təlimin məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi: nə məqsədlə öyrətmək və 
öyrənmək? Bu suallara cavab tapmadan didaktika təlim və təhsilin digər 
məsələlərini həll edə bilməz. 
2. Təhsilin məzmununun müəyyənləşdirilməsi: nəyi öyrətmək və öyrənmək? Bu 
məsələlər “Təhsilin məzmunu” mövzusunda nəzərdən keçirilir.
3. Təlimin vasitə və metodlarının müəyyənləşdirilməsi: necə öyrətmək və 
öyrənmək?. Bu məsələlər “Təlim metodları və vasitələri”, “Təlimdə nəzarət və 
qiymətləndirmə” mövzularında nəzərdən keçirilir.


4. Təlimin səmərəli təşkili formalarını müəyyənləşdirmək: hansı formada öyrətmək 
və öyrənmək?. Bu məsələlər “Təlimin təşkili formaları” mövzusunda nəzərdən 
keçirilir. Didaktikanın qarşısında duran vəzifələri, onun həll etməli olduğu 
problemləri kompleks halda, qarşılıqlı əlaqə və asılılıqda götürmək mühüm şərtdir.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin