Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


 Təlim prosesinin mahiyyəti, hərəkətverici qüvvələri, funksiyaları və quruluşu



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə15/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

2. Təlim prosesinin mahiyyəti, hərəkətverici qüvvələri, funksiyaları və quruluşu 
Təlim prosesi öyrədən və öyrənənlərin qarşılıqlı fəaliyyəti olub, onun 
mərkəzində tələbənin formalaşmaqda olan şəxsiyyəti, idrak fəaliyyəti durur. Təlim 
prosesinin inkişafının əsas hərəkətverici qüvvəsini ziddiyyətlər və onların həlli 
təşkil edir. Bu prosesdə həm xarici, həm də daxili ziddiyyətlər özünü göstərir. Əsas 
xarici ziddiyyət cəmiyyətin tələbləri ilə təlim prosesinin səviyyəsi arasındakı 
ziddiyyətdir. Təlim prosesində tələbələrin zehni inkişafında daxili ziddiyyətlər də 
mühüm rol oynayır. Əsas daxili ziddiyyət tələbələrin idrak tələbatları ilə mövcud 
imkanları (bilik və bacarıq səviyyəsi) arasındakı ziddiyyətdir. Tələbə özünü 
düşündürən suallara cavab tapmaq, yeni bilikləri mənimsəmək istəyir. Tələbə bütün 
imkanlarını (biliyini, bacarığını, iradi səyini, psixi qüvvələrini) səfərbərliyə alaraq 
çətinlikləri aradan qaldırır, tələbatını ödəyir – yeni biliyə yiyələnir. Deməli, 
ziddiyyət aradan qalxır. Ziddiyyətlərin həlli, bir tərəfdən, tələbənin zehni, psixi və 
mənəvi inkişafına kömək edir, digər tərəfdən isə təlim prosesini daha səmərəli 
qurmağa, təlimin məzmununu, metod və formalarını təkmilləşdirməyə, təlimin 
funksiyalarını uğurla yerinə yetirməyə imkan verir.
Təlimin funksiyaları. Təlim üç başlıca funksiyanı (latınca functio – “icra”, 
“fəaliyyət” deməkdir) yerinə yetirir: təhsilverici, tərbiyəedici və inkişafetdirici 
funksiyalar.
Təhsilverici funksiya – tələbələrə sistemli elmi biliklər, bacarıq və vərdişlər 
aşılamaqda ifadə olunur.


Təlimin tərbiyəedici funksiyası təlim prosesindən həm də tərbiyə məqsədi ilə 
istifadə etməyi nəzərdə tutur. Tərbiyə funksiyası həm təlimin məzmunu ilə, həm də 
təşkili metodları, müəllimin şəxsi nümunəsi və ünsiyyət vasitəsilə həyata keçirilir.
Təlimin inkişafetdirici funksiyası təlim prosesində tələbələrin zehni qüvvələrini, 
qabiliyyətlərini, psixi proseslərini (diqqət, nitq, təfəkkür, hafizə, təxəyyül və s) 
inkişaf etdirməkdə ifadə olunur. Təlim özlüyündə psixi proseslərin inkişafını təmin 
etmir; bunun üçün təlimi xüsusi istiqamətləndirmək lazımdır. Təlim prosesinin 
göstərilən funksiyaları bir-birindən ayrılıqda yox, qarşılıqlı əlaqədə, həm də 
kompleks halında həyata keçirilməlidir. Yalnız bu şərtlə müəllim tələbələrin 
şəxsiyyət – vətəndaş və mütəxəssis kimi formalaşmasına, psixi inkişafına kömək 
göstərə bilər.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin