tutur. Ali məktəbdə təlimin kollektiv forması üstünlük təşkil etsə də elmi biliklərin
mənimsənilməsi prosesi fərdi səciyyə daşıyır. Hər tələbənin zehni yükünü düzgün
müəyyənləşdirmək və buna müvafiq olaraq onunla fərdi iş aparmaq lazım gəlir.
Fərdi iş forması müxtəlif məzmunda ola bilər: icmal tərtibi; mühazirə mətnlərinin
tərtibi; laborator və praktik işlərin icrası; proqramın nisbətən çətin mövzularının
öyrənilməsi; yeni mövzu ilə bağlı əvvəllər keçilən materialların təkrarı; müəyyən
problem üzrə ədəbiyyatla tanışlıq; ilk mənbələr üzərində iş, elmi iş və s. Tələbə
fərdi iş formasında semestr ərzində hər fənn üzrə on tapşırığı yerinə yetirməlidir.
Müəllim fərdi iş üçün tapşırıqları vaxtaşırı semestrdə üç dəfə (müəyyən qrafik
üzrə) yoxlayıb qiymətləndirməlidir (on bala qədər). Bu prinsipin tətbiqi bəzi
qaydalara əməl olunması ilə bağlıdır: - tələbələrin fərdi xüsusiyyətlərini, zehni və
psixi inkişaf səviyyələrini, imkan və qabiliyyətlərini yaxşı öyrənmək və bu əsasda
fərdi işi müəyyənləşdirmək; - fərdi işlə kollektiv işi düzgün əlaqələndirmək; - fərdi
işləri tələbənin gücünə, hazırlıq səviyyəsinə uyğun olaraq optimal şəkildə aparmaq;
- fərdi işləri vaxtaşırı (qrafik üzrə) yoxlayıb müvafiq balla düzgün qiymətləndirmək
və tələbəni həvəsləndirmək. Nəzərdən keçirilən prinsiplər real təlim prosesində
qarşılıqlı vəhdətdə tətbiq olunur və bir-birini şərtləndirir. Hər hansı prinsipə
etinasızlıq göstərmək digər prinsiplərin də təsir gücünü zəiflədə bilər.
Dostları ilə paylaş: