yeni fakt və misalların tapılması, bilik və bacarıqların yoxlanması və səhvlərin
düzəldilməsi. Şüurluluq fəallıqla və müstəqilliklə vəhdət təşkil edir. Şüurluluq,
fəallıq və müstəqillik
təlimin mühüm amili olub, bilik və bacarıqların
mənimsənilməsinin sürətinə, dərinliyinə, möhkəmliyinə həlledici təsir göstərir.
Tələbə şüurlu mənimsədiyi biliklərdən sərbəst və yaradıcı
şəkildə istifadə edir,
onları müxtəlif şəraitdə, peşə fəaliyyətində asanlıqla tətbiq etmək imkanı qazanır.
Bu prinsipin tətbiqi müəyyən qaydalarla bağlıdır: - tələbələrin fəallığı və
şüurluluğu üçün əlverişli şərait yaratmaq, bu keyfiyyətləri stimullaşdırmaq; -
tələbələrin zehni və əməli fəallığını
əlaqələndirmək; - təlimdə müxtəlif növ
müstəqil işlərə, o cümlədən yaradıcı işlərə, problemlərin həllinə geniş yer vermək;
- tələbələri fəal təlimə cəlb etmək üçün həm zahiri vasitələrdən (səmimi
ünsiyyət,
həvəsləndirmə, tələb, əyanilik, interaktiv metodlar və s.), həm də daxili
stimullardan (biliklərə tələbat, təlimə maraq, idrak motivləri və s.) vəhdətdə istifadə
etmək.
Dostları ilə paylaş: