- konkret mövzu və auditoriya üçün optimal metodik variant seçib tətbiq etmək; -
nəticələri optimallıq baxımından (az vaxt və qüvvə sərf etməklə mümkün olan
yüksək nəticə əldə edilməsi) təhlil edib, öz işini qiymətləndirmək.
Müvafiqlik prinsipi. Bu prinsip təlimi tələbələrin
yaş və anlama səviyyəsinə,
gücünə uyğun qurmağı nəzərdə tutur. Təlim gücə uyğun olmadıqda tələbədə özünə
inamsızlıq baş qaldırır, müəllimin zəhməti, səyi hədər gedir. Bunun üçün elmi
informasiyaların həcmi,
çətinliyi, mənimsənilmə tempi tələbələrin real təhsil
imkanlarına uyğun qurulmalıdır. Müvafiqlik prinsipi bir neçə qaydada həyata
keçirilir: a) asandan çətinə; b) məlumdan məchula (məchulu məlum əsasında
öyrətmək); c) ümumidən xüsusiyə (obyekt haqqında
ümumi təsəvvür verdikdən
sonra onun xüsusi hallarına keçmək); ç) sadədən mürəkkəbə (sadə məsələlərdən
tədricən mürəkkəb məsələlərə keçmək). Təlimdə fərdi yanaşma prinsipi. Bu prinsip
təlimdə tələbələrin fərdi xüsusiyyətlərini nəzərə almağı, hər kəsin inkişafı üçün
əlverişli şərait yaratmağı və təlimdə uğurlu fərdi cığırını tapmağı tələb edir.
Təlimdə fərdi yanaşmanın vacibliyi onunla bağlıdır ki, qrupdakı tələbələrin qüvvə
və imkanları eyni deyildir: bəziləri təlim materialını tez qavrayıb
uzun müddət
yadda saxlaya bildikləri halda, başqaları gec öyrənib tez də unudurlar. Müəllim bu
göstəricilər üzrə hər bir tələbənin fərdi xüsusiyyətlərindən çıxış edərək təlimdə
fərdi yanaşmanı həyata keçirir. Bu prinsipin tətbiqində müxtəlif qaydalar əsas
götürülür: - tələbələrin fərdi maraq və qabiliyyətlərini
inkişaf etdirmək;
- fərdi
fərqlərdən çıxış edərək tapşırıqları fərdiləşdirmək və diferensiallaşdırmaq; - zəif və
yaxşı oxuyan tələbələrlə onların səviyyələrinə uyğun iş aparmaq (fərdi tapşırıqlar,
əlavə məşğələlər, məsləhətlər və s.), müəllimin köməyini fərdiləşdirmək; - fərdi
tədris planı ilə təhsil alan tələbələrlə fərdi işi gücləndirmək.
Dostları ilə paylaş: