V mühazirə
Ali məktəbdə təhsilin məzmunu. Təlim metodları
Plan:
1. Təhsilin məzmunu anlayışı, bu haqda nəzəriyyələr.
2. Ali təhsilin məzmunu, onu əks etdirən sənədlər.
3. Təlim metodları və onların təsnifatı.
4. Təlim metodlarının səciyyəsi və tətbiqi.
5. Təlim texnologiyaları.
1.Təhsilin məzmunu anlayışı, bu haqda nəzəriyyələr
Ali təhsilin məzmunu dedikdə, yüksək ixtisaslı mütəxəssis və vətəndaş-
şəxsiyyət hazırlanması məqsədi ilə təhsil müəssisəsində verilən bilik, bacarıq və
vərdişlər sistemi başa düşülür. Mütəxəssis hazırlığının keyfiyyəti bu problemin
həllindən çox asılıdır. Təhsilin məzmunu müəyyən amillərlə bağlıdır. Bu
amillər sırasına cəmiyyətin tələbi, elmi-texniki tərəqqi, elmin müasir səviyyəsi,
peşə-ixtisas profili, dövlət təhsil standartları və s. daxildir. Dövlət təhsil
standartları müəyyən dövr üçün (5 ildən az olmayaraq) təhsilin məzmununa,
maddi bazasına, müəllim və tələbələrin keyfiyyət göstəricilərinə verilən vahid
dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur. Təhsil
müəssisəsinin
fəaliyyətinin
qiymətləndirilməsində,
akkreditasiya
və
attestasiyasında müfafiq dövlət təhsil standartları əsas götürülür. Təhsilin
məzmunu mürəkkəb sistem olub, öz quruluşuna görə bir neçə komponentdən
(ünsürdən) ibarətdir. Təhsilin məzmunun əsas komponentlərinə aşağıdakılar
daxildir:
1) təbiət, cəmiyyət, təfəkkür, texnika və fəaliyyət qaydaları haqqında biliklər;
2) intellektual və praktik bacarıq və vərdişlər sistemi;
3) yaradıcılıq təcrübəsi;
4) münasibətlər sistemi (tərbiyəlilik). Təhsilin məzmununun bu komponenti
insanın
ətraf
aləmə,
başqalarına,
özünə
qiymətləndirmə-emosional
münasibətinin formalaşmasında ifadə olunur və onun inamının, ideallarının
əsasını təşkil edir.
Təhsilin məzmununun göstərilən komponentləri bir-birilə sıx bağlı olub,
birlikdə ümumi didaktik məqsədin həyata keçirilməsini təmin edir. Bəs, təlimin
(məktəbin) başlıca məqsədi nədir? Bu sualla bağlı pedaqogika tarixində (XVIII-
XIX əsrlər) təhsilin məzmununa dair müxtəlif nəzəriyyələr mövcud olmuşdur:
maddi, formal və dialektik təhsil nəzəriyyələri.
|