Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


qanun → prinsip → qayda metod → forma → nəticə məqsəd → məzmun → vasitə



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə27/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

qanun → prinsip → qayda metod → forma → nəticə məqsəd → məzmun → vasitə
 
Sxemdən göründüyü kimi, təlim prosesinin komponentləri içərisində metod mərkəzi 
yer tutur; o, digər komponentləri reallışdırıb yüksək nəticənin alınmasında həlledici 
əhəmiyyətə malikdir. Təlim metodları bir çox funksiyanı yerinə yetirir: təhsil, tərbiyə, 
inkişafetdirici, stimullaşdırıcı, nəzarət-qiymətləndirmə və b. funksiyalar. Hər bir 
metod təlimdə özünəməxsus aparıcı, dominant funksiyanı yerinə yetirməklə yanaşı, 
digər funksiyaların da həyata keçirilməsində müəyyən dərəcədə iştirak edir. Təlim 
metodları yerinə yetirdikləri dominant funksiyalara görə müxtəlif qruplara bölünür.  
Təlim metodlarının təsnifatı. Təlim metodları çoxdur (100-dək). Onların təsnifatında 
alimlər arasında vahidlik yoxdur. Pedaqoji ədəbiyyatda təlim metodlarının müxtəlif 
təsnifatı irəli sürülmüşdür. Onların bir qismini nəzərdən keçirək: 
- bilik mənbələrinə görə: söz, əyani və praktik metodlar;
- didaktik vəzifəyə görə: yeni biliyin verilməsi, bilik və bacarıqların 
möhkəmləndirilməsi, yoxlanması metodları;
- tələbələrin dərketmə fəaliyyətinə görə: izahlı-illüstrativ, reproduktiv, problemli şərh, 
qismən axtarış və ya evristik, tədqiqatçılıq metodları;
- təlimin mərhələlərinə görə: yeni tədris materialının, əsasən, qavranmasına xidmət 
edən metodlar; bilik, bacarıq və vərdişlərin, əsasən, formalaşmasına xidmət edən 


metodlar; bilik, bacarıq və vərdişlərin, əsasən, tətbiqinə xidmət edən metodlar; təlimdə 
müvəffəqiyyətə nəzarət metodları.
Təlimdə məqsədin bütün komponentləri şərtləndirməsi barədə qanundan göründüyü 
kimi, metod ilk növbədə məqsədə xidmət edir və onunla müəyyənləşir: “məqsəd, 
qanun kimi, fəaliyyətin metod və vasitələrini müəyyən edir” (K.Marks). Əsas didaktik 
məqsədlərə müvafiq olaraq təlim metodlarını aşağıdakı kimi təsnif etmək olar. 
Didaktik məqsədlər Təlim metodları
1. Təsəvvürlərin formalaşdırılması (qavrama)
2. Nəzəri biliyin (anlayış və qanunların) mənimsədilməsi və möhkəmləndirilməsi 
(anlama və möhkəmlətmə) metodları
3. Bacarıq və vərdişlərin formalaşdırılması (tətbiqetmə) metodları
4. Bilik, bacarıq və vərdişlərin yoxlanması (nəzarət)
Metodların belə təsnifatı idrakın bütün pillələrini, habelə təlim prosesini bütövlükdə 
əhatə etməyə imkan verir: I qrup metodlar hissi qavramanı, II qrup – məntiqi idrakı, III 
qrup – biliklərin praktikaya və çalışmalara tərbiqini, IV qrup – nəzarət və 
qiymətləndirməni təmin edir. Əlbəttə, bu təsnifat (eləcə də bütün təsnifatlar) şərtidir, 
çünki təlim prosesində bütün metodlar qarşılıqlı əlaqədə çıxış edir, bir-birini 
tamamlayır.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin