Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Bacarıq və vərdişləri formalaşdıran metodlar



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə30/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

3. Bacarıq və vərdişləri formalaşdıran metodlar. Bu metodlar nəzəri biliyi tətbiq 
etdirməklə bacarıq və vərdiş yaratmaq məqsədi güdür. Bu qrupa çalışmalar, praktik və 
laborator işlər, didaktik oyunlar və s. daxildir. Çalışmalar metodu bir çox fənlərdə 
geniş yayılmış metoddur. Çalışmalar müxtəlif növdə olur: yazılı, şifahi, qrafik, musiqi, 
bədən tərbiyəsi çalışmaları. Tələbələrin müstəqillik səviyyəsindən asılı olaraq 
çalışmaların üç tipi ayırd edilir: nümunə üzrə çalışmalar (hazır nümunə əsasında icra 
edilir), variativ çalışmalar (biliklərin yeni şəraitdə tətbiqinə əsaslanır), yaradıcı 
çalışmalar (biliklərin müxtəlif hallara yaradıcı tətbiqinə əsaslanır). Praktik işlər nəzəri 
bilikləri hər hansı əməli işlərə tətbiq etmək metodudur: ölçmə, hesablama işləri, tədris-
təcrübə sahəsində iş, bitki becərilməsi, təcrübəçilik və konstruktorluq işləri və s. 
Praktik işlər müəllimin təlimatı ilə başlayır: müəllim nəyi və necə görmək haqda 
izahat verir. Sonra tələbələr əməli işi müstəqil yerinə yetirirlər. Müəllim bu zaman 
nəzarət edir, istiqamət verir. Axırda görülmüş işlər yekunlaşdırılıb qiymətləndirilir. 
Laborator məşğələlər tələbələrin müstəqil təcrübələr və müşahidələr aparması
metodudur. Məs., mikroskop altında canlıları öyrənmək, hava, bitki və heyvanlar 
üzərində uzunmüddətli müşahidələr aparmaq, müxtəlif təcrübələr qoymaq və s. belə 
işlərdəndir. Laborator məşğələlər iki növdə olur: frontal məşğələlər və praktikumlar. 
Frontal məşğələdə bütün tələbələr eyni işi, təcrübəni yerinə yetirir, praktikum zamanı 
isə kiçik qruplarla (3-5 nəfərlik) müxtəlif işi, təcrübələri icra edirlər. Didaktik oyun 
metodları biliklərin möhkəmləndirilməsi, tətbiqi məqsədi güdən idrak oyunlarıdır. Son 
vaxtlar işgüzar rollu oyunlardan geniş istifadə olunur. Məs., xarici dil dərslərində 
tələbələrə müxtəlif rollar (səyyah, müəllim, həkim, satıcı, alıcı, sürücü və s.) tapşırılır, 
hərə 
öz 
rolunu 
ifa 
edir. 
Bu 
metodla 
keçilən 
eksperimental 
dərslər 


(Q.Kitayqorodskayanın intensiv metodu) göstərir ki, tələbələr xarici dili daha tez və 
həvəslə öyrənirlər.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin