• Təlini prosesində məzmunun reallaşdırılması prosesindən ibarət olan xarici təbəqə.
Müasir pedaqogikada təlim texnologiyalarının təsnifatında fikir vahidliyi yoxdur.
Təlim texnologiyalarının ənənəvi və innovasiya formalarını əhatə edən təsnifatlar
pedaqoqlar tərəfindən məqbul hesab edilir. Son dövrün maraqlı təsnifatlarından biri
aşağıdakı kimidir.
• Fəaliyyətin istiqamətinə görə (öyrədənlər, öyrənənlər).
• Təlimin məqsədlərinə görə.
• Fənlərin istiqamətinə görə (humanitar, təbiət, texniki və s.).
• Texniki vasitələrə görə (audiovizual, kompüter. videokompüter və s.).
• Təlim prosesinin təşkilinə görə (fərdi, qrup, kollektiv, qarışıq).
• Metodik məqsədinə görə (bir fənnin, yaxud bir mövzunun tədrisi texnologiyası).
Təlim texnologiyası seçilərkən aşağıdakı tələblər nəzərə alınmalıdır;
• təhsilalanların şəxsiyyətinin peşə fəaliyyətinin mərkəzinə qoyulması, onlara təlim
prosesinin subyekti kimi yanaşılması;
• insanın ən qiymətli dəyər kimi qəbul edilməsi;
• cəmiyyətin müxtəlif peşə-ixtisas sferalarına (texniki, təbii-elmi, humanitar və s.)
ehtiyacı;
• bütün təhsil sistemində köklü islahatlar aparılması;
• sosial inkişafın istiqamətləri;
• hər bir texnoloji sistemin tələbələrin yaş və fərdi xüsusiyyətinə uyğunlaşdırılması;
• hər bir təhsilalanın şəxsi yaradıcılıq potensialının, fərdi imkan və qabiliyyətinin
maksimum inkişafının təmin edilməsi.
Dostları ilə paylaş: