Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə40/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Mühazirənin quruluşu. Mühazirə öz quruluşuna görə bir çox aspektləri – tədris, 
elmi, tərbiyə, psixoloji və sosial aspektləri yaradıcı şəkildə özündə birləşdirən bitkin 
elmi-pedaqoji əsər səciyyəsi daşıyır. Mühazirənin quruluşunda bir neçə mərhələ ayırd 
edilir:

Hazırlıq mərhələsi: mühazirənin səmərə və keyfiyyəti ona hazırlıq 
səviyyəsindən çox aslıdır. Bu mərhələnin məqsədi mühazirənin lazimi nəzəri, 
didaktik-metodik təminatını həyata keçirməkdən ibarətdir.

Mühazirənin giriş hissəsi: müəllim auditoriyada qayda-qanuna, davamiyyətə 
diqqət yetirdikdən sonra mövzunu, onun planını və ədəbiyyatı tələbələrə 
çatdırır. Mühazirədə mövzunu öyrənməyin vacibliyi, elmi və həyati əhəmiyyəti 
qeyd edilir, mümkün olduqda problem situasiya yaradılır.

Mühazirənin əsas hissəsində mövzu sistemlə (plan maddələri üzrə) şərh 
olunur. 

Mühazirənin yekun hissəsində müəllim əsas nəticələri qeyd edir, tələbələrin 
suallarına cavab verir, mövzu üzərində müstəqil işləmək üçün istiqamət, 
metodik tövsiyələr verir. Mühazirənin yüksək şəkildə keçirilməsi digər təlim 
formalarının da təşklinə müsbət təşir göstərir. 
 

 3.Praktik məşğələlər
Praktik məşğələlərə seminar və laborator məşğələlər, praktik işlər daxildir. Onların 
ümumi cəhətləri ilə yanaşı, hər birinin özünəməxsus funksiyaları və təşkilati cəhətləri 
vardır. Bu formaları ayrılıqda nəzərdən keçirək.


Seminar məşğələləri. Seminar məşğələləri praktik məşğələlərin əsas və geniş yayılmış 
formalarındandır. Seminar latınca “seminarium” sözündən götürülərək “əkmək”, 
məcazi mənada isə “ocaq”, “mənbə”, “məktəb” mənalarını verir. Bu məşğələlər bir 
neçə funksiyanı yerinə yetirir: 
a) 
mühazirədə 
keçilən 
nəzəri 
biliklərin 
dərindən 
öyrənilməsini 
və 
konkretləşdirilməsini təmin etmək;
b) nəzəriyyə və təcrübəni əlaqələndirmək, bacarıq və vərdişlər formalaşdırmaq;
c) tələbələri təlim-idrak və elmi-tədqiqat fəaliyyətinə cəlb etmək;
ç) elmi təhlil, müzakirə və mübahisə mədəniyyəti, öz fikirlərini ifadə etmək və 
əsaslandırmaq, başqalarını dinləmək, tənqid etmək bacarığını tərbiyə etmək;
d) təlim materiallarının mənimsənilməsinə nəzarət etmək.
Seminar məşğələlərinin tipləri müxtəlifidr: a) seminar-sorğu; b) seminar-diskussiya 
(disput); c) referativ seminarlar; d) problematik seminarlar; f) proseminarlar; e) 
seminar-işgüzar oyunlar; ə) seminar- “dəyirmi masa”; g) seminar-yoxlama işi və s.
Seminar məşğələlərinin quruluşu: Seminar məşəğələləri üçün səciyyəvi struktur 
ünsürləri vardır: müəllimin giriş sözü (məqsəd qoyuluşu, motivasiya, tələbələrin 
məşğələyə səfərbər edilməsi), əsas hissə (qoyulmuş məsələlərin müzakirəsi, 
tələbələrin müzakirəyə cəlb edilməsi, zəruri olduqda müəllimin müzakirəyə 
müdaxiləsi), müəllimin yekun sözü (çıxışların təhlili, səhvlərin düzəldilməsi, 
qiymətləndirmə, növbəti məşğələnin mövzusu, məqsədi, ona hazırlıqla bağlı metodik 
tövsiyələrin verilməsi). Müəllim tələbələrin çıxışlarını təhlil edib qiymət verərkən, 
tənqidi qeydlərini bildirərkən diqqətli olmalı, pedaqoji takt gözləməlidir (tələbəni ələ 
salmaq, kinayə etmək, yol verilən səhvə görə onu utandırmaq, ləyaqətinə toxunmaq, 
gülüş obyektinə çevirmək yolverilməzdir).

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin