Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


 İnkişafetdirici təlim texnologiyaları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə36/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

 5. İnkişafetdirici təlim texnologiyaları 
Ali təhsilin müasir inkişaf səviyyəsində təlim texnologiyaları məzmunu, 
xüsusisyyətləri və metodikalarının özünəməxsusluğu ilə diqqəti cəlb edir. 
L.V.Zankov. D.B.Elkonin. V. V.Davıdov, Q.S.Altşuller, Q.K.Selevko, İ.P.İvanov və 
başqaları inkişafetdirici təlim texnologiyalarının hazırlanmasında uğurlu nəticələr əldə 
etmişlər. İnkişafetdirici təlim nə deməkdir? Onun fərqləndirici xüsusiyyətləri 
hansılardır? Üstünlükləri nədədir? İnkişafetdirici təlim deyərkən, təlim prosesinin yeni 
fəal növü başa düşülür. İnkişafetdirici təlim ənənəvi izahlı- illüstrativ təlim tipindən 
fərqli olaraq, şəxsiyyətin qısa zaman kəsiyində inkişafını, başqa sözlə, fiziki və psixi 
parametrlərinin sadədən-mürəkkəbə doğru irəliləməsini nəzərdə tutur. Yaxşı təşkil 
olunmuş ənənəvi təlim, söz yox ki, təhsilalanın inkişafı üçün müvafiq şərait yaradır. 
Lakin tədqiqatlar göstərir ki, ənənəvi təlim təhsilalanların, intellektual inkişafını və 
digər psixi proses və keyfiyyətlərinin yüksək inkişaf səviyyəsini təmin edə bilmir. 
Deməli, şəxsiyyətin tam inkişafını təmin etmək məqsədilə inkişafetdirici ləlimdən 
istifadə etmək lazımdır. Müasir dövrdə inkişafetdirici təlim texnologiyası yaratmaq 
üçün didaktika elmi kifayət qədər imkanlara malikdirmi? Müasir dövrdə psixologiya, 
pedaqogika və didaktika inkişafetdirici təlim konsepsiyasını yaratmaq üçün kifayət 
qədər fundamental imkanlara malikdir. Və bu istiqamətdə dəyərli nəzəri və 
eksperimental tədqiqatlar aparılmışdır. Mükəmməl inkişafetdirici təlim konsepsiyasını 
yaratmaq üçün təfəkkür proseslərinin mexanizmini dərindən dərk elmək lazımdır. 


İnkişafetdirici təlim didaktikasının müasir inkişaf səviyyəsində onun aşağıdakı 
xarakteristikasını vermək olar:
• Təlim-inkişafetdirici xarakterə malik olmalıdır.
• İnkişafetdirici talim öz məqsəd və vəzifələrinə, iştirakçıların (öyrədən və 
öyrənənlərin) fəaliyyətinin xarakterinə görə ənənəvi təlim texnologiyalardan prinsipial 
surətdə fərqlənir. 
• Təlim yalnız o halda produktiv təfəkkürün inkişafını təmin edir ki. öyrənənin bütün 
idrak prosesləri aktiv fəaliyyətə cəlb edilmiş olsun. 
• İnkişafetdirici təlim təkcə güclü və orta səviyyəli tələbələrin deyil, zəiflərin də 
yaradıcılıq potensialını nəzərə çarpacaq dərəcədə artırır.
Təlim prosesi necə təşkil olunmalıdır ki, inkişafı təmin edə bilsin? Cavab 
birmənalıdır: şəxsi səy və müstəqil axtarıcılıq qabiliyyəti olmadan insanın inkişafı 
mümkün deyil. İnkişaf müxtəlif fəaliyyət növlərində aktiv surətdə iştirak etməklə, 
bacarıq və qabiliyyətlərə yiyələnmək prosesində baş verir. Təhsilalananın təfəkkürünü 
və digər psixi proseslərini inkişaf etdirmək məqsədilə təlimi necə təşkil etməli? Cavab 
yenə birmənalıdır: təlim prosesində öyrənənin müstəqil və yaradıcı fəaliyyəti üçün 
əlverişli şərait yaradılmalıdır. Bu məqsədlə təhsilalanlar qarşısında problemlər 
qoyulmalı, onlar (təhsilalanlar) müstəqil axtarıcılığa, tədqiqatçılığa cəlb edilməlidir. 
Lakin bu işdə müvəffəqiyyət qazanmaq üçün öyrənənin idrak bacarıqlarını, təfəkkür 
proseslərini inkişaf etdirmək lazımdır. Çünki bunlarsız yeni problemlərin müstəqil 
həlli mümkün deyil. Öyrənənin fəaliyyətinin belə təşkili öyrədənin də fəaliyyət 
xarakterinin dəyişməsini tələb edir. İnkişafetdirici təlimi təşkil etmək üçün öyrədənin-
müəllimin fəaliyyətinə yeni elementlər daxil edilməlidir.
İnkişafcldirici lolimin strukturu necə olmalıdır? İnkişafetdirici təlimin səmərəli 
təşkilinin şərtləri hansılardır? İnkişafetdirici təlimin birinci əsas şərti təhsilalanların 
müvafiq bilik ehtiyatına malik olmasıdır. Bunsuz qarşıya çıxan problemləri həll etmək 
mümkün deyil. Belə bir həqiqətlə razılaşmaq lazımdır ki. insan ona məlum olmayan 


sferada problem həll edə bilməz. İkinci əsas şərt, öyrənənin idrak imkanları və 
bacarıqlarıdır. İnkişafetdirici təlimin elmi-tədqiqat metodikasına əsaslandığını nəzərə 
alsaq, onda məlum olar ki. təhsilalanı müstəqil axtarıcılıq fəaliyyətilə bağlı idrak 
bacarıqları ilə silahlandırmaq lazımdır. Bu bacarıqları belə qruplaşdırmaq olar:
• yeni problemi dərk etmək bacarığı;
• problemin həlli üçün zəruri olan materialı (.sənədlər, faktlar, məlumatlar) təhlil 
elmək, müxtəlif mövqelərlə tanış olmaq, müqayisə elmək bacarığı;
• problemin həllinin strategiya və taktikasının hazırlanması bacarığı (axtarıcılıq 
fəaliyyətinin planının tərtibi, hipotezin irəli sürülməsi, müxtəlif mənbələr üzərində iş, 
faktlar arasında əlaqələri tapmaq, mövcud bilikləri yeni situasiyaya tətbiq etmək və s.; 
• ümumelmi və konkret elm sahəsi ilə bağlı biliklərə malik olmaq və onlardan 
problemin həllinin optimal yolunu tapmaq məqsədilə istifadə etmək bacarığı.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin