Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə44/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

 5. Tədris və istehsalat təcrübəsi


Ali məktəblərdə tədris və istehsalat təcrübəsi təlim prosesinin xüsusi forması olub, 
tələbələrin bilavasitə istehsalatda peşə-ixtisas biliklərinə, bacarıq və vərdişlərinə 
yiyələnmək imkanını təmin edir. Onların başlıca məqsədi tələbələrin istehsalat 
fəaliyyətində nəzəri bilikləri möhkəmləndirmək və gələcək mütəxəssis üçün zəruri 
olan peşə bacarıq və qabiliyyətlərini formalaşdırmaqdan ibarətdir. Ali məktəbdə 
verilən peşə-ixtisas sahələrindən asılı olaraq tələbələrin təcrübəsi iki istiqamətdə 
aparılır: 
a) istehsalat təcrübəsi;
b) pedaqoji təcrübə.
İstehsalat təcrübəsi təhsilin həyatla, mütəxəssisin nəzəri hazırlığı ilə praktik 
fəaliyyətini əlaqələndirməyə kömək edir. İstehsalat təcrübəsi zamanı tələbələr müvafiq 
proqrama uyğun olaraq peşə-ixtisas sahəsi ilə əlaqədar nəzərdə tutulan işləri yerinə 
yetirir, yeni texnologiyalarla tanış olur, kurs və buraxılış işləri üçün material 
toplayırlar.
Pedaqoji təcrübə pedaqoji təmayüllü ali təhsildə çox mühüm yer tutur və yüksək 
ixtisaslı müəllim kadrları hazırlığı sisteminin ayrılmaz tərkib hissəsini təşkil edir. O, 
tələbələrin ali təhsildə qazandıqları nəzəri bilikləri pedaqoji prosesə tətbiq etməyə, 
onları pedaqoji fəaliyyətə əməli cəhətdən hazırlaşmağa kömək göstərir. Pedaqoji 
təcrübənin təşkili və keçirilməsi qaydaları müvafiq əsasnamə ilə müəyyən edilir. 
Təcrübə müddətində tələbənin işi bir neçə istiqamətdə qurulur: təlim, təebiyə, 
psixoloji iş, tədqiqatçılıq işi. Tələbələr öz fəaliyyətlərini fərdi plan üzrə, dərslərin və 
tərbiyə tədbirlərinin xüsusi qrafiki əsasında həyata keçirirlər. Təcrübənin sonunda 
metodist, pedaqoq və psixoloq görülmüş işlərə əsasən tələbələrin fəaliyyətini birlikdə 
qiymətləndirirlər. Pedaqoji təcrübə yekun konfransı ilə başa çatır.
6. Kurs və buraxılış işləri. Məsləhətlər
Kurs işi ixtisas və ya ümumi fənlərə həsr olunur. Onun məqsədi müəyyən elm 
sahəsi (fənn) üzrə nəzəri bilikləri tətbiq etmək, tədqiqat aparmaq, faktları təhlil edib 


ümumiləşdirmək bacarıqlarını formalaşdırmaqdan və bu bacarıqları aşkara 
çıxarmaqdan ibarətdir. Kurs işi gələcək mütəxəssisin peşə-ixtisas hazırlığında böyük 
əhəmiyyət kəsb edir; tələbələrdə müstəqilliyin, elmi axtarış qabiliyyətinin inkişafına 
kömək göstərir. Kurs işinin yazılması müəyyən mərhələlərdən ibarətdir: mövzunun 
seçilməsi, mövzuya daxil olmaq (mövcud ədəbiyyatla tanışlıq), plan tərtibi, mövzunun 
işlənməsi metodlarının müəyyən edilməsi, işin icrası (nəzəri təhlil, təcrübi-
eksperimental tədqiqat, alınan materialların təhlili, nəticələrin çıxarılması), işin 
müdafiəsi. Kurs işini kafedranın yaratdığı xüsusi komissiya qəbul edib qiymətləndirir. 
Buraxılış işləri mütəxəssis hazırlığının yekun mərhələsi ilə bağlı olub, təlimin mühüm 
təşkili formalarından biridir. Buraxılış işinin yazılması mərhələləri kurs işindəki 
mərhələlərə uyğundur. Lakin o, kurs işindən fərqli olaraq daha geniş tədqiqatı əks 
etdirir, həcmcə də genişdir (40-45 səhifə). Buraxılış işləri müəyyən tələblərə cavab 
verməlidir: - buraxılış işinin mövzusu aktual olmalı, elmi-praktik əhəmiyyət 
daşımalıdır; mövcud ədəbiyyat ciddi öyrənilməli, təhlil edilərək tənqidi şəkildə 
qiymətləndirilməlidir; buraxılış işi elmi-tədqiqat xarakteri daşımalıdır; kompleks 
tədqiqat metodlarından istifadə edilməlidir; tədqiqatın məqsəd və vəzifələri aydın 
göstərilməlidir; tədqiqatın obyektiv aparılması təmin olunmalı, nəticələr aydın və 
dəqiq olmalı, əsaslandırılmalıdır; iş aydın, ədəbi dildə, qrammatik-orfoqrafik 
baxımdan düzgün şəkildə yazılmalıdır. İş hazır olduqda ona iki rəy yazılır (biri elmi 
rəhbər olmaqla). Buraxılış işi fakültədə yaradılmış Dövlət Attestasiya Komissiyasının 
açıq iclasında müdafiə olunur və qiymətləndirilir. Müstəqil elmi işinin yüksək forması 
magistr dissertasiyasıdır. O, magistrantın müstəqil tədqiqat işinin, yaradıcı 
axtarışlarının məhsulu olmaqla sırf elmi-tədqiqat xarakteri daşıyır və ona, buraxılış 
işinə nisbətən, daha yüksək tələblər verilir. Məsləhətlər – ali məktəbdə tədris 
prosesinin zəruri tərkib hissəsi, mühüm təşkili forması olmaqla bir neçə funksiyanı 
yerinə yetirir: öyrədici, stimullaşdırıcı, nəzarət funksiyası. Məsləhətlərin müxtəlif 
növləri vardır: - xarakterinə görə: məcburi və könüllü məsləhətlər; didaktik məqsədə 
görə: metodik, problematik və nəzarət məqsədi ilə məsləhətlər; təlim prosesinin 
mərhələlərinə görə: giriş, cari və yekun məsləhətlər; tərkibinə görə: kollektiv, qrup və 


fərdi məsləhətlər. Məsləhətlərin aparılması metodları da müxtəlifdir: sual-cavab, 
söhbət, diskussiya və s. Tələbələrin hazırlıq səviyyəsindən, qoyulan məsələnin çətinlik 
dərəcəsindən və s. asılı olaraq müvafiq məsləhət metodu seçilib tətbiq edilir.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin