Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə52/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Tərbiyədə 
pedaqoji 
rəhbərliklə 
insanın təşəbbüs və özfəaliyyətinin 
əlaqələndirilməsi (əməkdaşlıq) prinsipi. Bu prinsip pedaqoji nəzarətlə insanın 
sərbəstliyini əlaqələndirməyi, pedaqoji əməkdaşlığı nəzərdə tutur. Bu sahədə tərbiyə 
təcrübəsində iki cür səhvə yol verilir: ya insan tam sərbəst, özbaşına buraxılır, ya da 
onun hər addımına nəzarət edilir, ona daim qəyyumluq göstərilir. Hər iki hal zərərlidir. 
Birinci halda insan tam sərbəst olur, öz ağlı ilə hərəkət edir, heç kəslə hesablaşmır. 
İkinci halda o, başqalarından (böyüklərdən) asılı olur, heç bir sərbəst addım ata bilmir, 
aciz və passiv olur. Bu sahədə orta xətt götürmək lazımdır; insana müəyyən sərbəstlik 
verməklə yanaşı, ona ağıllı pedaqoji rəhbərlik etmək, düzgün yol göstərmək vacibdir.
Pedaqoji təsirlərin (tələblərin) vahidliyi, sistemliliyi, ardıcıllığı və fasiləsizliyi 
prinsipi. Bu prinsip insana göstərilən təsirlərdə, tələblərdə vahid mövqedən çıxış 
etməyi, ardıcıl olmağı nəzərdə tutur. Tələblərdə vahidlik hamının tərbiyə işinə eyni 
tələblə yanaşması deməkdir. Belə olduqda insana müəyyən davranış tərzini aşılamaq, 
onda müsbət adətlər yaratmaq asan olur. Vahidlik pozulduqda isə insanı hər hansı 
qaydaya alışdırmaq çətinləşir. Məsələn, gecikən tələbəni bir müəllim dərsə buraxır, o 
biri buraxmırsa, bu halda onda dəqiqlik, intizam adəti yaratmaq olmur; tələbə ümumi 
qaydaya yox, ayrı-ayrı müəllimlərin tələblərinə uyğunlaşır.
Şəxsiyyətin kollektivdə və kollektiv vasitəsilə tərbiyəsi prinsipi. Bu prinsip insanı 
təklikdə yox, kollektivdə, yalnız tərbiyəçinin təsiriilə yox, həm də kollektiv vasitəsilə 
tərbiyə etməyi nəzərdə tutur. İnsan kollektivdən kənarda, kollektiv münasibətlərə daxil 
olmadan şəxsiyyət kimi tərbiyə oluna bilməz. O, bu halda öz şəxsi mənafeyi üçün 


yaşayan fərdiyyətçi kimi böyüyür. Kollektivdə isə o, öz inkişafı üçün daha əlverişli 
imkan əldə edir, kollektivçi kimi böyüyür. Tərbiyə işində tərbiyəçinin (müəllimin) 
təsiri tələbə kollektivinin təsiri ilə birləşdikdə daha böyuk səmərə verir: kollektivin 
qəti tələbi ilə insanın daxili aləmində az vaxtda kəskin dönüş baş verir. Bunu 
“partlayış” nəzəriyyəsi adlandıran A.S.Makarenko kollektivi tərbiyə işinin başlıca 
forması, şəxsiyyətin tərbiyəçisi hesab edirdi.
Yuxarıda nəzərdən keçirilən tərbiyə prinsipləri qarşılıqlı vəhdət təşkil edir. Yalnız 
prinsiplərin qarşılıqlı əlaqədə götürülməsi tərbiyə işini səmərəli qurmağa, onu düzgün 
idarə və tənzim etməyə imkan verir. Müəllim insanın fərdi xüsusiyyətlərindən, real 
şərait və imkanlardan çıxış edərək tərbiyə prinsiplərini yaradıcılıqla tətbiq etməyə 
çalışmalıdır.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin