Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə53/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   49   50   51   52   53   54   55   56   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

3. Tərbiyə metodları 
Tərbiyə metodları anlayışı, onların təsnifatı. “Metod” yunanca məqsədə çatmaq 
yolu deməkdir. “Metod” sözü ərəbcə “üsul” sözünün qarşılığıdır. Tərbiyə metodları 
qarşıda duran tərbiyə məqsədlərinə nail olmaq üçün istifadə olunan yollara deyilir
.
Tərbiyə metodları çoxdur. Pedaqogikada metodların təsnifatında vahidlik olmasa da, 
bu məsələdə ümumi bir meyl vardır. Alimlərin böyük qismi tərbiyə metodlarının 
təsnifatında məntiqi əsas kimi tərbiyənin psixoloji amillərindən və fəaliyyətin 
bütövlüyü prinsipindən çıxış edirlər. Tərbiyə prosesinin psixoloji təhlili göstərir ki
insanın fəaliyyəti müəyyən psixoloji amillərlə bağlıdır: bizim fəaliyyətimiz şüurun, 
iradə və adətlərin, habelə hisslərin məhsuludur. İnsan şəxsiyyəti göstərilən psixoloji 
amillərin kompleksi ilə formalaşır: ideya ağıl və ürəklə birləşdikdə qəlbin sərvətinə
güclü stimula çevrilə bilər. Beləliklə, insana hərtərəfli təsir və fəaliyyətin tamlığı 
prinsipindən çıxış edərək, tərbiyə metodlarını dörd qrupa bölmək olar (bax: cədvələ):
1. Şüuru formalaşdıran metodlar
2. Fəaliyyətin təşkili və davranış təcrübəsini formalaşdıran metodlar
3. Fəaliyyət və davranışı stimullaşdıran metodlar


4. Tərbiyədə nəzarət və özünənəzarət metodları
Hər bir metodun özünəməxsus xüsusiyyətlərini, şəxsiyyətə təsir imkanlarını qabarıq 
göstərmək üçün onları ayrılıqda nəzərdən keçirmək lazım gəlir. Şüuru formalaşdıran 
metodlar. Bu qrup metodların məqsədi insanın şüuruna təsir etməklə onda düzgün 
təsəvvürlər, inam və əqidə yaratmaqdan ibarətdir. Onların köməyi ilə gənclər ictimai 
davranış normaları ilə tanış olur, özlərini harada və necə aparmaq lazım olduğunu
yaxşını və pisi başa düşür, əxlaqi tələblərin zəruriliyinə inanırlar. Buna görə də bəzi 
pedaqoji mənbələrdə şüuru formalaşdıran metodlara inandırma metodları da deyilir. 
Bu metodlar qrupuna əxlaqi söhbətlər, əxlaqi mövzuda məruzə və mühazirələr
disputlar, bədii əsərlərin (filmlərin) müzakirəsi, nümunə metodları daxildir. Əxlaqi 
söhbətlər müəyyən əxlaqi, siyasi, estetik keyfiyyətlərin mahiyyətini, məzmununu, 
şərtlərini izah etmək məqsədi güdən inandırma metodlarıdır. Belə söhbətlər iki növdə 
olur: kollektiv və fərdi söhbətlər. Fərdi söhbətin bir forması təxirə salınmış söhbətdir. 
Bu halda tələbə ilə söhbət qəbahət baş verən kimi aparılmır, müəyyən müddət ərzində 
təxirə salınır. Burada məqsəd insanı öz qəbahəti üzərində düşündürmək və onda 
peşimançılıq hissi oyatmaqdır. Əxlaqi mövzuda məruzə və mühazirələr müəyyən 
əxlaqi ideyanı daha geniş şərh etməklə insanda dolğun əxlaqi təsəvvürlər, inam və 
əqidə yaratmaq məqsədi güdür. Disputlar tərbiyə məsələləri üzrə mübahisələrdir. 
Disput yanlış təsəvvürləri üzə çıxarmağa və düzəltməyə imkan verir. Bədii əsərlərin 
(filmlərin) müzakirəsi əxlaqi təsəvvür və ideyaların formalaşmasında daha böyük 
imkanlara malikdir. Bədii ədəbiyyat qüdrətli tərbiyə vasitəsidir: burada əxlaqi ideya 
mücərrəd şəkildə yox, konkret bədii obrazların nümunəsində açılır. Bu obrazlar əxlaqi 
ideyaları əyaniləşdirir. Nümunə metodu şüuru formalaşdıran metodlar içərisində 
mühüm yer tutur. Tərbiyəçinin sözü canlı nümunə ilə birləşdikdə daha inandırıcı olur 
və daha böyük təsir gücünə malik olur. Şəxsi nümunə ilə yanaşı tərbiyə işində 
müxtəlif növ müsbət nümunələrdən (tarixi şəxsiyyətlərin, görkəmli elm və mədəniyyət 
xadimlərinin, bədii əsər qəhrəmanlarının, yaşlıların, yoldaşların nümunələrindən) də 
istifadə edilməlidir. Fəaliyyətin təşkili və ictimai davranış təcrübəsini formalaşdıran 


metodlar. Bu metodlar qrupu insanda müsbət adətlər yaratmaq və iradəni 
möhkəmlətməklə düzgün davranış təcrübəsi formalaşdırmağa xidmət edir. İnsan qəbul 
etdiyi mənəvi ideyanı, öz əqidə və inamını gündəlik davranış və rəftarında tətbiq edir, 
müəyyən fəaliyyətə alışır. Bu mənada bəzi pedaqoji mənbələrdə bu metodlar qrupu 
alışdırma metodları adlanır. Həmin metodlar bir çox formalarda olur. 
1. İnsanın müxtəlif fəaliyyət növlərinə cəlb edilməsi onda davranış təcrübəsinin 
formalaşmasında böyük rol oynayır.
2. Tərbiyələndirici situasiyaların yaradılması metodu əvvəlki metodla sıx bağlıdır. 
Burada da tərbiyəçi müxtəlif fəaliyyət növlərinin vasitəsilə gəncləri xüsusi təşkil 
edilmiş tərbiyəedici situasiyaya salır.
3. Tələb metodu insanı müsbət əməllərə sövq etmək və xoşagəlməz hərəkətlərdən 
çəkindirmək yolu ilə düzgün davranış təcrübəsi formalaşdırmaq məqsədi güdür. Tələb 
tərbiyənin vacib şərtidir: tələbsiz tərbiyə yoxdur (A.S.Makarenko).
4. İctimai rəy metodu tələbin kollektiv forması olub, müəyyən şəxs və hərəkətlə bağlı 
kollektivin ümumi rəyini, qiymətini ifadə edir.
5. Təmrin (məşq) metodu hərəkətlərin təkrarı yolu ilə onları möhkəmləndirib müsbət 
davranış adətləri yaratmaq məqsədi güdür. 
6. Rejim insanın həyat və davranışını tənzim edən qaydaların məcmusudur. İnsanın 
günü rejimlə tənzim edildikdə o, müəyyən qaydalara tez alışır, onda davranış adətləri 
daha tez və asanlıqla yaranır.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin