Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


 Tərbiyə texnologiyası: fərdi təsir mexanizmi



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə56/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   52   53   54   55   56   57   58   59   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

4. Tərbiyə texnologiyası: fərdi təsir mexanizmi
Tərbiyə – sosial təcrübənin mənimsədilməsi məqsədi ilə gənc nəslə mütəşəkkil və 
planlı təsir göstərmək prosesidir. Pedaqoji təsirlər tərbiyənin ümumi məqsədlərinə 
yönəlsə də, bir qayda olaraq, insanın fərdi psixi xüsusiyyətləri ilə şərtlənir. Tərbiyə 
işinin səmərəsi üçün hər bir tələbənin fərdi xüsusiyyətlərini nəzərə almaqla ona fəal 
təsir göstərmək, onda müəyyən maraqlar və tələbatlar formalaşdırmaq lazım gəlir. 
Bunun üçün, ilk növbədə, tərbiyə olunanları yaxşı öyrənmək, tanımaq mühüm şərtdir. 
Öyrənərək – tərbiyə etmək, tərbiyə edərək – öyrənmək lazımdır. Tələbənin bu və ya 
digər keyfiyyətini, əməllərinin təzahürlərini bilmək azdır; bu təzahürlərin, hərəkət və 
davranışın səbəblərini də müəyyənləşdirmək mühüm şərtdir. Tərbiyə prosesində 
tələbənin davranış və fəaliyyətinin əsl səbəblərini, motivlərini dəqiq aşkara çıxarmaqla 
onlara müvafiq tərbiyə təsirləri müəyyənləşdirib tətbiq etmək asan olur. Çox vaxt 
müəllim-tərbiyəçi tələbənin bu və ya digər hərəkətinin hansı motivlə baş verdiyini 
düzgün müəyyənləşdirə bilmir. O, tələbənin hərəkətlərini həqiqətdə olduğundan fərqli 
motivlərlə əlaqələndirir və buna müvafiq olaraq yanlış təsir vasitələri tətbiq edir. 
Tələbə bununla razılaşmır, onda daxili etiraz baş qaldırır. Onlar arasında məna səddi, 


psixoloji maneə yaranır. Belə olduqda müəllimin tətbiq etdiyi bütün tərbiyə vasitələri 
tələbəyə təsirsiz qalır, ondan yan keçir. Müəllimlə tələbə arasında yaranan psixoloji 
maneənin bir səbəbi eyni tələbəyə eyni təsir vasitələrinin dəfələrlə tətbiq edilməsidir 
(xüsusən onların tətbiqi müsbət nəticə vermədiyi hallarda). Müəllimlə tələbə arasında 
psixoloji maneənin digər bir səbəbi də müəllimin ədalətsizliyi, haqsız cəzası, çoxlu 
çətin tələblər verməsidir. Müəllimlə tələbə arasındakı psixoloji maneəni aradan 
qaldırmağın əsas yolu onun yaranması səbəblərini aydınlaşdırmaqdan və bu əsasda 
tələbə ilə münasibətləri dəyişdirməkdən, qarşılıqlı anlaşma mühiti yaratmaqdan 
ibarətdir. Bu zaman əsas məsələ tələbənin yanlış qəbul etdiyi tərbiyəvi təsir 
priyomlarını aradan qaldırmaq və onun fərdi xüsusiyyətlərinə uyğun gələn yeni vasitə 
və priyomları fərdi təsir mexanizmini tətbiq etməkdir. Fərdi təsir mexanizmi bir neçə 
mərhələni özündə birləşdirir:
tələbəni (onun fərdi xüsusiyyətlərini) öyrənmək 

onun davranış və əməllərinin 
motivlərini, səbəblərini müəyyənləşdirmək 

tələbə qarşısında konkret tərbiyə 
məqsədi qoymaq 

məqsədə çatmağın vasitə və yollarını müəyyənləşdirmək 

 
müsbət emosional vəziyyət yaratmaq 

məqsədin həyata keçirilməsində tələbəyə 
kömək və nəzarət etmək 

ilk uğurları qiymətləndirmək, həvəsləndirmək 

tələbəni 
özünənəzarət və özünütərbiyəyə cəlb etmək.
Tələbənin məqsədə doğru hərəkətində uğursuzluq halları baş verdikdə onun 
səbəblərini araşdımaq, bu səbəblərə müvafiq olaraq yeni pedaqoji vasitə və yollar 
tapıb tətbiq etmək lazım gəlir. Müəllimin tələbəyə fərdi təsiri kollektivin təsiri ilə 
uzlaşdıqda lazımi səmərə əldə etmək mümkündür. 



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin