Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Ali məktəbdə fiziki tərbiyənin təşkili formaları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə64/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Ali məktəbdə fiziki tərbiyənin təşkili formaları. Fiziki tərbiyənin həyata keçirilməsi 
səmərəli formalar seçib tətbiq etməyi tələb edir. Belə formalara bədən tərbiyəsi 
məşğələləri, gün rejimində idman-sağlamlıq tədbirləri, fiziki tərbiyə üzrə 
auditoriyadankənar tədbirlər daxildir.
Ekoloji tərbiyə. “Ekologiya” yunan sözü olub, yurd (məkan) haqda təlim deməkdir. 
Ekologiya bir elm kimi ətraf mühit amillərinin – cansız, canlı (biotik) və antropogen 
(insan və onun yaratdığı maddi-mədəni, elmi-texniki, iqtisadi-sosial) alimlərin 
qarşılıqlı əlaqələrini öyrənir. Ekoloji tərbiyənin əsasını təbiətə sevgi, onun mühafizəsi 
işi təşkil edir. Ekoloji tərbiyədə aşağıdakı vəzifələr həyata keçirilir: - böyüyən nəsildə 
ekoloji şüuru formalaşdırmaq; - doğma təbiətə, ətraf mühitə məhəbbət və qayğılı 
münasibət, onun korlanmasına qarşı barışmazlıq hissləri aşılamaq; - təbiəti mühafizə 
üzrə zəruri bacarıq və vərdişlər formalaşdırmaq, gənc nəsli fəal ekoloji fəaliyyətə 
hazırlamaq. Ekoloji tərbiyə işində müxtəlif yollardan, forma və metodlardan istifadə 
edilir. Təlim prosesi ekoloji tərbiyənin çox mühüm yoludur. Ayrı-ayrı fənlərin 
tədrisində ekoloji təhsil və tərbiyə üçün böyük imkanlar vardır. Ekologiya və təbiəti 
mühafizə sahəsində fənlərin tədrisində mövcud imkanlardan səmərəli istifadə edilməli, 
hər bir elmin ekoloji istiqaməti, tətbiqi aspektləri diqqət mərkəzində durmalıdır. 
Ekoloji tərbiyə sahəsində tədrisdə aparılan iş auditoriyadankənar tədbirlər yolu ilə 
daha da dərinləşdirilir, təbiəti mühafizə işinin müxtəlif formalarından istifadə olunur: 
ekoloji dərnək və klublar, ekologiya üzrə olimpiada və viktorinalar, tələbə ekologiya 
cəmiyyəti, ekologiya dəstələri, ekologiya ayları, ekologiya reydləri və s. belə maraqlı 
formalardandır. Təhsil müəssisələrində və yaşayış yerlərində yaşıllıq iməciliklərinin, 
ekoloji müsabiqələrin təşkili kimi tədbirləri ənənə şəklinə salmaq lazımdır.



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin