Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə61/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   57   58   59   60   61   62   63   64   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

İntizam qoyulmuş qaydalara əməl etməkdir. O, qorxuya və şüura əsaslana bilər. 
Qorxu intizamı müvəqqəti və aldadıcıdır, çünki qorxu təhlükəsi götürüləndə insan 
qoyulmuş qaydanı yenə poza bilər. Şüura əsaslanan intizam isə davamlı olur. Buna 
görə də müəllim qoyulmuş qaydaların vacibliyinə gəncləri inandırmağa çalışmalıdır. 
 Əmək tərbiyəsi. Əmək tərbiyənin qüvvətli amilidir; o, insan şəxsiyyətinə güclü təsir 
göstərir. Şəxsiyyət tərbiyəsini əmək tərbiyəsi olmadan təsəvvür etmək mümkün 
deyildir. K.D.Uşinskinin sözləri ilə desək, tərbiyə insanı xoşbəxt etmək istəyirsə, onu 
əməyə hazırlamalıdır. Əmək hər bir gəncin mənəvi tələbatına çevrilməlidir. Əmək 
tərbiyəsi qarşısında bir sıra vəzifələr durur:
- əmək bacarıq və vərdişləri, əmək mədəniyyəti və əməyə tələbat formalaşdırmaq; 
- gənclərin mənəvi tərbiyəsinə, peşə-ixtisas hazırlığına kömək göstərmək.
Əmək tərbiyəsi məzmunca çoxcəhətli və rəngarəngdir. Tələbənin əsas əməyi təlim 
əməyidir. Buna görə də ali məktəbin başlıca vəzifəsi – I kursdan başlayaraq tələbələrə 


təlim əməyi vərdişləri, zehni əmək mədəniyyəti, əməyin elmi təşkili bacarıqları 
aşılamaqdan ibarətdir. Tələbələri öz təlim fəaliyyətlərini düzgün planlaşdırmağa, hər 
fənn üzrə səmərəli iş priyomlarının tətbiqinə, özününəzarət və özünüqiymətləndirməyə 
geniş cəlb etmək lazımdır. Bu priyomlara yaxşı yiyələnməklə tələbələrdə özünütəhsil 
bacarıqları formalaşdırmaq asan olur. Tələbənin əməyi təkcə təhsil əməyi ilə 
məhdudlaşmır. Buraya habelə özünəxidmət əməyi, ictimai-faydalı əmək, məhsuldar 
əmək kimi sahələr daxildir. Ali məktəbdə özünəxidmət əməyi auditoriyaların təmiz 
saxlanması, kitabxana kitablarının təmiri, növbətçilik, iməciliklər formalarında həyata 
keçirilir. İctimai-faydalı əmək növü ictimai faydası olan könüllü əməkdir. Məhsuldar 
əmək bilavasitə müəyyən məhsul istehsalı ilə bağlıdır. İstehsalat təcrübəsi keçən 
tələbələr müxtəlif peşə-ixtisas sahələrində belə əməklə məşğul olmaq imkanı 
qazanırlar.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin